Turşuların qüvvətliliyinə təsir edən
əsas amillər rabitə polyarlığı,
rabitə gücü və
qoşulmuş əsasın sabitliyidir.
Gəlin ümumi bir turşu haqqında düşünək,
HA,
bu turşu suya proton verərək
hidroksonium ionu, H3O müsbət və
HA-ın qoşulmuş əsasını, A mənfini
əmələ gətirir.
İlk növbədə gəlin H və A arasında
rabitə polyarlığına baxaq.
Əgər A, H-dən daha elektromənfdirsə,
onda A elektron sıxlığını özünə çəkəcək.
A tərəfə istiqamətlənmiş ox çəkə bilərik
və bu ox
elektronlar və onlar arasında rabitənin,
A-a yaxın olmasını göstərir.
A-ın elektromənfiliyi artdıqca,
rabitə arasındakı polyarlıq da artır.
Polyarlıq artanda, elektron sıxlığı
H-dən uzaqlaşır və bu
HA-ın proton
verməsini asanlaşdırır.
Beləliklə, ümumiyyətlə
HA rabitəsinin polyarlığı artdıqca,
turşunun qüvvətliyi artır.
Gəlin indi rabitə gücünü amili
haqqında düşünək.
H və A arasındakı rabitənin gücünü
nəzərə alaq.
Rabitə zəiflədikcə,
proton daha da rahat ayrılır.
Deməli, rabitə zəiflədikcə,
turşunun qüvvətliyi artır.
Qoşulmuş əsasın sabitliyi də,
həmçinin turşunun qüvvətliyinə
təsir edə bilər.
Qoşulmuş əsas nə qədər sabit olsa,
o qədər də asan protonu verir.
HA turşusunun qoşulmuş əsası
A mənfidir.
A mənfi nə qədər sabit olsa,
HA o qədər də məhlula protonu
rahat verəcək.
Buna görə də, ümumiyyətlə
qoşulmuş əsasın sabitliyi artanda,
turşunun qüvvətliyi artır.
Onda gəlin yazaq ki,
qoşulmuş əsasın sabitliyi artıdqca,
turşunun qüvvətliyi artırır.
Baxmayaraq ki,
turşunun qüvvətliyinə hər üç amil
təsir edir, yəni
rabitə polyarlığı, qüvvəti və
qoşulmuş əsasın sabitliyi,
nümunələrə baxanda,
turşu qüvvətliyinə təsir edən
əsas iki amili nəzərə alırıq.
Gəlin, 7A qrupunun əmələ gətirdikləri
binar
turşularına baxaq, bu flüorid turşusudur,
xlorid turşusu, bromid turşusu,
və yodid turşusu.
Aşağı getdikcə, flör, xlor,
brom,
yod istiqamətində,
turşunun qüvvətliyi artır.
Bu dörd hidro ion turşulardan
, yodid ionu ən güclüsüdür.
7A qrupunun binar turşularının
qüvvətliliyini təyin edən əsas amil
rabitə gücüdür.
Rabitənin entalpiya qiymətlərinə baxaraq,
bu rabitələrin gücünü təyin etmək olsr.
Məsələn, H və F arasındakı rabitənin
entalpiyası 1 mola 567 kilocouldur.
Eyni zamanda isə H-I
rabitəsinin
arasındakı entalpiya 1 mola
299 kilocouldur.
Rabitə entalpiyasının qiyməti azaldıqca,
rabitəni qırmaq da asanlaşır.
Qrup üzrə aşağı getdikcə rabitənin
entalpiyası azalır,
bu o deməkdir ki, rabitə gücü azalır.
Rabitənin gücündə azalma,
turşunun proton verməsini azaldır.
Deməli, qrup üzrə aşağı getdikcə
protonun verilməsi xüsusiyyəti artır.
Gəlin indi oksigenli turşuları
müqayisə edək.
Oksigenli turşuların ümumi formulaları
XOH-dır,
burada X halogendir.
Turşu protonu,
oksigenə birbaşa birləşən protondur.
Və oksigenli turşular suya proton verərək
H3O müsbət ionunu
və oksigenli turşu üçün qoşulmuş əsas
əmələ gətirir.
Yəni bu üç oksigenli turşu üçün,
yod, brom, xlor.
Yoddan broma doğru getdikcə,
yəni dövri cədvəldə 7A qrupunda xlor
istiqamətində,
elektromənfilik artır.
Deməli, bu üç halogenlər arasında xlor
ən elektromənfi elementdir.
Halogenlərdə qrup üzrə yuxarı getdikcə,
turşuların qüvvətliyi artır.
Deməli, hipoxlorit turşusu bu
üç turşuların arasında ən qüvvətlisidir.
Oksigenli turşularda qüvvətliyə təsir edən
ən vacib amil
rabitə polyarlığıdır,
buna isə ilk növbədə
elektromənfilik təsir edir.
Deməli, bu oksigenin, hidrogen rabitəsinin
polyarlığına
halogen təsir edir.
Halogenin elektromənfiliyi artdıqca,
o molekulun sağ tərəfindəki
elektron sıxlığını
özünə çəkmə xüsusiyyəti artır.
Oksigen və hidrogen rabitə polyarlığının
artımı,
protonu verməyi asanlaşdırır.
Beləliklə, halogenlərin elektromənfiliyi
artdıqca,
oksigenli turşuların qüvvətliyi artır.
Elektromənfi atomun təsiri
turşuluğu artırır,
buna həmçinin induktiv təsir deyilir.
Gəlin indi hipoxlorit turşusunu digər
iki oksigenli turşu ilə müqayisə edək
və fikir verin ki, mən bu turşu
molekulların
yükünü yazmamışam, çünki belə
fikrimizi ümumi quruluşa daha yaxşı
cəmləyə bilərik.
Fikir verin ki, bütün üç oksigenli turşuda
turşu proton birbaşa
oksigenə birləşib.
Oksigen isə bu oksigenli turşularda
birbaşa xlora birləşib.
Baxaq sağa getdikcə quruluşda
nə baş verir.
Xlorit turşusunu, hipoxlorit turşusu ilə
müqayisə etdikdə
görəcəyik ki, xlorit turşusunda xlora
birləşmiş əlavə oksigen var.
Perxlorat turşusuna baxanda isə
əlavə oksigendən bir yox,
üç dənədir.
Gördüyünüz kimi sağa doğru
getdikcə, xlora birləşmiş
oksigenin sayını artırırıq.
Oksigen isə yüksək elektromənfi
elementdir.
Beləliklə, sağa getdikcə,
turşuda elektromənfi atomların sayını
artırırıq.
Elektromənfi atomların sayı artdıqca,
turşu protonundan elektron
sıxlığı uzaqlaşır,
bu isə oksigen və hidrogen rabitəsinin
polyarlığını artırır.
Nəticədə, sağa getdikcə, rabitə
polyarlığı artır,
buna görə bu istiqamətdə
turşunun qüvvətliyi
artır.
Praktiki olaraq görürük ki,
perxlorat turşusu bu üç turşudan
ən qüvvətlisidir.
Əslində, bütün bu üç amil
turşunun qüvvətliyinə təsir edir.
Buna baxmayarq, asanlıq üçün
deyirik ki, rabitənin polyarlığında artım
bu oksigenli turşuların qüvvətliyində
əsas rol oynayır.
Karbon turşuların hamısında
karboksil qrupu var.
Karboksil qrupu karbon,
oksigen, oksigen və hidrogendən ibarətdir.
Məsələn, sirkə turşusunda
karboksil qrupunu dairəyə aldım,
həmçinin qarışqa turşusunda
karboksil qrupunu dairəyə aldım.
Karbon turşusunda oksigenə
birbaşa
birləşmiş turşu proton
karboksil qrupundadır.
Bu protonun turşu proton olmaq səbəbi
karboksil qrupunda
oksigenin olmasıdır.
Bu oksigen və hidrogen rabitəsi
artlq polyarlaşıb,
lakin digər elektromənfi atomun
olmağı,
bu oksigen və hidrogen rabitənin
polyarlığını artırır.
Rabitənin polyarlığın artımı,
protonun verilməsini asanlaşdırır,
bu da turşuluğu artırır.
Karbon turşularında,
həmçinin qoşulmuş əsasın sabitliyini
nəzərə almaq vacibdir.
Sirkə turşusu protonu verəndə,
qoşulmuş əsasa çevrilir,
yəni asetat ionuna.
Fikir verin ki, protona
birləşmiş oksigenin indi
mənfi yükü var.
Asetat ionu üçün iki rezonans quruluşu
çəkə bilərsiz.
Birincisi, oksigenin üzərində
mənfi yük olmalqla.
Digər rezonans quruluşunda isə
mənfi yük digər oksigendə olacaq.
Əslində, hu rezonans quruluşların
heç biri
asetat ionunun quruluşunu dəqiqiliklə
ifadə eləmir.
Bu səbəbdən, biz gərək
bu iki quruluşun hibridi haqqında
düşünək.
Hibriddə,
mənfi yük oksigenlərin üzərində deyil,
bu mənfi yük,
ikisi arasında bölünür,
iki oksigen arasında.
Yəni oksigenin birində mənfi
ikidə bir,
ikinci oksigendə də mənif ikidə bir.
Mənfi yükün belə yerdəyişməsi
qoşulmuş əsasın sabitliyini artırır.
Qoşulmuş əsasın sabitiyi artanda,
turşunun qüvvətliyi artır.
Beləlikə, karbon turşuların qüvvətliyinə
həmçinin qoşulmuş əsasın sabitliyi
təsir edir.
Karbon turşuların qoşulmuş
əsasları
rezonansa məruz qalaraq,
sabitləşirlər, bu səbəbdən
karbon turşularda,
sirkə və qarışqa turşuları daha
turşu xassəlidirlər.