İndi biz veb-səhifəmizdə
jQuery-dən istifadənin
əsasları ilə tanış olacayıq.
İlk addım '<script>' etiketindən
istifadə edərək jQuery
kitabxanasını faktiki
olaraq daxil etməkdir.
Əvvəl ‘<script>’
teqindən qabaq
‘<script>’ daxil edirdiksə, indi
ona ‘ src’=“ “ ‘da əlavə edəcəyik.
İndi isə bunu URL ünvanına yazmalıyıq.
Bunun URL ünvanı nə olacaq?
Əgər biz kompüterimizdə işləyiriksə,
və jQuery-ni veb səhifəmizlə
eyni qovluğa endirmişiksə,
bura sadəcə 'jquery.js' yaza bilərdik .
Amma bu Khan Academy-də
işimizə yaramıyacaq.
Burada bizə onlayn serverdə
jQuery-nin mütləq URL-i lazımdır.
Burada jquery.com-də URL-in siyahısı var.
Onlardan birini seçib
uyğun yerə yapışdıraq.
Alındı.
Yaxşı. İndi bu
URL haqqında
bir neçə şeyi qeyd edək.
Birincisi ‘https’
ilə başlamasıdır .
Bu onun mühafizə URL-nın
olduğundan xəbər verir.
Biz sizə yalnız Khan Academy
veb-səhifələrində təhlükəsiz
resurslardan istifadə
etməyə icazə veririk.
Bu da bizə veb inkişafında
yaxşı təcrübə qazandırır.
Aha. İkincisi, bunun Google serverində
təyin olunmasıdır : googleapis.com.
Bu server CDN ya da
məzmun çatdırma şəbəkəsi adlanır.
Yəni o, JavaScript kitabxanaları kimi
statik fayllara tez xidmət etmək
göstərmək üçün optimallaşdırılmışdır.
Google serveri etibar
edə biləcəyimiz bir serverdir.
Ümumiyyətlə, gətirəcəyiniz skriptlər
həmişə güvənli olmalıdır,
çünki onlar səhifənizdə
hər an nasazlığa səbəb ola bilər.
Üçüncüsü, bu URL-də
versiya nömrəsinin olmasıdır: 2.1.4.
jQuery kitabxanası aktiv
inkişaf mərhələsindədir.
Buna görə də onlar tez-tez
yeni versiyalar buraxırlar.
Ən soldakı rəqəm böyük
versiya dəyişikliyini, ən sağdakı isə
onun əksinə olaraq ən kiçik
versiaya dəyişikliyini ifadə edir.
Biz burada müasir brauzerlərdə işləyən,
lakin IE8-də işləməyən
jQuery 2-dən istifadə edək.
Öz saytımızda bizə
lazım olana əsasən
hansı versiyanı istifadə
edəcəyinizə qərar verə bilərsiniz.
Yaxşı. Beləliklə, jQuery-ni daxil etdik.
Gəlin bunu indi bunu başqa
‘<script>’ etiketimizdə istifadə edək.
Hər bir JavaScript kitabxanası
funksiyalarına təsir edir
və funksiyalarına ad verir.
Bu funksiya adlarının nə olduğunu
və əslində nə işə yaradığını öyrənmək
üçün sənədlərə baxmalıyıq.
jQuery kitabxanası burada çox qısa ad ilə
bir əsas funksiyanı təsvir edir.
Bu dollar işarəsi ilə göstərilib.
Beləki birinci olaraq
dollar işarəsi yazacayıq.
Sonra funksiya
yazacağımız üçün
qapalı mötərizədən istifadə edecəyik.
Funksiya adını
tez-tez çağıracağımız üçün
adının qısa olması bizim
üçün daha əlverişlidir.
Bu funksiyaya yaza
biləcəyimiz çox şey var,
lakin bu giriş nümunəsi üçün
sadəcə 'h1' sətrini ötürəcəm.
İndi, biz bunu etdikdən sonra
bu, jQuery-yə səhifədəki
bütün 'h1' elementlərini tapmağı
və onları jQuery kolleksiya obyekti
kimi geri dönüşünü əmr edir.
Bunu etdikdən sonra
tapdığı bütün 'h1' elementlərini
manipulyasiya etmək üçün
jQuery obyektində digər
metodları çağıra bilərəm.
Əgr hamısının daxili
mətnini dəyişmək istəsəm,
‘mətn' yəni ‘text’ funksiyasını
çağırıb onu sətirlərə ötürə bilərik.
Alındı.
Əla!
Biz bunu edə bildik.
Bu, jQuery-nin ilk bitidir
İlk olaraq jQuery kitabxanasını
( '' ) etiketi ilə daxil etdik,
daha sonra jQuery-yə
səhifədəki 'h1'ləri tapmağı
və sonra jQuery-dən onların hamısının
mətnini dəyişdirməyini göstəriş verdik.
Daha sonraki videolarda
səhifədəki istifadəçi
hadisələrinə cavab vermək
üçün jQuery-dən istifadə
edərək elementləri seçmək
və manipulyasiya etməyin
daha çox yollarını, üstəlik,
animasiya və effektləri
olan əyləncəli materialları
daha ətraflı nəzərdən keçirəcəyik.