Bu yazıdan başlayım. Bu əl yazısı bildiriş bir neçə il əvvəl yaşadığım Broooklyn-dəki evimin yaxınlığındakı şirniyyat mağazasından asılmışdı. Mağazada şəkərlə şəkilləri kopyalayan cihaz var idi. Uşaqlar da xoşladıqları şəkilləri gətirib, bu mağazada ad günü tortlarının üstünü bəzədirdilər. Uşaqların sevdiyi şəkillərdən biri də cizgi filmlərdəki personajlar idi. Balaca dəniz qızı, smurf(şirinlər), Micky Mouse kimi şəkilləri sevirdilər. Ancaq Micky Mouse-un şəklini tortun üstündə çəkmək qeyri-leqaldır. Müəlliflik hüququna ziddir. Tortların üstündəki şəkillərin qanuna uyğunluğuna o qədər fikir verilirdi ki, şirniyyat mağazası, müəllif hüquqlarını pozan şəkillərin heç birini qəbul etməyib, ancaq əvvəlcədən mağazada hazırlanmış və müəllif huquqları qorunan şəkillərin kopyları ilə tortları bəzəyəcəklərini bildirdilər. Konqresdə də indi iki qanun layihəsi müzakirə olunur. Biri SOPA, digəri PİPA SOPA-nın açılışı Onlayn Piratlığın Dayandırılmasıdır. Senatda müzəkirə edilir. PİPA isə PROTECTİP-in qısaltmasıdır, açılışı İqtisadi Yaradıcılığa Qarşı Mövcud Onlayn Təhlükənin və Müəlliflik Hüquqlarının Oğurlanmasının Dayandırılmasıdır. Konqresmen müavinlərinin vaxtı çoxdu belə uzun akronimlər yaratmağa. Qanun lahiyələrinin məğzi isə budur. Müəlliflik hüquqlarının qorunmasını o dərəcəyə çatdırmaq istəyirlər ki, insanlar professional olmadığından asanlıqla nə isə yarada bilməyəcəklər. Bunu müəllif hüquqlarını ciddi şəkildə pozan vebsaytları müəyyənləşdirmək-- ki bu səhifələrin nəyə əsasən müəyyənləşdirildiyi qanunda aydın yazılmayıb-- və adlarının domen sistemindən çıxarılması ilə gerçəkləşdirəcəklər. Demen ad sistemdə bu adlar mövcud olmayacaq. Vebsaytların adlarını götürdüyü bu sistem insanların oxuya biləcəyi səhifələri-- məsələn google.com-u maşınların oxuya bildiyi rəqəmlərə-74.125.226.212- çevirir. Vebsaytların bu cür məyyənləşdirilib domen sistemdən adının silinməsi isə səhifənin silinməsi demək deyil. Qanuni cəhətdən böyük boşluq olsa da, görünür, Konqres elə də narahat deyil. Bu qanunun işləməmə səbəbi isə budur ki, insanlar 74.125.226.212-i yazmaq və ya bu link-ə girməklə Google səhifəsinə girə bilərlər. Yəni qanunun həyata keçirilməsi proseri əsas təhlükədir. Qanunun həyata keçirilməsindən çox yan təsirinin əsas problem olacağı bir qanunu Konqresin nə üçün hazırladığını başa düşmək üçün hekayənin əvvəlinə də bir az nəzər salaq. Hekayə belə başlayır: SOPA və PİPA qanun layihəsi kimi 20-ci əsrdə yaradılmış mediya şirkətləri tərəfindən irəli sürülüb. 20-ci əsr media şirkətlərinin əsri idi, çünki sayca az idilər. Televiziya proqramı yaradırdınızsa, bütün proqramlardan yaxşı olmağı lazım deyildi; həmin vaxtda yayımlanan iki proqramdan daha yaxşı olmağı bəs idi, rəqabət elə də güclü deyildi. Çox da pis olmayan, baxılası bir proqram hazırlamaqla izləyici kütləsinin 3-də 1-ini-- yəni on milyonları cəlb edə bilirdilər. Pul çap etmək huququ və tükənməz(?) mürəkkəbi olmaq kimidir. Texnologiya həmişəki kimi inkişaf etdi. XX əsrin sonlarına doğru, dijital(rəqəmsal) texnologiyadan da əvvəl analoji texnologiya inkişaf edir, mediyada rəqabət güclənməyə başlayırdı. Kaset, video kaset maqnitofonları, hətta kiçik fotokopiya cihazları media biznesini əl-qolunu bağlayacaq qədər insanların münasibətlərini dəyişdirdi. Texnoligiya göstərdi ki insanlar qutudakı kartof deyillər. İnsanlar sadəcə istehlak etmirlər. İnsanlar sitehlak etməyi sevir, ancaq yeni texnologiya ilə biz yaratmağı və bölüşməyi də sevdiyimizi öyrəndik. Bu da medianın heç vaxt sevmədiyi irəliləyiş idi. Amerika Kinomotoqrafiya Assosiasiyasının əsas lobbisti Jack Valenti bir dəfə video maqnitofonu Jack the Ripper-ə (ingilis kriminal) yazıq(?) Hollivudu isə evdə tək qalan qadına oxşatmışdı. Ritorika qabiliyyəti olan biridir. Media şirkətləri daimi olaraq Konqresin nə isə etməsini tələb edirdilər. Konqres də onların sözlərinə əməl edirdi. 90-cı illərdə Konqres hər şeyi dəyişəcək bir qanun qəbul etdi. Evdə Səs Yazılması Qanunu adlanan bu layihə 1992-ci ildə qəbul edildi. Qanuna əsasən insanların radiodan mahnıları yazıb özləri və dostları üçün kaset hazırlaması qeyri-qanuni deyildi. Cinayət sayılmırdı. Səs yazıb, remix edib dostlarla bölüşmək qanuni idi. Ancaq bu kasetləri yüksək keyfiyyətlə stehsal edib satırsınızsa, bu qeyri-qanunidir Kaset biznesi üçün problem deyildi. Çünki qanuni və qeyri-qanuni kopyalamaq arasındakı fərq qanunda aydın şəkildə izah edilmişdi. Media biznesinin istədiyi isə tam bu deyildi. Onlar səs yazılmasını tam dayandırılmasını istəyirdilər. 1992-ci il Evdə Səs Yazılması Qanununun qəbulundan sonra, media biznesi leqal və qeyri-leqal arasındakı fərqə o qədər əməl etmədilər, əsas bu idi ki, Konqres mediyanın irəli sürdüyü bu qanunu əsaslı saydığı müddətcə insanlar öz media mühitlərində daha çox iştirak edirdilər. Bununla media B planına keçdi. B planının yaranması bir az vaxt apardı. Tam qanun layihəsi olaraq B planı 1998-ci ildə reallaşdı; Dijital Millenium Müəllif Hüquqları Aktı(DMCA) adlanırdı. Qarışıq həm də dəyişməkdə olan bir layihə idi. Qanuna görə kopyananmayan dijital(rəqəmsal?) materialın satışı qadağan idi; qanunun boşluğu kopyalanmayan dijitak materialın mövcud olmaması idi. Ed Feltonun məşhur ifadəsi, " Yaş olmayan suyu kiməsə ötürmək" kimi bir şey idi. Bitləri kopyalamaq olur. Kompyuder bunun üçün yaranıb. Bu qanunun tətbiqi zamanı yaranan yan effekt idi. Hətta kopyalanmyan bitlərin satışı üçün, qanun layihəsi koputerin kopyalama funksiyasını yox edən sistemlərin istifadəsini tək qanuna uyğun istəfadə kimi qəbul etdi. Almaq məqsədinizdən asılı olmayaraq evinizə aldığınız hər kompyuter və televizor informasiya yayan sənayelər tərəfindən informasiyanı sataraq qanunu pozduğunuz bəhanəsi ilə məhv edilə bilər. Kompyuterlərin əsas funksiyası olan kopyalamaq haqda bilməməmiz, bilsək də işlədə bilməməmiz üçün kompyuterin kopyalama funskiyasının yenidən qurulmasını da qeyri-qanuniləşdirdilər. DMCA-in qəbul olunması ilə media sənayesi leqal və qeyri-leqal kompyalamaq arasındakı fərqdən asılı olmayaraq ümumilikdə texniki olaraq kopyalamağın qarşısını almağa çalışdı. DMCA-nin təsiri davam etsə də, internet domen sistemi, paylaşma limiti kimi sahələrdə güclü təsiri yoxdur. Buna səbəb İnternetin insanlar fikirləşdiklərindən də güclü və populyar olmasıdır. Kopya kasetlər, fanzinlər(fan jurnal) internetdə yayılan informasiya ilə müqayisədə heçnədir. Yaşadığımız indiki dövrdə 12 yaşdan yuxarı Amerika vətəndaşlarının çoxu bir-biri ilə onlayn nə isə paylaşır. Yazı, şəkil, audio və videolar paylaşılır. Paylaşdığımızın bəzilərini özümüz hazırayırıq. Bəzən tapdığımız şeyləri paylaşırıq. Tapdığımız informasiyadan başqasını yaratmağımız isə media sənayesinin istəmədiyidir. Yəni PİPA və SOPA döyüşün 2-ci raundudur. DMCA texniki qanundur-- mağazadan müəyyən funksiyalarına görə aldığınız kopyüter, kompüter oyunu və televizorun həmin funksiyalarından istifadə edərkən sizi cinayətkar sayır-- PİPA və SOPA isə daha dərinə gedir, dünyanın istənilən yerində yayılan informasiyaya nəzarət etmək istəyirlər. Əvvəl də dediim kimi, piratlığın qarşısını almaq üçün domen adı yox edilmiş səhifələrin İP adreslərini də yox etmək,yaxud gizlətmək lazım olacaq. Bu adreslər axtarış saytlarından, onlayn sorğulardan. istifadəçi siyahısından çıxarmaq lazım olacaq. İnternetdəki informasiyanın böyük əksəriyyəti də Yahoo və Google-da olduğundan, bununla bütün bu səhifənin istifadəçiləri nəzarətdə saxlanılmış olur. Çünki PİPA və SOPA-nın qanun kimi qəbul olunması bizi internetdə paylaşmaq hüququndan məhrum edə bilər. Əsrlərin hüquq sisteminə görə günahı sübut olunana qədər şəxs təqsirsiz sayılırdısa, PİPA və SOPA-nın qəbulu ilə əksinə--təqsirsizlik sübut edilənə qədər günahkarlıq prinsipi qəbul ediləcək. Qanuna uyğun olan informasiya paylaşdığımız sübut edilənə qədər heç nə paylaşa bilməyəcəyik. Qanunun qəbulu ilə leqal və qeyri-leqal arasındakı fərqi fərdlər və ya xidmət təklif edən şirkətlət müəyyən edir. Bir istifadəçini nəzarətdə saxlamaq çox baha başa gəlməsə də istifadəçilərini sayı 100 milyonlarla olan səhifələrdə bu çox baha başa gələcək. Qanunun yaratmaq istədiyi internet budur. Bu göstərişi hər yerdə təsəvvür edin, ancaq şirniyyat magazası deyil YouTube, Facebook, Twitter-ə aid olduğunu təsəvvür edin. Kommentlərin nəzarəti adı altında işarənin TED-ə aid olduğunu təsəvvür edin. SOPA və PİPA-nın real təsiri qanun layihəsində nəzərdə tutulandan ağır olacaq. Əsas təhlükə budur ki, yaratmaq, istehsal etmək və paylaşmaq azadlığımızdan istifadə etməyə çalışdığımız anda qanuna uymamaqla, oğurluqla günahlandırıla bilərik. Ən əsası da, bizi nəzarət və ya əksinə, qanunsuzluğa köməklə təqsirləndiriləcəklər- bu azadlıqları bizə təklif edən olacaq. yaradıcıları olacaq. Qanunun qəbul edilməməsi üçün isə edə biləcəyimiz iki iş var, biri asan digəri bir az çətin, qarışıqdır. Asanı budur ki, ABŞ vətəndaşısınızsa, nümayəndənizə, senatorunuza müraciət edin. SOPA və PİPA-nı qanun layihəsi kimi təklifinə imza atan insanlara nəzər salsaq, bilinən media şirkətlərindən ümumiyyətlə(?) milyonlarla pul aldıqlarını aşkar edərik. Adi vətəndaşların isə milyonları yoxdur, seçki yolu ilə seçdikləri təmsilçiləri var, hər bir vətəndaş da bu təmsilçiyə müraciət edə, İnternet azadlıqlarının Senatda müdafiə edilməsini tələb edə bilər. ABŞ vətəndaşı olmadığınız halda isə ABŞ vətəndaşları tanışlarınızla əlaqə səxlayıb onları bu cür etməyə ruhlandıra bilərsiniz. Bu ölkə-daxili siyasət kimi görünə bilər, ancaq belə deyil. Media sənayesi təkcə Amerika vətəndaşlarının deyil bütün dünyanın internetinə nəzarət edəcək. Bu edə biləcəyimiz asan iş idi. Elə də qarışıq deyil. Çətini isə hazırlıqlı olmaqdır: çünki bu qanun layihələrinin davamı gəlir. SOPA keçən il təklif edilmiş COİCA-nın bir az dəyişilmiş formasıdır. Bu qanunların ən birincisi isə paylaşmanın texniki olaraq qadağan olunduğu DMCA idi. DMCA isə Evdə Səs Yazılması Qanununun davamı idi, bu qanun media sənayesinin işini bir az çətinləşdirirdi. Bu qanunda deyildiyi kimi leqal və qeyr-leqal köçürmə və paylaşma insidentlərini bir-bir müəyyən edib, qeyri-leqalın qarşısını almaq çətin işdir. İnformasiya sənayesi bunu etməməyi üstün tutur. Bu seçim etməli olmamağı seçirlər. Qanunu və qeyri-qanuni bölüşmə arasında fərq qoymaq istəmirlər. Ümumilikdə bölüşmənin qeyri-qanuni olmasını istəyirlər. PİPA və SOPA qeyri-adilik, məntiqsizlik deyil, qeyri-adi hadisə də deyil. Bu layihələr 20 illik tarixin növbəti mərhələsidirlər. Bu mərhələni qazansaq, ki qazanacağımıza inanıram, çətin mərhələlər gəlir. Konqresi inandırmalıyıq ki, demokratik cəmiyyətlərdə müəllif hüquqları pozulması probleminin həlli Napster və YouTube-da edildiyi kimi mövcud faktların sübutunun təqdim edilməsi və informasiyanın yaradılma yolunun aydın göstərilməsi ilə mümkündür. Bu məsələnin tək həll yoludur. İndi isə edəcəyimiz çətin iş hazırlıqlı olmaqdır. PİPA və SOPA-nın həqiqətən etmək istədiyi budur. Time Warner hücuma keçib artıq, biz də səsimizi çıxarmalı yalnız istehlak etmək deyil, istehsal etmək, yaratmaq hüququmuzu qorumalıyıq. Sağ olun. (Alqış)