Son videomuzu, Böyük İsgəndərin
burada gördüyünüz xəritənin bir çoxunu
necə ələ keçirdiyi ilə bitirmişdik.
Xüsusilə də, Yunanıstan və İrandan keçərək
Yaxın Şərq və Hindistan sərhədlərinə çatmışdır.
Bundan əlavə O, Misiri də, fəth etmişdi.
Çox qısa bir həyatı olduğunu bilirsiniz və
ölümündən sonra imperatorluğu bölünmüşdü.
Lakin Aralıq dənizinin digər hissələrində
böyüyən başqa güclər də var idi. Bunların
çox qismi Romalılar idi və Roma, Makedoniyali İsgəndərin vaxtından
bir neçə yüz il əvvəl qurulmuş olsa da,
o zamana qədər Romalılar
indiki İtaliya yarımadası adlandırdığımız
ərazini fəth etirdilər.
Bundan əlavə, Şimali Afrika sahillərində-Karfagendə
formalaşan bir güc daha var idi.
Karfagen əvvəllər Finikiya məskəni idi.
Finikiyalılar fonetik əlifbamızla
məşhurdur. Finikiyalılar müasir Livan və
Suriya ərazisində yerləşirdilər və ticarət ilə məşğul idilər
sonra isə onlar bütün Aralıq dənizində məskunlaşmağa başladılar.
Karfagenin gücü və sivilizasiyası
o zamanda olduqca vacib bir hadisə idi.
Təsəvvür edin ki, bir-birinə yaxın iki güc
var, onlar eyni maraqları güdmək və ya
eyni torpaqları fəth etmək istəyə bilərlər
ya da, bir-birlərinə təhlükə kimi
baxaraq, müharibə edə bilərlər.
Bu, Roma və Karfagen üçün də, keçərli idi
və onların etdiyi müharibələr
Pun Müharibələri adlanırdı bu müharibələr
e.ə 264 və e.ə 146-cı illər arasında olmuşdur.
Pun müharibələri.
Bu müharibələr haqda çox video çəkəcəyik,
bunlar Hannibalın Romaya hücum etmək üçün
Alp dağlarından keçərək filləri götürdüyü müharibələrdir.
Biz bunu kiçik qrafikimizdə görə bilirik.
Karfagen və Roma arasındakı Pun müharibələri.
Aydın olması üçün, Karfageni təmsil edən
kiçik bənövşəyi rəngi zaman qrafikimizdə
görə bilərsiniz.
-
Bura da, Romadır.
Sonda Roma qələbə qazanır və
Karfageni darmadağın edir və beləcə
Roma daha da, güclü hala gəlir.
Artıq Aralıq dənizindəki güc
çox çox irəliyə getmişdi.
Roma bir respublika idi.
Respublikadan danışarkən, bir növ
təmsilçilikdən danışırıq, lakin bu, günümüzdə düşünə biləcəyimiz
misal üçün: haqların qorunması kimi
bir təmsilçilik forması deyil.
Yəni Günümüzdəki təmsilçilik kimi deyildi.
Lakin e.ə birinci yüzilliyin ortalarına
gəldikdə, uğurlu bir Roma generalı var idi.
Bəlkə də, eşitmisiniz o, Yuli Sezar idi.
O, Romanın hakimiyyətini ələ keçirə bildi
və Romanın diktatoru olmağı bacardı.
Hakimiyyətə gəldikdə Respublikanı bitirdi
və bir çox islahatlar keçirdi.
O, təqvimi yenidən qurmağa başladı,
öz adına uyğun İyul ayını yaradır
öldürülməsindən sonra isə övladlığa götürdüyü oğlu Avqust
hakimiyyəti ələ alır.
Avqust Romanın ilk gerçək imperatoru olaraq
qəbul edilir və o da, özünə bir ay olaraq,
Avqust ayını yaradır.
Təqribi eyni vaxtlarda başqa çox önəmli
bir fiqur ortaya çıxır, bu İsadır
dində önəmli bir rol daşıdığı bizlərə məlumdur,
lakin onun tarix üzərində də, böyük bir rolu vardır.
Hətta onun sözləri bir dinin əsasını
təşkil edir.
Burada deyə bilərik ki,
eramızdan əvvəl dünyəvi xronologiya, yəni
eramızdan əvvəl və ya bizim era
ümumi dövrə aiddir. Bu videonun
hazırlandığı il eramızın 2016-cı ilidir.
Bunlar hamısı bir təqvimin versiyalarıdır
və İsanın doğumuna və ya ona yaxın bir
zaman əsasında qurulub.
Burada, "eramızdan əvvəl" yerinə, "Məsihdən əvvəl" (Milad təqvimi),
"bizim era" yerinə isə Rəbbimizin ili (R.İ) deyilir.
Bunuda qeyd etmək lazımdır ki, insanlar
İsanın həyatı haqqında və
müqəddəs torpaq Nazaret və Yerusəlim
haqqında başqa şeylər düşünə bilərlər,
lakin bunu bilməlisiz ki,
İsa Roma imperatorluğunun bir parçası
olaraq, doğuldu, böyüdü və öldü.
Əslində doğulduğu zaman eramızdan əvvəl
sıfır deyildi, biz onun eramızdan əvvəl
dörd və ya ona çox yaxın olduğunu düşünürük.
Beləliklə o, Avqustun dövründə doğuldu və
ilk Roma imperatorlarının bəziləri kimi
Tiberinin dövründə öldü.
Beləcə köhnə sivilizasiyaya aid
ümumi bir baxış əldə etmiş olduq.
Sonrakı bir neçə videolarda
daha da, dərinlərə enəcəyik
və bu mövzuların hər birini
həm zaman, həm də məkan baxımından.
detallarına qədər öyrənəcəyik.