Gəlin ümumi bir turşu haqqında düşünək, HA, bu turşu suya proton verərək hidronium ionu, H3O müsbət və HA-ın qoşulmuş əsasını, A mənfini əmələ gətirir. İlk növbədə gəlin H və A arasında rabitə polyarlığına baxaq. Əgər A, H-dən daha elektromənfdirsə, onda A elektron sıxlığını özünə çəkəcək. A tərəfə istiqamətlənmiş ox çəkə bilərik və bu ox elektronlar və onlar arasında rabitənin, A-a yaxın olmasını göstərir. A-ın elektromənfiliyi artdıqca, rabitə arasındakı polyarlıq da artır. Polyarlıq artanda, elektron sıxlığı H-dən uzaqlaşır və bu HA-ın proton verməsini asanlaşdırır. Beləliklə, ümumiyyətlə HA rabitəsinin polyarlığı artdıqca, turşunun qüvvətliyi artır. Gəlin indi rabitə gücünü amili haqqında düşünək. H və A arasındakı rabitənin gücünü nəzərə alaq. Rabitə zəiflədikcə, proton daha da rahat ayrılır. Deməli, rabitə zəiflədikcə, turşunun qüvvətliyi artır. Qoşulmuş əsasın sabitliyi də, həmçinin turşunun qüvvətliyinə təsir edə bilər. Qoşulmuş əsas nə qədər sabit olsa, o qədər də asan protonu verir. HA turşusunun qoşulmuş əsası A mənfidir. A mənfi nə qədər sabit olsa, HA o qədər də məhlula protonu rahat verəcək. Beləliklə, qoşulmuş əsasın sabitliyi artanda, turşunun qüvvətliyi artır. Onda gəlin yazaq ki, qoşulmuş əsasın sabitliyi artıdqca, turşunun qüvvətliyi artırır. Baxmayaraq ki, turşunun qüvvətliyinə hər üç amil təsir edir, yəni rabitə polyarlığı, qüvvəti və qoşulmuş əsasın sabitliyi, nümunələrə baxanda, turşu qüvvətliyinə təsir edən əsas iki amili nəzərə alırıq. Gəlin, 7A qrupunun əmələ gətirdikləri turşularına baxaq, bu flüorid turşusudur, xlorid turşusu, bromid turşusu, və yodid turşusu. Aşağı getdikcə, flör, xlor, brom, yod istiqamətində, turşunun qüvvətliyi artır. Bu dördündüən, yodid ionu ən güclüsüdür. 7A qrupunun turşularının qüvvətliliyini təyin edən əsas amil rabitə gücüdür. Rabitənin entalpiya qiymətlərinə baxaraq, bu rabitələrin gücünü təyin etmək olsr. Məsələn, H və F arasındakı rabitənin entalpiyası 1 mola 567 kilocouldur. Eyni zamanda isə H v I rabitənin arasındakı entalpiya 1 mola 299 kilocouldur. Rabitə entalpiyasının qiyməti azaldıqca, rabitəni qırmaq da asanlaşır. Qrup üzrə aşağı getdikcə rabitənin entalpiyası azalır, bu o deməkdir ki, rabitə gücü azalır. Rabitənin gücündə azalma, turşunun proton verməsini azaldır. Deməli, qrup üzrə aşağı getdikcə protonun verilməsi xüsusiyyəti artır. Gəlin indi oksigenli turşuları müqayisə edək. Oksigenli turşuların ümumi formulaları XOH-dır, burada X halogendir. Turşu protonu, oksigenə birləşən protondur. Və oksigenli turşular suya proton verərək H3O müsbət ionunu və oksigenli turşu üçün qoşulmuş əsas əmələ gətirir. Yəni bu üç oksigenli turşu üçün, yod, brom, xlor. Yoddan broma doğru getdikcə, yəni dövri cədvəldə 7A qrupunda xlor istiqamətində, elektromənfilik artır. Deməli, bu üç halogenlər arasında xlor ən elektromənfi elementdir. Halogenlərdə qrup üzrə yuxarı getdikcə,