İndi biz veb-səhifəmizdə
jQuery-dən istifadənin
əsasları ilə tanış olacayıq.
İlk addım '<script>' teqindən
istifadə edərək jQuery
kitabxanasını faktiki
olaraq daxil etməkdir.
Əvvəl ‘<script>’
teqindən qabaq
‘<script>’ edirdiksə, indi
ona ‘ src’=“ “ ‘da əlavə edəcəyik.
İndi isə bunu URL ünvanına yazmalıyıq.
Bunun URL ünvanı nə olacaq?
Əgər biz kompüterimizdə işləyirilğksə,
və jQuery-ni veb səhifəmizlə
eyni qovluğa endirmişiksə,
bura sadəcə 'jquery.js' yaza bilərdik.
Amma bu Khan Academy-də
işimizə yarmıyacaq.
Burada bizə onlayn serverdə
jQuery-nin mütləq URL-i lazımdır.
Burada jquery.com-də URL-in siyahısı var.
Onlardan birini seçib uyğun yerə yapışdıraq.
Alındı.
Yaxşı. İndi bu
URL haqqında
bir neçə şeyi qeyd edək.
Birincisi ‘https’
ilə başlamasıdır .
Bu onun mühafizə URL-nın
olduğundan xəbər verir.
Biz sizə yalnız Khan Academy
veb-səhifələrində təhlükəsiz
resursları cəlb etməyə icazə veririk.
Bu da bizə veb inkişafında
yaxşı təcrübə qazandırır.
Aha. İkincisi, bunun Google serverində
təyin oıunmasıdır : googleapis.com.
Bu server CDN ya da
məzmun çatdırma şəbəkəsi adlanır.
Yəni o, JavaScript kitabxanaları kimi
statik fayllara xidmət etmək
və onlara çox tez xidmət
göstərmək üçün optimallaşdırılmışdır
Bu Google serveri etibar
edə biləcəyimiz bir serverdir.
Ümumiyyətlə, skriptləri gətirirəcəyimiz
həmişə güvənli olmalıdır,
çünki onlar səhifəmizdə
hər an nasazlığa səbəb ola bilər.
Üçüncüsü, bu URL-də
versiya nömrəsinin olmasıdır: 2.1.4.
jQuery kitabxanası aktiv
inkişaf mərhələsindədir.
Buna görə də onlar tez-tez
yeni versiyalar buraxırlar.
Ən soldakı rəqəm böyük
versiya dəyişikliyini, ən sağdakı isə
onun əksinə olaraq kiçik
versiaya dəyişikliyini ifadə edir.
Biz burada müasir brauzerlərdə işləyən,
lakin IE8-də işləməyən
jQuery 2-dən istifadə edək.
Öz saytımızda bizə
lazım olana əsasən
hansı versiyanı istifadə
edəcəyinizə qərar verə bilərsiniz.