İndi biz veb-səhifəmizdə jQuery-dən istifadənin əsasları ilə tanış olacayıq. İlk addım '<script>' teqindən istifadə edərək jQuery kitabxanasını faktiki olaraq daxil etməkdir. Əvvəl ‘<script>’ teqindən qabaq ‘<script>’ daxil edirdiksə, indi ona ‘ src’=“ “ ‘da əlavə edəcəyik. İndi isə bunu URL ünvanına yazmalıyıq. Bunun URL ünvanı nə olacaq? Əgər biz kompüterimizdə işləyiriksə, və jQuery-ni veb səhifəmizlə eyni qovluğa endirmişiksə, bura sadəcə 'jquery.js' yaza bilərdik . Amma bu Khan Academy-də işimizə yarmıyacaq. Burada bizə onlayn serverdə jQuery-nin mütləq URL-i lazımdır. Burada jquery.com-də URL-in siyahısı var. Onlardan birini seçib uyğun yerə yapışdıraq. Alındı. Yaxşı. İndi bu URL haqqında bir neçə şeyi qeyd edək. Birincisi ‘https’ ilə başlamasıdır . Bu onun mühafizə URL-nın olduğundan xəbər verir. Biz sizə yalnız Khan Academy veb-səhifələrində təhlükəsiz resurslardan istifadə etmətə icazə veririk. Bu da bizə veb inkişafında yaxşı təcrübə qazandırır. Aha. İkincisi, bunun Google serverində təyin olunmasıdır : googleapis.com. Bu server CDN ya da məzmun çatdırma şəbəkəsi adlanır. Yəni o, JavaScript kitabxanaları kimi statik fayllara tez xidmət etmək göstərmək üçün optimallaşdırılmışdır Google serveri etibar edə biləcəyimiz bir serverdir. Ümumiyyətlə, skriptləri gətirirəcəyimiz həmişə güvənli olmalıdır, çünki onlar səhifəmizdə hər an nasazlığa səbəb ola bilər. Üçüncüsü, bu URL-də versiya nömrəsinin olmasıdır: 2.1.4. jQuery kitabxanası aktiv inkişaf mərhələsindədir. Buna görə də onlar tez-tez yeni versiyalar buraxırlar. Ən soldakı rəqəm böyük versiya dəyişikliyini, ən sağdakı isə onun əksinə olaraq ən kiçik versiaya dəyişikliyini ifadə edir. Biz burada müasir brauzerlərdə işləyən, lakin IE8-də işləməyən jQuery 2-dən istifadə edək. Öz saytımızda bizə lazım olana əsasən hansı versiyanı istifadə edəcəyinizə qərar verə bilərsiniz. Yaxşı. Beləliklə, jQuery-ni daxil etdik. Gəlin bunu indi bunu başqa ‘<script>’ teqimizdə istifadə edək. Hər bir JavaScript kitabxanası funksiyalarını tərənnüm edir və öz funksiyalarına ad verir. Bu funksiya adlarının nə olduğunu və əslində nə işə yaradığını öyrənmək üçün sənədlərə baxmalıyıq. jQuery kitabxanası burada çox qısa ad ilə bir əsas funksiyanı tərənnüm edir. Bu dollar işarəsi ilə göstərilinib. Beləki birinci olaraq dollar işarəsi yazacayıq. Sonra funksiya yazacağımız üçün qapalı mötərizədən istifadə edecəyik. Funksiya adını tez-tez çağıracağımız üçün adının qısa olması bizim üçün daha əlverişlidir. Bu funksiyaya yaza biləcəyimiz çox şey var, lakin bu giriş nümunəsi üçün sadəcə 'h1' sətrini ötürəcəm. İndi, biz bunu etdikdən sonra bu, jQuery-yə səhifədəki bütün 'h1' elementlərini tapmağı və onları jQuery kolleksiya obyekti kimi geri dönüşünü əmr edir. Bunu etdikdən sonra tapdığı bütün 'h1' elementlərini manipulyasiya etmək üçün jQuery obyektində digər metodları çağıra bilərəm. Əgr hamısının daxili mətnini dəyişmək istəsəm, ‘mətn' yəni ‘text’ funksiyasını çağırıb onu sətirlərə ötürə bilərik. Alındı. Əla! Biz bunu edə bildik. Bu, jQuery-nin ilk bitidir İlk olaraq jQuery kitabxanasını ( '' ) teqi ilə daxil etdik, daha sonra jQuery-yə səhifədəki 'h1'ləri tapmağı və sonra jQuery-dən onların hamısının mətnini dəyişdirməyini göstəriş verdik. Daha sonraki videolarda səhifədəki istifadəçi hadisələrinə cavab vermək üçün jQuery-dən istifadə edərək elementləri seçmək və manipulyasiya etməyin daha çox yollarını, üstəlik, animasiya və effektləri olan əyləncəli materialları daha ətraflı nəzərdən keçirəcəyik.