Təsəvvür edin ki, küçədə sizlə qarşılaşıram
və sizdən sin pi/4 ifadəsinin
qiymətini soruşuram.
Burada radianlardan bəhs edirik.
Buraya vahid çevrə
çəkə bilərik.
Bu çevrə o qədər də yaxşı görünmür,
amma işimizə yarayacaq.
pi/4 radian ifadəsi
45 dərəcəyə bərabərdir.
Buraya vahid radius çəkək.
Vahid çevrədə sinus y koordinatı ilə
təyin edilir.
Odur ki, buradakı qiyməti bilmək
yaxşı olardı.
Buraya baxaraq deyə bilərik ki,
bu 45 dərəcədir.
Gəlin üçbucağı bir qədər böyük çəkək.
Üçbucaq belə görünür.
Bu 45-dir.
Bu da 45-dir.
Bu isə 90-dır.
45-45-90 ölçülü bir üçbucaqdır.
Hipotenuz 1-dir.
Bu x-dir.
Bu da x-dir.
Onlar bir-birinə bərabərdir.
Bu bərabəryanlı üçbucaqdır, düzdür?
Onun iki bucağı bərabərdir.
Burada x kvadratı + x kvadratı 1kvadratına,
yəni 1-ə bərabərdir.
2x kvadratı = 1.
x kvadratı = 1/2.
x = kökaltında 1/2, yəni 1 böl kökaltında 2-ə
bərabərdir.
Bunu kökaltında 2/kökaltında 2-ə vurmaqla
rasional formada yaza bilərik.
Bu zaman x = kökaltında 2 böl 2 alınacaq.
Belə ki, buradakı hündürlük kökaltında 2 böl 2-ə
bərabərdir.
Buradakı məsafə də həmçinin
eyni qiymətə bərabərdir.
Ancaq bizə sadəcə hündürlük lazımdır.
Çünki sinus qiyməti buradakı
hündürlüyə bərabərdir.
Y koordinatına.
Həmin qiymət kökaltında 2 böl 2-dir.
Bunların hamısını nəzərdən keçirmişik.
Bunu vahid çevrə videosunda öyrənmişdik.
Təsəvvür edin ki, bir gün
sizdən kökaltında 2 böl 2 ifadəsinin
arksinusunu soruşuram.
Arksinus nədir?
Çaşdırıcıdır.
Siz sinusun nə olduğunu bilirsiniz.
Ancaq bu, yeni bir triqonometrik funksiyadır.
Sözün qarşısında "ark" hissəciyi varsa,
bu zaman sinusun tərsi
nəzərdə tutulur.