Gəlin ümumi bir turşu haqqında düşünək,
HA,
bu turşu suya proton verərək
hidronium ionu, H3O müsbət və
HA-ın qoşulmuş əsasını, A mənfini
əmələ gətirir.
İlk növbədə gəlin H və A arasında
rabitə polyarlığına baxaq.
Əgər A, H-dən daha elektromənfdirsə,
onda A elektron sıxlığını özünə çəkəcək.
A tərəfə istiqamətlənmiş ox çəkə bilərik
və bu ox
elektronlar və onlar arasında rabitənin,
A-a yaxın olmasını göstərir.
A-ın elektromənfiliyi artdıqca,
rabitə arasındakı polyarlıq da artır.
Polyarlıq artanda, elektron sıxlığı
H-dən uzaqlaşır və bu
HA-ın proton
verməsini asanlaşdırır.
Beləliklə, ümumiyyətlə
HA rabitəsinin polyarlığı artdıqca,
turşunun qüvvətliyi artır.
Gəlin indi rabitə gücünü amili
haqqında düşünək.
H və A arasındakı rabitənin gücünü
nəzərə alaq.
Rabitə zəiflədikcə,
proton daha da rahat ayrılır.
Deməli, rabitə zəiflədikcə,
turşunun qüvvətliyi artır.
Qoşulmuş əsasın sabitliyi də,
həmçinin turşunun qüvvətliyinə
təsir edə bilər.
Qoşulmuş əsas nə qədər sabit olsa,
o qədər də asan protonu verir.
HA turşusunun qoşulmuş əsası
A mənfidir.
A mənfi nə qədər sabit olsa,
HA o qədər də məhlula protonu
rahat verəcək.
Beləliklə,
qoşulmuş əsasın sabitliyi artanda,
turşunun qüvvətliyi artır.
Onda gəlin yazaq ki,
qoşulmuş əsasın sabitliyi artıdqca,
turşunun qüvvətliyi artırır.
Baxmayaraq ki,
turşunun qüvvətliyinə hər üç amil
təsir edir, yəni
rabitə polyarlığı, qüvvəti və
qoşulmuş əsasın sabitliyi,
nümunələrə baxanda,
turşu qüvvətliyinə təsir edən
əsas iki amili nəzərə alırıq.
Gəlin, 7A qrupunun əmələ gətirdikləri
turşularına baxaq, bu flüorid turşusudur,
xlorid turşusu, bromid turşusu,
və yodid turşusu.
Aşağı getdikcə, flör, xlor,
brom,
yod istiqamətində,
turşunun qüvvətliyi artır.
Bu dördündüən, yodid ionu ən güclüsüdür.
7A qrupunun turşularının
qüvvətliliyini təyin edən əsas amil
rabitə gücüdür.
Rabitənin entalpiya qiymətlərinə baxaraq,
bu rabitələrin gücünü təyin etmək olsr.
Məsələn, H və F arasındakı rabitənin
entalpiyası 1 mola 567 kilocouldur.
Eyni zamanda isə H v I
rabitənin
arasındakı entalpiya 1 mola
299 kilocouldur.
Rabitə entalpiyasının qiyməti azaldıqca,
rabitəni qırmaq da asanlaşır.
Qrup üzrə aşağı getdikcə rabitənin
entalpiyası azalır,
bu o deməkdir ki, rabitə gücü azalır.
Rabitənin gücündə azalma,
turşunun proton verməsini azaldır.
Deməli, qrup üzrə aşağı getdikcə
protonun verilməsi xüsusiyyəti artır.
Gəlin indi oksigenli turşuları
müqayisə edək.
Oksigenli turşuların ümumi formulaları
XOH-dır,
burada X halogendir.