Turşuların qüvvətliliyinə təsir edən əsas amillər rabitə polyarlığı, rabitə gücü və qoşulmuş əsasın sabitliyidir. Gəlin ümumi bir turşu haqqında düşünək, HA, bu turşu suya proton verərək hidroksonium ionu, H3O müsbət və HA-ın qoşulmuş əsasını, A mənfini əmələ gətirir. İlk növbədə gəlin H və A arasında rabitə polyarlığına baxaq. Əgər A, H-dən daha elektromənfdirsə, onda A elektron sıxlığını özünə çəkəcək. A tərəfə istiqamətlənmiş ox çəkə bilərik və bu ox elektronlar və onlar arasında rabitənin, A-a yaxın olmasını göstərir. A-ın elektromənfiliyi artdıqca, rabitə arasındakı polyarlıq da artır. Polyarlıq artanda, elektron sıxlığı H-dən uzaqlaşır və bu HA-ın proton verməsini asanlaşdırır. Beləliklə, ümumiyyətlə HA rabitəsinin polyarlığı artdıqca, turşunun qüvvətliyi artır. Gəlin indi rabitə gücünü amili haqqında düşünək. H və A arasındakı rabitənin gücünü nəzərə alaq. Rabitə zəiflədikcə, proton daha da rahat ayrılır. Deməli, rabitə zəiflədikcə, turşunun qüvvətliyi artır. Qoşulmuş əsasın sabitliyi də, həmçinin turşunun qüvvətliyinə təsir edə bilər. Qoşulmuş əsas nə qədər sabit olsa, o qədər də asan protonu verir. HA turşusunun qoşulmuş əsası A mənfidir. A mənfi nə qədər sabit olsa, HA o qədər də məhlula protonu rahat verəcək. Buna görə də, ümumiyyətlə qoşulmuş əsasın sabitliyi artanda, turşunun qüvvətliyi artır. Onda gəlin yazaq ki, qoşulmuş əsasın sabitliyi artıdqca, turşunun qüvvətliyi artırır. Baxmayaraq ki, turşunun qüvvətliyinə hər üç amil təsir edir, yəni rabitə polyarlığı, qüvvəti və qoşulmuş əsasın sabitliyi, nümunələrə baxanda, turşu qüvvətliyinə təsir edən əsas iki amili nəzərə alırıq. Gəlin, 7A qrupunun əmələ gətirdikləri binar turşularına baxaq, bu flüorid turşusudur, xlorid turşusu, bromid turşusu, və yodid turşusu. Aşağı getdikcə, flör, xlor, brom, yod istiqamətində, turşunun qüvvətliyi artır. Bu dörd hidro ion turşulardan , yodid ionu ən güclüsüdür. 7A qrupunun binar turşularının qüvvətliliyini təyin edən əsas amil rabitə gücüdür. Rabitənin entalpiya qiymətlərinə baxaraq, bu rabitələrin gücünü təyin etmək olsr. Məsələn, H və F arasındakı rabitənin entalpiyası 1 mola 567 kilocouldur. Eyni zamanda isə H-I rabitəsinin arasındakı entalpiya 1 mola 299 kilocouldur. Rabitə entalpiyasının qiyməti azaldıqca, rabitəni qırmaq da asanlaşır. Qrup üzrə aşağı getdikcə rabitənin entalpiyası azalır, bu o deməkdir ki, rabitə gücü azalır. Rabitənin gücündə azalma, turşunun proton verməsini azaldır. Deməli, qrup üzrə aşağı getdikcə protonun verilməsi xüsusiyyəti artır. Gəlin indi oksigenli turşuları müqayisə edək. Oksigenli turşuların ümumi formulaları XOH-dır, burada X halogendir. Turşu protonu, oksigenə birbaşa birləşən protondur. Və oksigenli turşular suya proton verərək H3O müsbət ionunu və oksigenli turşu üçün qoşulmuş əsas əmələ gətirir. Yəni bu üç oksigenli turşu üçün, yod, brom, xlor. Yoddan broma doğru getdikcə, yəni dövri cədvəldə 7A qrupunda xlor istiqamətində, elektromənfilik artır. Deməli, bu üç halogenlər arasında xlor ən elektromənfi elementdir. Halogenlərdə qrup üzrə yuxarı getdikcə, turşuların qüvvətliyi artır. Deməli, hipoxlorit turşusu bu üç turşuların arasında ən qüvvətlisidir. Oksigenli turşularda qüvvətliyə təsir edən ən vacib amil rabitə polyarlığıdır, buna isə ilk növbədə elektromənfilik təsir edir. Deməli, bu oksigenin, hidrogen rabitəsinin polyarlığına halogen təsir edir. Halogenin elektromənfiliyi artdıqca, o molekulun sağ tərəfindəki elektron sıxlığını özünə çəkmə xüsusiyyəti artır. Oksigen və hidrogen rabitə polyarlığının artımı, protonu verməyi asanlaşdırır. Beləliklə, halogenlərin elektromənfiliyi artdıqca, oksigenli turşuların qüvvətliyi artır. Elektromənfi atomun təsiri turşuluğu artırır, buna həmçinin induktiv təsir deyilir. Gəlin indi hipoxlorit turşusunu digər iki oksigenli turşu ilə müqayisə edək və fikir verin ki, mən bu turşu molekulların yükünü yazmamışam, çünki belə fikrimizi ümumi quruluşa daha yaxşı cəmləyə bilərik. Fikir verin ki, bütün üç oksigenli turşuda turşu proton birbaşa oksigenə birləşib. Oksigen isə bu oksigenli turşularda birbaşa xlora birləşib. Baxaq sağa getdikcə quruluşda nə baş verir. Xlorit turşusunu, hipoxlorit turşusu ilə müqayisə etdikdə görəcəyik ki, xlorit turşusunda xlora birləşmiş əlavə oksigen var. Perxlorat turşusuna baxanda isə əlavə oksigendən bir yox, üç dənədir. Gördüyünüz kimi sağa doğru getdikcə, xlora birləşmiş oksigenin sayını artırırıq. Oksigen isə yüksək elektromənfi elementdir. Beləliklə, sağa getdikcə, turşuda elektromənfi atomların sayını artırırıq. Elektromənfi atomların sayı artdıqca, turşu protonundan elektron sıxlığı uzaqlaşır, bu isə oksigen və hidrogen rabitəsinin polyarlığını artırır. Nəticədə, sağa getdikcə, rabitə polyarlığı artır, buna görə bu istiqamətdə turşunun qüvvətliyi artır. Praktiki olaraq görürük ki, perxlorat turşusu bu üç turşudan ən qüvvətlisidir. Əslində, bütün bu üç amil turşunun qüvvətliyinə təsir edir. Buna baxmayarq, asanlıq üçün deyirik ki, rabitənin polyarlığında artım bu oksigenli turşuların qüvvətliyində əsas rol oynayır. Karbon turşuların hamısında karboksil qrupu var. Karboksil qrupu karbon, oksigen, oksigen və hidrogendən ibarətdir. Məsələn, sirkə turşusunda karboksil qrupunu dairəyə aldım, həmçinin qarışqa turşusunda karboksil qrupunu dairəyə aldım. Karbon turşusunda oksigenə birbaşa birləşmiş turşu proton karboksil qrupundadır. Bu protonun turşu proton olmaq səbəbi karboksil qrupunda oksigenin olmasıdır. Bu oksigen və hidrogen rabitəsi artlq polyarlaşıb, lakin digər elektromənfi atomun olmağı, bu oksigen və hidrogen rabitənin polyarlığını artırır. Rabitənin polyarlığın artımı, protonun verilməsini asanlaşdırır, bu da turşuluğu artırır. Karbon turşularında, həmçinin qoşulmuş əsasın sabitliyini nəzərə almaq vacibdir. Sirkə turşusu protonu verəndə, qoşulmuş əsasa çevrilir, yəni asetat ionuna. Fikir verin ki, protona birləşmiş oksigenin indi mənfi yükü var. Asetat ionu üçün iki rezonans quruluşu çəkə bilərsiz. Birincisi, oksigenin üzərində mənfi yük olmalqla. Digər rezonans quruluşunda isə mənfi yük digər oksigendə olacaq. Əslində, hu rezonans quruluşların heç biri asetat ionunun quruluşunu dəqiqiliklə ifadə eləmir. Bu səbəbdən, biz gərək bu iki quruluşun hibridi haqqında düşünək. Hibriddə, mənfi yük oksigenlərin üzərində deyil, bu mənfi yük, ikisi arasında bölünür, iki oksigen arasında. Yəni oksigenin birində mənfi ikidə bir, ikinci oksigendə də mənif ikidə bir. Mənfi yükün belə yerdəyişməsi qoşulmuş əsasın sabitliyini artırır. Qoşulmuş əsasın sabitiyi artanda, turşunun qüvvətliyi artır. Beləlikə, karbon turşuların qüvvətliyinə həmçinin qoşulmuş əsasın sabitliyi təsir edir. Karbon turşuların qoşulmuş əsasları rezonansa məruz qalaraq, sabitləşirlər, bu səbəbdən karbon turşularda, sirkə və qarışqa turşuları daha turşu xassəlidirlər.