İstənilən iki nöqtə bir parça ilə birləşə bilər. Doğrudur. İki paralel parça çəkmək üçün qara nöqtələri birləşdirin. Gəlin məsələni həll etməyə çalışaq. Bu nöqtəni bu nöqtə ilə birləşdirərək bir parça, daha sonra isə bu iki nöqtəni birləşdirərək, 2-ci parçanı çəkək. Onlar paraleldir. Məncə cavab doğrudur. Əgər başqa üsulla çəksəydik, bu nöqtəni bu nöqtə ilə və bu iki nöqtəni birləşdirsəydik, onlar paralel olmazdı. Əgər bu parçaları davam etdirsək, onlar bir nöqtədə kəsişəcək. Gəlin əvvəlki parçaları yenidən bərpa edək. Bunları yenə paralel edək. İki ucu da qapalı olduğu üçün bu xəttlərə parça deyilir. Onların hər iki ucu qapalıdır. Onlar sonsuzdur. Əslində, sonsuz deyillər. Onlar heç bir isiqamətdə, 0 istiqamətində sonsuzdur. Əgər şüa olsaydı, bir istiqamətdə sonsuz olardı. Əgər düz xətt olsaydı, hər iki istiqamətdə sonsuz olardı. Yəni, əgər hər iki tərəf açıqdırsa, onda hər iki istiqamətdə sonsuzdur. Daha bir nümunəyə baxaq. Şüanı A təpə nöqtəsinə gətirin. Burada əsas məqsəd, şüanın uc nöqtəsini A nöqtəsinə gətirmək və qara nöqtələrin birindən keçirməkdir. Şüa çəhrayı xəttə paralel olmalıdır. İki nöqtə verilib. Şüanı bu qara nöqtədən keçirsək, paralel olmaz. Perpendikulyar olar. Ona görə də, gəlin bu nöqtəni yoxlayaq. Bəli, bu nöqtədən çəksək, şüa çəhrayı xəttə paralel olar. Bir uc nöqtəsi olduğundan, bu şüadır. Şüanın başladığı nöqtə budur. Uc nöqtəsi. Bu uc nöqtəsidir. Bu, bir istiqamətdə sonsuzdur. Bu nümunədə sağ tərəfdən sonsuzdur. Sağa doğru sonsuz davam edir. Yəni, bir istiqamətdə sonsuza qədər davam edir.