Eşitdim yuva qurmusan.
Başqasını tapıb evlənmisən.
Eşitdim arzuların gerçək olub.
Yəqin məndə tapmadığıvı
onda tapmısan.
Ey köhnə dost, bu qədər çəkinmək nəyə gərək?
Sənki utancaq ya da
kölgəyə sığınan deyildin.
Dəvətsiz gəlməyi sevmirəm
amma biganə qala bilmədim.
Özümlə bacarmadım.
Sandım, məni görsən
xatırlayarsan
mənim üçün heç nəyin bitmədiyini.
Eybi yox , taparam sənin kimisini
Sənə isə diləyirəm hər şeyin ən yaxşısını.
Tək xahişim, məni unutma.
Yadımdadır deyərdin:
"Sevgi bəzən xoşbəxtlik,
bəzən isə kədər gətirər."
"Sevgi bəzən xoşbəxtlik,
bəzən isə kədər gətirər."
Bilirsən, vaxt necə uçur
Elə bil dünən bir yerdə idik.
Doğulub böyümüşdük
bir yay dumanında.
Qovuşduq qəfil gələn səadətli günlərdə.
Dəvətsiz gəlməyi sevmirəm, amma
biganə qala bilmədim. Özümlə bacarmadım.
Sandım, məni görsən xatırlayarsan
mənim üçün heç nəyin bitmədiyini.
Eybi yox, taparam sənin kimisini
Sənə isə diləyirəm hər şeyin ən yaxşısını.
Tək xahişim, məni unutma.
Yadımdadır deyərdin:
"Sevgi bəzən xoşbəxtlik,
bəzən isə kədər gətirər."
Heç nə eyni deyil, nə təlaş, nə qayğı.
Peşmanlıq və səhvlər - budur xatirələrimiz.
Kim bilərdi ki,
necə acılı-şirin dadacaq.
Eybi yox, taparam sənin kimisini
Sənə isə diləyirəm hər şeyin ən yaxşısını.
Tək xahişim, məni unutma. Yadımdadır deyərdin:
"Sevgi bəzən xoşbəxtlik,
bəzən isə kədər gətirər."
Eybi yox, taparam sənin kimisini
Sənə isə diləyirəm hər şeyin ən yaxşısını.
Tək xahişim, məni unutma.
Yadımdadır deyərdin:
"Sevgi bəzən xoşbəxtlik,
bəzən isə kədər gətirər."
"Sevgi bəzən xoşbəxtlik,
bəzən isə kədər gətirər."