Bir çoxlarınız bərabərlik işarəsi ilə artıq tanışsınız. Siz, 1 üstəgəl 1 bərabərdir 2 ifadəsi ilə qarşılaşmışsınızdır. Bir çoxları isə bu bərabərlik işarəsini gördükdə, onun hansısa bir cavabı göstərdiyini başa düşür. Məsələn, 1 üstəgəl 1 bizə verilmişdir. Bərabərlik işarəsi o deməkdir ki, bu cəmin cavabı nədir? Ancaq bu əslində yanlış yanaşmadır. Belə ki, bərabərlik işarəsi iki kəmiyyəti müqayisə edir. Biz, 1 üstəgəl 1 bərabərdir 2 yazdıqda, bu o deməkdir ki, bərabərliyin sol tərəfindəki kəmiyyət ilə sağ tərəfindəki kəmiyyət eynidir. Biz, 2 bərabərdir 1 üstəgəl 1 kimi yaza bilərdik. Bu ikisi bir-birinə bərabərdir. Biz, 2 bərabərdir 2 yaza bilərdir. Bu, həqiqətən də doğru ifadədir. Bu ikisi bir-birinə bərabərdir. Biz, 1 üstəgəl 1 bərabərdir 1 üstəgəl 1 də yaza bilərdik. Biz həmçinin 1 üstəgəl 1 çıx 1 bərabərdir 3 çıx 2 də yaza bilərdik. Bunlar bərabər və ya eyni kəmiyyətlərdir. Bərabərliyin sol tərəfindəki 1 üstəgəl 1 çıx 1, 1 edir və bu da 1-ə bərabərdir. Deməli, bunlar bərabər kəmiyyətlərdir. İndi sizə ədədləri müqayisə etmək üçün başqa yollar göstərəcəyəm. Bərabərlik işarəsi hər iki tərəfdə də eyni kəmiyyətlər olduqda qoyulur. İndi biz, müxtəlik kəmiyyətlər olan hala baxacağıq. Gəlin fərz edək ki, biz 3 və 1 ədədlərini müqayisə etmək istəyirik. Aydındır ki, 3 və 1 bərabər kəmiyyətlər deyil. Elə isə bura bərabər deyil işarəsi qoya bilərik. Deməli, 3 və 1 bir-birinə bərabər deyil. İndi gəlin hansının böyük və hansının kiçik olduğuna baxaq. Hansı ədədin böyük olduğunu göstərmək üçün bir işarə mövcuddur. Bu işarə böyükdür işarəsidir. Bu yazılış belə oxunur: üç böyükdür birdən. Deməli, 3 daha böyük kəmiyyətdir. Bu işarənin açıq tərəfi hər zaman böyük kəmiyyətə tərəf qoyulur. İşarənin bu hissəsi böyük tərəfi göstərir. İşarənin bu hissəsi isə kiçik tərəfi göstərir. Deməli, bunun açıq tərəfi böyük kəmiyyətə tərəf dayanır. İfadəni yenidən oxusaq: 3 böyükdür 1-dən. Bir daha deyim ki, burada ədədlərdən başqa ifadələr də qeyd oluna bilər. Məsələn, 1 üstəgəl 1 üstəgəl 1 böyükdür 1-dən. Bu da müqayisəni göstərir. İndi isə gəlin 5 və 19 ədədləri arasındakı müqayisəyə baxaq. İndi biz böyükdür işarəsini yaza bilmirik. Ona görə ki, beş 19-dan böyük deyil. Həmçinin beş 19-a bərabər deyil. Bu fikri qeyd edə bilərik. Ancaq gəlin hansının böyük və hansının kiçik olduğunu işarə ilə göstərək. Belə ki, bu verilmiş ifadə belə oxunur: 5 kiçikdir 19-dan. Gəlin bunu sözlə yazaq. Beş 19-dan kiçikdir. Demək istədiyim budur. İndi isə bu "kiçikdir" ifadəsini riyazi yolla göstərmək istəyirik. Əgər bu böyükdür işarəsidirsə, biz bunu tərsinə çevirə bilərik. Bir də xatırladım ki, işarənin açıq tərəfi böyük kəmiyyəti göstərir və digər tərəfdə duran kiçik kəmiyyət olur. Burada 5 kiçik kəmiyyətdir. Elə isə bu kiçik nöqtə burada olacaq. 19 isə böyük kəmiyyətdir. O zaman açıq tərəfin qarşısında durmalıdır. Bu ifadənin oxunuşu belədir: 5 kiçikdir 19-dan. Beş 19-dan kiçik kəmiyyətdir. Belə bir ifadə də yaza bilərik: 1 üstəgəl 1 kiçikdir 1 üstəgəl 1 üstəgəl 1-dən. Bu o deməkdir ki, bu kəmiyyət, yəni 1 üstəgəl 1, 1 üstəgəl 1 üstəgəl 1-dən kiçikdir.