[karantində arıqlamaq?]
[öncə]
[çalışma ortağım]
[smoothie, köpüklü latte]
[yeməklər, idman]
[yorğun...]
[2 həftə sonra...]
[sonra]
[chloe ting’in idmanlarını yoxlayıram]
salam dostlar
yenə qısa saçım var
saç qaynaqlarımı bir neçə həftə əvvəl çıxardım
son iki həftədir ki, arıqlamağa çalışmağı...
...və bu karantində bədənimin əvvəlki quruluşuna dönməyi düşünürəm
beləcə Chloe Ting’in iki həftəlik ciddi idman proqramını yoxladım...
...öz proqramımı yerinə yetirmək yerinə, çünki, həqiqətən, diqqətimi cəmləşdirmək istədim
beləcə yağsız və dümdüz qarın əldə edə bilərəm
bir sıra qarın idmanlarını yoxlamışdım
yaxşı, gəlin başlayaq
bu mənim yuxarı bədənimin əvvəlki görüntüsüdür
karantində çox yemişdim
və bu idmana başlamazdan əvvəl çox az aktiv idim
gördüyünüz kimi çox şişmişəm
elə bir halda idim ki, mütləq yenidən idman etməyə başlamalı imişəm kimi hiss edirdim
çünki bədənim özünü çox ağır hiss edirdi
çalışmanın ilk dörd günü ən çətini idi
videonu saxlamadan və fasilə vermədən...
...tək bir hərəkəti etmək belə mənim üçün demək olar ki, imkansız idi
həm də əminəm ki, hərəkətlərin çoxunu başdansovma etdim
və duruşum lap yaxşı da deyildi
bədənim beşinci günə kimi çox ağrıyırdı
düzünü deyim, başlarda çox bezdirici idi
və bu çağırışa (challenge) davam edə biləcəyəmmi, bilmədim
ancaq ötüşməyə çalışdım
sadəcə ümumilikdə çox çətin idi
yəni əgər başlarda mənim kimi əlləşirsinizsə
deyim ki, getdikcə yaxşılaşacaq
bu iki həftə ərzində gərəksiz kalori qəbuletməmi dayandırdım
iri səhər yeməyi yemək və ya boş qarına idman etmək yerinə
səhər yeməyinə sadə smoothie içməyin yaxşı bir fikir olduğunu düşündüm
bir parça bu tozla şirin kartofu qarışdırmaqdan xoşum gəlir
və qaymaqlı olması üçün də bir stəkan süd
bunu köpüklü lattedən istifadə edərək də içirəm
dalqona kofesinə, yəni köpüklü kofeyə oxşayır
sadəcə su yerinə qatı qaymaqdan istifadə etməlisiniz
yaşıllığın üzərinə bir parça şəkər və qatı qaymaq əlavə edin
yoğunlaşanadək çalın
və sonra bir stəkan südlə qarışdırın
eməklərimin necə olduqları haqqında sonra daha ətraflı danışacağam
ancaq ilk öncə gəlin çalışmaya geri qayıdaq
beşinci gündən başlayaraq gücləndiyimi hiss edə bilirdim
və bədənim çalışmanın çətinliyinə öyrəşməyə başlayırdı
əzələlərim artıq ağrımırdı
və məşqdən həqiqətən zövq almağa başladım
hətta hər səhər idman etməyi səbirsizliklə gözləyirdim
bu mənim üçün çox qeyri-adi idi
artıq videoları durdurmağa və uzun fasilələr verməyimə ehtiyac yox idi
və bədənimin gücləndiyini fiziki olaraq hiss edə bilirdim
bu, davam etmək üçün həmişə həvəsləndirici əlamətdir
üzləşdiyim iki əsas problemdən biri
ayaqlarımda suluq yaranmışdı, çünki ayaqqabı geyinmirdim
qısacası ayaqlarınızı qorumağınız üçün bir cüt idman ayaqqabısı almağınızı tövsiyə edirəm
üzləşdiyim ikinci problem isə o idi ki
sağ çanağımda kəskin ağrı hiss etməyə başladım
ayağımı nə vaxt qaldırsam, ağrıyırdı
mən də zədələnmiş bölgəyə “tiger balm” bandı yapışdırdım
və növbəti gün fasilə etməyə qərar verdim
narahat idim ki, bu məni çağırışı yerinə yetirə bilməyimə mane olar
ancaq fasilə verdiyim gündən sonra
ağrı demək olar ki, getmişdi
və sonrakı gün davam etməyə hazır idim
[çalışma ortağım (bacım)]
yediyim yeməklər günorta üç-dörd arası olurdu və axşam yeməklərini yemirdim
adətən anamın mənim üçün bişirdiyi yeməklərlə salat yeyərdim
yetəri qədər görünməyə bilər, ancaq əslində çox iri yeməkdir
və gün ərzində məni tox tuturdu
bu günlük məşqimi bitirdim
ancaq fikir verdim ki, videoya çəkmirmişəm
deyəsən videoya çəkmək üçün bir daha məşq edəcəyəm
yoqa matım toza çevrilib
aman allahım
çağırışın sonlarına yaxın əzələlərimin güclənməsi ilə çox xoşbəxt idim
tək bir jim edə bilməməyimə baxmayaraq
məşqlərdə getdikcə daha da yaxşılaşıram
həmçinin qarın əzələlərimin böyüdüyünü görə bilirdim
qızğın məşqlərdən sonra bunu görmək çox xoş idi
[sonra]
[öncə, sonra]
qısacası belə
bu gün 14-cü gündür və məşqimi indicə qurtardım
həftə sonları idman edərək daha məhsuldar olduğumu hiss edirəm
ona görə də hər səhər onun məşqlərindən
ən azı birini etməyə çalışacağam
hər hansı bir ədədin üzərinə fikrimin cəmləşməsini istəmirəm
ona görə də özümü çəkmədim ve heç bir ölçü etmədim
sadəcə necə göründüyüm və necə hiss etdiyim önəmli idi
görünüşə görə qarnım ciddi dərəcədə düz və daha sıx idi
özümü iki həftə əvvəl bu çağırışa başlamazdan əvvəl
hiss etdiyimdən daha gümrah və güclü hiss edirəm
ümumilikdə nəticələrlə çox xoşbəxtəm
məncə, insanlar üçün birini izləmək daha asandır
ancaq bütün məşqi yerinə yetirə bilmək üçün çoxlu gücə və dözümlülüyə ehtiyacınız var
qısacası tövsiyə edirəm
əgər bu video sizə faydalı oldusa
zəhmət olmasa videonu bəyənin
bu günün videosu bu qədərdir
izlədiyiniz üçün sağ olun
bir sonrakı videomda görüşmək ümidi ilə. sağ olun!