Gəlin ümumi bir turşu haqqında düşünək, HA, bu turşu suya proton verərək hidronium ionu, H3O müsbət və HA-ın qoşulmuş əsasını, A mənfini əmələ gətirir. İlk növbədə gəlin H və A arasında rabitə polyarlığına baxaq. Əgər A, H-dən daha elektromənfdirsə, onda A elektron sıxlığını özünə çəkəcək. A tərəfə istiqamətlənmiş ox çəkə bilərik və bu ox elektronlar və onlar arasında rabitənin, A-a yaxın olmasını göstərir. A-ın elektromənfiliyi artdıqca, rabitə arasındakı polyarlıq da artır. Polyarlıq artanda, elektron sıxlığı H-dən uzaqlaşır və bu HA-ın proton verməsini asanlaşdırır. Beləliklə, ümumiyyətlə HA rabitəsinin polyarlığı artdıqca, turşunun qüvvətliyi artır. Gəlin indi rabitə qüvvətliyi amili haqqında düşünək.