Təsəvvür edin ki, küçədə sizlə qarşılaşıram və sizdən sin pi/4 ifadəsinin qiymətini soruşuram. Burada radianlardan bəhs edirik. Buraya vahid çevrə çəkə bilərik. Bu çevrə o qədər də yaxşı görünmür, amma işimizə yarayacaq. pi/4 radian ifadəsi 45 dərəcəyə bərabərdir. Buraya vahid radius çəkək. Vahid çevrədə sinus y koordinatı ilə təyin edilir. Odur ki, buradakı qiyməti bilmək yaxşı olardı. Buraya baxaraq deyə bilərik ki, bu 45 dərəcədir. Gəlin üçbucağı bir qədər böyük çəkək. Üçbucaq belə görünür. Bu 45-dir. Bu da 45-dir. Bu isə 90-dır. 45-45-90 ölçülü bir üçbucaqdır. Hipotenuz 1-dir. Bu x-dir. Bu da x-dir. Onlar bir-birinə bərabərdir. Bu bərabəryanlı üçbucaqdır, düzdür? Onun iki bucağı bərabərdir. Burada x kvadratı + x kvadratı 1kvadratına, yəni 1-ə bərabərdir. 2x kvadratı = 1. x kvadratı = 1/2. x = kökaltında 1/2, yəni 1 böl kökaltında 2-ə bərabərdir. Bunu kökaltında 2/kökaltında 2-ə vurmaqla rasional formada yaza bilərik. Bu zaman x = kökaltında 2 böl 2 alınacaq. Belə ki, buradakı hündürlük kökaltında 2 böl 2-ə bərabərdir. Buradakı məsafə də həmçinin eyni qiymətə bərabərdir. Ancaq bizə sadəcə hündürlük lazımdır. Çünki sinus qiyməti buradakı hündürlüyə bərabərdir. Y koordinatına. Həmin qiymət kökaltında 2 böl 2-dir. Bunların hamısını nəzərdən keçirmişik. Bunu vahid çevrə videosunda öyrənmişdik. Təsəvvür edin ki, bir gün sizdən kökaltında 2 böl 2 ifadəsinin arksinusunu soruşuram. Arksinus nədir? Çaşdırıcıdır. Siz sinusun nə olduğunu bilirsiniz. Ancaq bu, yeni bir triqonometrik funksiyadır. Sözün qarşısında "ark" hissəciyi varsa, bu zaman sinusun tərsi nəzərdə tutulur.