Riyaziyyatda ədədlərin
yuvarlaqlaşdırılmağı ilə bağlı
bir çox misalla qarşılaşmışıq.
Yuvarlaqlaşdırmadan niyə istifadə edilir?
Hansı hallarda yuvarlaqlaşdırma
istifadə edilə bilər?
Bəzi misalların cavablarının təxmin
edilməsində
yuvarlaqlaşdırmadan istifadə edə bilərik.
Hər hansı bir ölçünü təxmin tapmağa
çalışdıqda,
cavabı bir qədər sadələşdirmək üçün
yuvarlaqlaşdırmadan
istifadə edə bilərik.
Yaxud dəqiq ölçünü bilmədikdə.
Yuvarlaqlaşdırmanın nə demək olduğuna
nəzər salaq.
36, 34, 35, 26 və 12 ədədlərini
yuvarlaqlaşdırmalıyıq.
Bunların hər birini ən yaxın
onluqlara yuvarlaqlaşdıraq.
Bunun nə demək olduğunu izah edəcəm.
Bu ədədlərin hər birinə ən yaxın
10-un bölünəni olan ədədi tapmalıyıq.
10-un bölünənləri hansılardır?
10 vur 0 = 0,
10 vur 1 = 10,
10, 20, 30, 40, 50, 60 və s.
Videonu dayandırın
və 10-un bölünənlərindən bu
ədədlərə ən yaxın olan ədədləri tapın.
Bu haqda bir qədər düşünək.
Bu misalı həll etmək üçün
ədəd oxundan istifadə edə bilərik.
Burada iki ədəd oxu çəkək.
Burada bir neçə ədəd oxu var.
Bu ədədlərin ədəd oxu üzərində harada
yerləşdiyinə baxaq.
İlk ədədimiz 36-dır,
bu ədəd
ədəd oxu üzərində harada yerləşir?
30 və 40 arasında.
Bu kiçik mavi hissə 35-ə bərabərdir.
36 bundan bir qədər artıqdır.
36 təxmini burada olacaq.
Bu hissəni bir qədər böyüdək.
Bu 30, bu isə 40-dır.
36 harada yerləşir?
Bu, 35-ə bərabərdir.
36 bundan bir qədər yuxarıdadır.
36-nı burada qeyd edə bilərik.
Bunu ən yaxın onluqlara yuvarlaqlaşdırsaq,
hansı iki ehtimal alınar?
36-nı yuxarıya yuvarlaqlaşdırsaq,
cavabda 40 alınar.
Yuxarıya yuvarlaqlaşdırdıqda 40 alınır,
aşağıya yuvarlaqlaşdırdıqda isə cavabda 30 alınır.
Bu ədədlərdən hansının verilən ədədə
daha yaxın olduğunu
müəyyənləşdirməliyik.
Bu sualın cavabını
təxmini tapa bilərik.
36 ədədi 40-dan 4 vahid məsafədədir,
30-dan isə 6 vahid məsafədə yerləşir.
Deməli, 40 daha yaxındır.
Bunu yuxarıya yuvarlaqlaşdırırıq.
Cavabda 40 alınır.
Ədədi yuxarıya yuvarlaqlaşdırdıq.
Digər qiymətlərə də nəzər salaq.
34-ü necə yuvarlaqlaşdıraq?
Videonu dayandırın və cavabı
tapmağa çalışın.
Bu ədədi aşağıya və yuxarıya
yuvarlaqlaşdırdıqda hansı ədəd alındığını
müəyyənləşdirməyə çalışaq.
34 ədədini ədəd oxunda qeyd edək.
34 təxmini burada yerləşir.
Bizim iki variantımız var.
34-ü yuvarlaqlaşdıraq.
Eyni rəngdən istifadə edirik,
bunu yuxarıya yuvarlaqlaşdırdıqda 40 alınır,
Aşağıya yuvarlaqlaşdırdıqda isə 30 alınır.
Bunlardan hansı daha yaxındır?
Bu, 30-dan 4 vahid, 40-dan 6 vahid
məsafədədir.
Bu, 30-a daha yaxındır.
Odur ki, bu ədədi 30-a yuvarlaqlaşdırırıq.
Cavabda 30 alınır.
Burada yuxarıya yuvarlaqlaşdırdıqda
onluqlar mərtəbəsində 3-dən 4 alınır,
yəni 30-dan 40 alınır.
Aşağıya yuvarlaqlaşdırdıqda isə
30-dan 20-yə enirik.
30 34-dən kiçikdir.
Bunu aşağıya yuvarlaqlaşdırdıqda,
Ən yaxın onluqlara yuvarlaqlaşdırdığımızdan
təkliklər mərtəbəsində 0 yazılır.
Davam edək.
35 ədədini ən yaxın onluqlara yuvarlaqlaşdıraq.
Misalı həll etməzdən əvvəl
iki variant haqqında düşünək.
Bunu artıq bilirik.
35 təxmini buradadır.
Ədəd oxunda 35-i qeyd edirik.
Burada iki mümkün cavab var.
35 yuxarıya yuvarlaqlaşdırıldıqda 40,
aşağıya yuvarlaqlaşdırıldıqda 30 alınır.
Videonu dayandırın və cavabı tapmağa çalışın.
Bu, bir qədər maraqlıdır,
çünki bu ədəd bunların hər ikisindən
5 vahid məsafədə yerləşir.
Bu, 40-dan da, 30-dan da
5 vahid məsafədə yerləşir.
Odur ki, təkliklər mərtəbəsində
5 yazılan ədədlərin yuvarlaqlaşdırılması
üçün
riyaziyyatçıların qəbul etdiyi bir
qayda var.
Təkliklər mərtəbəsində 5 və daha böyük rəqəm varsa,
yuxarıya yuvarlaqlaşdırırıq.
Bu, sadəcə bir qaydadır.
Təkliklər mərtəbəsində 5 və daha böyük rəqəm
olduğundan
35 40-a yuvarlaqlaşdırılır.
Təkliklər mərtəbəsində 6 var,
5-dən böyük olduğundan
bunu yuxarıya yuvarlaqlaşdırırıq və
cavabda 40 alınır.
4 5-dən kiçik olduğundan
aşağıya yuvarlaqlaşdırdıq.
Digər iki ədədi yuvarlaqlaşdırmaq üçün
bu qaydadan istifadə edək.
Məsələn 26 ədədinə nəzər salın.
Burada hansı iki ehtimal var?
26-dan böyük 10 bölünəni və
26-dan kiçik 10 bölünəni hansıdır?
26-dan böyük 10 bölünəni 30,
26-dan kiçik 10 bölünəni isə 20-dir.
Bunu yuxarıya yuvarlaqlaşdırsaq, 30,
aşağıya yuvarlaqlaşdırsaq, 20 alınar.
Ən yaxın onluqlara yuvarlaqlaşdırmaq üçün
onluqlar mərtəbəsinə nəzər salırıq.
Bu ədədi ən yaxın
onluqlara yuvarlaqlaşdırmaq üçün
təklilər mərtəbəsinə nəzər salaq.
Təklilər mərtəbəsinə əsasən
cavabı tapa bilərik.
Bu, 5-dən böyükdür.
Bu rəqəm 5-dən böyük olduğundan
yuxarıya yuvarlaqlaşdırırıq.
Odur ki, 26 ədədini yuvarlaqlaşdırdıqda
cavabda 30 alınır.
12 ədədini necə yuvarlaqlaşdıra bilərik?
Bu sualı cavablandırmağa çalışaq.
12-dən böyük 10 bölünəninə nəzər salaq.
Bunu yuxarıya yuvarlaqlaşdırdıqda
20 alınar.
12 təxmini burada yerləşir.
Bunu 20 və ya 10-a
yuvarlaqlaşdıra bilərik.
Bunu ən yaxın onluqlara
yuvarlaqlaşdırmaq üçün
təkliklər mərtəbəsinə nəzər salmalıyıq.
Burada təkliklər mərtəbəsində yerləşən
rəqəm
5-dən kiçikdir.
Odur ki, bunu aşağıya
yuvarlaqlaşdırırıq.
Məntiqlidir, çünki alınan bu ədəd
20-yə nəzərən
buna daha yaxındır.
12 ədədini ən yaxın onluqlara
yuvarlaqlaşdırdıqda
cavabda 10 alınır.