İndi biz veb-səhifəmizdə jQuery-dən istifadənin əsasları ilə tanış olacayıq. İlk addım '<script>' teqindən istifadə edərək jQuery kitabxanasını faktiki olaraq daxil etməkdir. Əvvəl ‘<script>’ teqindən qabaq ‘<script>’ edirdiksə, indi ona ‘ src’=“ “ ‘da əlavə edəcəyik. İndi isə bunu URL ünvanına yazmalıyıq. Bunun URL ünvanı nə olacaq? Əgər biz kompüterimizdə işləyirilğksə, və jQuery-ni veb səhifəmizlə eyni qovluğa endirmişiksə, bura sadəcə 'jquery.js' yaza bilərdik. Amma bu Khan Academy-də işimizə yarmıyacaq. Burada bizə onlayn serverdə jQuery-nin mütləq URL-i lazımdır. Burada jquery.com-də URL-in siyahısı var. Onlardan birini seçib uyğun yerə yapışdıraq. Alındı. Yaxşı. İndi bu URL haqqında bir neçə şeyi qeyd edək. Birincisi ‘https’ ilə başlamasıdır . Bu onun mühafizə URL-nın olduğundan xəbər verir. Biz sizə yalnız Khan Academy veb-səhifələrində təhlükəsiz resursları cəlb etməyə icazə veririk. Bu da bizə veb inkişafında yaxşı təcrübə qazandırır. Aha. İkincisi, bunun Google serverində təyin oıunmasıdır : googleapis.com. Bu server CDN ya da məzmun çatdırma şəbəkəsi adlanır. Yəni o, JavaScript kitabxanaları kimi statik fayllara xidmət etmək və onlara çox tez xidmət göstərmək üçün optimallaşdırılmışdır Bu Google serveri etibar edə biləcəyimiz bir serverdir. Ümumiyyətlə, skriptləri gətirirəcəyimiz həmişə güvənli olmalıdır, çünki onlar səhifəmizdə hər an nasazlığa səbəb ola bilər. Üçüncüsü, bu URL-də versiya nömrəsinin olmasıdır: 2.1.4. jQuery kitabxanası aktiv inkişaf mərhələsindədir. Buna görə də onlar tez-tez yeni versiyalar buraxırlar. Ən soldakı rəqəm böyük versiya dəyişikliyini, ən sağdakı isə onun əksinə olaraq kiçik versiaya dəyişikliyini ifadə edir. Biz burada müasir brauzerlərdə işləyən, lakin IE8-də işləməyən jQuery 2-dən istifadə edək. Öz saytımızda bizə lazım olana əsasən hansı versiyanı istifadə edəcəyinizə qərar verə bilərsiniz.