Gəlin ümumi bir turşu haqqında düşünək,
HA,
bu turşu suya proton verərək
hidronium ionu, H3O müsbət və
HA-ın qoşulmuş əsasını, A mənfini
əmələ gətirir.
İlk növbədə gəlin H və A arasında
rabitə polyarlığına baxaq.
Əgər A, H-dən daha elektromənfdirsə,
onda A elektron sıxlığını özünə çəkəcək.
A tərəfə istiqamətlənmiş ox çəkə bilərik
və bu ox
elektronlar və onlar arasında rabitənin,
A-a yaxın olmasını göstərir.
A-ın elektromənfiliyi artdıqca,
rabitə arasındakı polyarlıq da artır.
Polyarlıq artanda, elektron sıxlığı
H-dən uzaqlaşır və bu
HA-ın proton
verməsini asanlaşdırır.
Beləliklə, ümumiyyətlə
HA rabitəsinin polyarlığı artdıqca,
turşunun qüvvətliyi artır.
Gəlin indi rabitə qüvvətliyi amili
haqqında düşünək.