Son videomuzu, Böyük İsgəndərin burada gördüyünüz xəritənin bir çoxunu necə ələ keçirdiyi ilə bitirmişdik. Xüsusilə də, Yunanıstan və İrandan keçərək Yaxın Şərq və Hindistan sərhədlərinə çatmışdır. Bundan əlavə O, Misiri də, fəth etmişdi. Çox qısa bir həyatı olduğunu bilirsiniz və ölümündən sonra imperatorluğu bölünmüşdü. Lakin Aralıq dənizinin digər hissələrində böyüyən başqa güclər də var idi. Bunların çox qismi Romalılar idi və Roma, Makedoniyali İsgəndərin vaxtından bir neçə yüz il əvvəl qurulmuş olsa da, o zamana qədər Romalılar indiki İtaliya yarımadası adlandırdığımız ərazini fəth etirdilər. Bundan əlavə, Şimali Afrika sahillərində-Karfagendə formalaşan bir güc daha var idi. Karfagen əvvəllər Finikiya məskəni idi. Finikiyalılar fonetik əlifbamızla məşhurdur. Finikiyalılar müasir Livan və Suriya ərazisində yerləşirdilər və ticarət ilə məşğul idilər sonra isə onlar bütün Aralıq dənizində məskunlaşmağa başladılar. Karfagenin gücü və sivilizasiyası o zamanda olduqca vacib bir hadisə idi. Təsəvvür edin ki, bir-birinə yaxın iki güc var, onlar eyni maraqları güdmək və ya eyni torpaqları fəth etmək istəyə bilərlər ya da, bir-birlərinə təhlükə kimi baxaraq, müharibə edə bilərlər. Bu, Roma və Karfagen üçün də, keçərli idi və onların etdiyi müharibələr Pun Müharibələri adlanırdı bu müharibələr e.ə 264 və e.ə 146-cı illər arasında olmuşdur. Pun müharibələri. Bu müharibələr haqda çox video çəkəcəyik, bunlar Hannibalın Romaya hücum etmək üçün Alp dağlarından keçərək filləri götürdüyü müharibələrdir. Biz bunu kiçik qrafikimizdə görə bilirik. Karfagen və Roma arasındakı Pun müharibələri. Aydın olması üçün, Karfageni təmsil edən kiçik bənövşəyi rəngi zaman qrafikimizdə görə bilərsiniz. - Bura da, Romadır. Sonda Roma qələbə qazanır və Karfageni darmadağın edir və beləcə Roma daha da, güclü hala gəlir. Artıq Aralıq dənizindəki güc çox çox irəliyə getmişdi. Roma bir respublika idi. Respublikadan danışarkən, bir növ təmsilçilikdən danışırıq, lakin bu, günümüzdə düşünə biləcəyimiz misal üçün: haqların qorunması kimi bir təmsilçilik forması deyil. Yəni Günümüzdəki təmsilçilik kimi deyildi. Lakin e.ə birinci yüzilliyin ortalarına gəldikdə, uğurlu bir Roma generalı var idi. Bəlkə də, eşitmisiniz o, Yuli Sezar idi. O, Romanın hakimiyyətini ələ keçirə bildi və Romanın diktatoru olmağı bacardı. Hakimiyyətə gəldikdə Respublikanı bitirdi və bir çox islahatlar keçirdi. O, təqvimi yenidən qurmağa başladı, öz adına uyğun İyul ayını yaradır öldürülməsindən sonra isə övladlığa götürdüyü oğlu Avqust hakimiyyəti ələ alır. Avqust Romanın ilk gerçək imperatoru olaraq qəbul edilir və o da, özünə bir ay olaraq, Avqust ayını yaradır. Təqribi eyni vaxtlarda başqa çox önəmli bir fiqur ortaya çıxır, bu İsadır dində önəmli bir rol daşıdığı bizlərə məlumdur, lakin onun tarix üzərində də, böyük bir rolu vardır. Hətta onun sözləri bir dinin əsasını təşkil edir. Burada deyə bilərik ki, eramızdan əvvəl dünyəvi xronologiya, yəni eramızdan əvvəl və ya bizim era ümumi dövrə aiddir. Bu videonun hazırlandığı il eramızın 2016-cı ilidir. Bunlar hamısı bir təqvimin versiyalarıdır və İsanın doğumuna və ya ona yaxın bir zaman əsasında qurulub. Burada, "eramızdan əvvəl" yerinə, "Məsihdən əvvəl" (Milad təqvimi), "bizim era" yerinə isə Rəbbimizin ili (R.İ) deyilir. Bunuda qeyd etmək lazımdır ki, insanlar İsanın həyatı haqqında və müqəddəs torpaq Nazaret və Yerusəlim haqqında başqa şeylər düşünə bilərlər, lakin bunu bilməlisiz ki, İsa Roma imperatorluğunun bir parçası olaraq, doğuldu, böyüdü və öldü. Əslində doğulduğu zaman eramızdan əvvəl sıfır deyildi, biz onun eramızdan əvvəl dörd və ya ona çox yaxın olduğunu düşünürük. Beləliklə o, Avqustun dövründə doğuldu və ilk Roma imperatorlarının bəziləri kimi Tiberinin dövründə öldü. Beləcə köhnə sivilizasiyaya aid ümumi bir baxış əldə etmiş olduq. Sonrakı bir neçə videolarda daha da, dərinlərə enəcəyik və bu mövzuların hər birini həm zaman, həm də məkan baxımından. detallarına qədər öyrənəcəyik.