Bir çoxlarınız bərabərlik işarəsi ilə
artıq tanışsınız.
Siz, 1 üstəgəl 1 bərabərdir 2
ifadəsi ilə qarşılaşmışsınızdır.
Bir çoxları isə bu bərabərlik
işarəsini gördükdə, onun
hansısa bir cavabı göstərdiyini
başa düşür.
Məsələn, 1 üstəgəl 1 bizə verilmişdir.
Bərabərlik işarəsi o deməkdir ki,
bu cəmin cavabı nədir?
Ancaq bu əslində
yanlış yanaşmadır.
Belə ki, bərabərlik işarəsi
iki kəmiyyəti müqayisə edir.
Biz, 1 üstəgəl 1 bərabərdir 2
yazdıqda,
bu o deməkdir ki,
bərabərliyin sol tərəfindəki
kəmiyyət ilə sağ tərəfindəki
kəmiyyət
eynidir.
Biz, 2 bərabərdir 1 üstəgəl 1
kimi yaza bilərdik.
Bu ikisi bir-birinə bərabərdir.
Biz, 2 bərabərdir 2
yaza bilərdir.
Bu, həqiqətən də doğru
ifadədir.
Bu ikisi bir-birinə bərabərdir.
Biz, 1 üstəgəl 1 bərabərdir
1 üstəgəl 1 də yaza bilərdik.
Biz həmçinin 1 üstəgəl 1 çıx 1
bərabərdir 3 çıx 2 də yaza bilərdik.
Bunlar bərabər və ya eyni kəmiyyətlərdir.
Bərabərliyin sol tərəfindəki
1 üstəgəl 1 çıx 1, 1 edir və
bu da 1-ə bərabərdir.
Deməli, bunlar bərabər kəmiyyətlərdir.
İndi sizə ədədləri müqayisə
etmək üçün
başqa yollar göstərəcəyəm.
Bərabərlik işarəsi hər iki
tərəfdə də eyni
kəmiyyətlər olduqda qoyulur.
İndi biz, müxtəlik kəmiyyətlər
olan hala baxacağıq.
Gəlin fərz edək ki,
biz 3 və 1 ədədlərini
müqayisə etmək istəyirik.
Aydındır ki, 3 və 1 bərabər
kəmiyyətlər deyil.
Elə isə bura bərabər deyil
işarəsi
qoya bilərik.
Deməli, 3 və 1 bir-birinə
bərabər deyil.
İndi gəlin hansının böyük və
hansının kiçik olduğuna
baxaq.
Hansı ədədin böyük olduğunu
göstərmək üçün
bir işarə mövcuddur.
Bu işarə böyükdür işarəsidir.
Bu yazılış belə oxunur: üç böyükdür birdən.
Deməli, 3 daha böyük kəmiyyətdir.
Bu işarənin açıq tərəfi
hər zaman böyük kəmiyyətə tərəf
qoyulur.
İşarənin bu hissəsi
böyük tərəfi göstərir.
İşarənin bu hissəsi isə
kiçik tərəfi göstərir.
Deməli, bunun açıq tərəfi
böyük kəmiyyətə tərəf dayanır.
İfadəni yenidən oxusaq:
3
böyükdür
1-dən.
Bir daha deyim ki, burada
ədədlərdən başqa
ifadələr də qeyd oluna bilər.
Məsələn, 1 üstəgəl 1 üstəgəl 1
böyükdür
1-dən.
Bu da müqayisəni göstərir.
İndi isə gəlin
5 və 19 ədədləri arasındakı
müqayisəyə baxaq.
İndi biz böyükdür işarəsini
yaza bilmirik.
Ona görə ki, beş 19-dan böyük deyil.
Həmçinin beş 19-a bərabər deyil.
Bu fikri qeyd edə bilərik.
Ancaq gəlin hansının böyük və
hansının kiçik olduğunu
işarə ilə göstərək.
Belə ki, bu verilmiş
ifadə belə oxunur:
5 kiçikdir 19-dan.
Gəlin bunu sözlə yazaq.
Beş 19-dan kiçikdir.
Demək istədiyim budur.
İndi isə bu "kiçikdir"
ifadəsini
riyazi yolla göstərmək
istəyirik.
Əgər bu böyükdür işarəsidirsə,
biz bunu tərsinə çevirə bilərik.
Bir də xatırladım ki,
işarənin
açıq tərəfi böyük kəmiyyəti
göstərir və digər
tərəfdə duran kiçik kəmiyyət olur.
Burada 5 kiçik kəmiyyətdir.
Elə isə bu kiçik nöqtə
burada olacaq.
19 isə böyük kəmiyyətdir.
O zaman açıq tərəfin qarşısında durmalıdır.
Bu ifadənin oxunuşu belədir:
5 kiçikdir 19-dan.
Beş 19-dan kiçik kəmiyyətdir.
Belə bir ifadə də yaza bilərik:
1 üstəgəl 1 kiçikdir 1
üstəgəl 1 üstəgəl 1-dən.
Bu o deməkdir ki,
bu kəmiyyət, yəni
1 üstəgəl 1,
1 üstəgəl 1 üstəgəl 1-dən kiçikdir.