Riyaziyyatda ədədlərin yuvarlaqlaşdırılmağı ilə bağlı bir çox misalla qarşılaşmışıq. Yuvarlaqlaşdırmadan niyə istifadə edilir? Hansı hallarda yuvarlaqlaşdırma istifadə edilə bilər? Bəzi misalların cavablarının təxmin edilməsində yuvarlaqlaşdırmadan istifadə edə bilərik. Hər hansı bir ölçünü təxmini tapmağa çalışdıqda, cavabı bir qədər sadələşdirmək üçün yuvarlaqlaşdırmadan istifadə edə bilərik. Yaxud dəqiq ölçünü bilmədikdə. Yuvarlaqlaşdırmanın nə demək olduğuna nəzər salaq. 36, 34, 35, 26 və 12 ədədlərini yuvarlaqlaşdırmalıyıq. Bunların hər birini ən yaxın onluqlara yuvarlaqlaşdıraq. Bunun nə demək olduğunu izah edəcəm. Bu ədədlərin hər birinə ən yaxın 10-un bölünəni olan ədədi tapmalıyıq. 10-un bölünənləri hansılardır? 10 vur 0 = 0, 10 vur 1 = 10, 10, 20, 30, 40, 50, 60 və s. Videonu dayandırın və 10-un bölünənlərindən bu ədədlərə ən yaxın olan ədədləri tapın. Bu haqda bir qədər düşünək. Bu misalı həll etmək üçün ədəd oxundan istifadə edə bilərik. Burada iki ədəd oxu çəkək. Burada bir neçə ədəd oxu var. Bu ədədlərin ədəd oxu üzərində harada yerləşdiyinə baxaq. İlk ədədimiz 36-dır, bu ədəd ədəd oxu üzərində harada yerləşir? 30 və 40 arasında. Bu kiçik mavi hissə 35-ə bərabərdir. 36 bundan bir qədər artıqdır. 36 təxmini burada olacaq. Bu hissəni bir qədər böyüdək. Bu 30, bu isə 40-dır. 36 harada yerləşir? Bu, 35-ə bərabərdir. 36 bundan bir qədər yuxarıdadır. 36-nı burada qeyd edə bilərik. Bunu ən yaxın onluqlara yuvarlaqlaşdırsaq, hansı iki ehtimal alınar? 36-nı yuxarıya yuvarlaqlaşdırsaq, cavabda 40 alınar. Yuxarıya yuvarlaqlaşdırdıqda 40 alınır, aşağıya yuvarlaqlaşdırdıqda isə cavabda 30 alınır. Bu ədədlərdən hansının verilən ədədə daha yaxın olduğunu müəyyənləşdirməliyik. Bu sualın cavabını təxmini tapa bilərik. 36 ədədi 40-dan 4 vahid məsafədədir, 30-dan isə 6 vahid məsafədə yerləşir. Deməli, 40 daha yaxındır. Bunu yuxarıya yuvarlaqlaşdırırıq. Cavabda 40 alınır. Ədədi yuxarıya yuvarlaqlaşdırdıq. Digər qiymətlərə də nəzər salaq. 34-ü necə yuvarlaqlaşdıraq? Videonu dayandırın və cavabı tapmağa çalışın. Bu ədədi aşağıya və yuxarıya yuvarlaqlaşdırdıqda hansı ədəd alındığını müəyyənləşdirməyə çalışaq. 34 ədədini ədəd oxunda qeyd edək. 34 təxmini burada yerləşir. Bizim iki variantımız var. 34-ü yuvarlaqlaşdıraq. Eyni rəngdən istifadə edirik, bunu yuxarıya yuvarlaqlaşdırdıqda 40 alınır, Aşağıya yuvarlaqlaşdırdıqda isə 30 alınır. Bunlardan hansı daha yaxındır? Bu, 30-dan 4 vahid, 40-dan 6 vahid məsafədədir. Bu, 30-a daha yaxındır. Odur ki, bu ədədi 30-a yuvarlaqlaşdırırıq. Cavabda 30 alınır. Burada yuxarıya yuvarlaqlaşdırdıqda onluqlar mərtəbəsində 3-dən 4 alınır, yəni 30-dan 40 alınır. Aşağıya yuvarlaqlaşdırdıqda isə 30-dan 20-yə enirik. 30 34-dən kiçikdir. Bunu aşağıya yuvarlaqlaşdırdıqda, Ən yaxın onluqlara yuvarlaqlaşdırdığımızdan təkliklər mərtəbəsində 0 yazılır. Davam edək. 35 ədədini ən yaxın onluqlara yuvarlaqlaşdıraq. Misalı həll etməzdən əvvəl iki variant haqqında düşünək. Bunu artıq bilirik. 35 təxmini buradadır. Ədəd oxunda 35-i qeyd edirik. Burada iki mümkün cavab var. 35 yuxarıya yuvarlaqlaşdırıldıqda 40, aşağıya yuvarlaqlaşdırıldıqda 30 alınır. Videonu dayandırın və cavabı tapmağa çalışın. Bu, bir qədər maraqlıdır, çünki bu ədəd bunların hər ikisindən 5 vahid məsafədə yerləşir. Bu, 40-dan da, 30-dan da 5 vahid məsafədə yerləşir. Odur ki, təkliklər mərtəbəsində 5 yazılan ədədlərin yuvarlaqlaşdırılması üçün riyaziyyatçıların qəbul etdiyi bir qayda var. Təkliklər mərtəbəsində 5 və daha böyük rəqəm varsa, yuxarıya yuvarlaqlaşdırırıq. Bu, sadəcə bir qaydadır. Təkliklər mərtəbəsində 5 və daha böyük rəqəm olduğundan 35 40-a yuvarlaqlaşdırılır. Təkliklər mərtəbəsində 6 var, 5-dən böyük olduğundan bunu yuxarıya yuvarlaqlaşdırırıq və cavabda 40 alınır. 4 5-dən kiçik olduğundan aşağıya yuvarlaqlaşdırdıq. Digər iki ədədi yuvarlaqlaşdırmaq üçün bu qaydadan istifadə edək. Məsələn, 26 ədədinə nəzər salın. Burada hansı iki ehtimal var? 26-dan böyük 10 bölünəni və 26-dan kiçik 10 bölünəni hansıdır? 26-dan böyük 10 bölünəni 30, 26-dan kiçik 10 bölünəni isə 20-dir. Bunu yuxarıya yuvarlaqlaşdırsaq, 30, aşağıya yuvarlaqlaşdırsaq, 20 alınar. Ən yaxın onluqlara yuvarlaqlaşdırmaq üçün onluqlar mərtəbəsinə nəzər salırıq. Bu ədədi ən yaxın onluqlara yuvarlaqlaşdırmaq üçün təkliklər mərtəbəsinə nəzər salaq. Təklilər mərtəbəsinə əsasən cavabı tapa bilərik. Bu, 5-dən böyükdür. Bu rəqəm 5-dən böyük olduğundan yuxarıya yuvarlaqlaşdırırıq. Odur ki, 26 ədədini yuvarlaqlaşdırdıqda cavabda 30 alınır. 12 ədədini necə yuvarlaqlaşdıra bilərik? Bu sualı cavablandırmağa çalışaq. 12-dən böyük 10 bölünəninə nəzər salaq. Bunu yuxarıya yuvarlaqlaşdırdıqda 20 alınar. 12 təxmini burada yerləşir. Bunu 20 və ya 10-a yuvarlaqlaşdıra bilərik. Bunu ən yaxın onluqlara yuvarlaqlaşdırmaq üçün təkliklər mərtəbəsinə nəzər salmalıyıq. Burada təkliklər mərtəbəsində yerləşən rəqəm 5-dən kiçikdir. Odur ki, bunu aşağıya yuvarlaqlaşdırırıq. Məntiqlidir, çünki alınan bu ədəd 20-yə nəzərən buna daha yaxındır. 12 ədədini ən yaxın onluqlara yuvarlaqlaşdırdıqda cavabda 10 alınır.