1 00:00:00,370 --> 00:00:01,928 Mən leksikoqrafam. 2 00:00:01,928 --> 00:00:03,682 Lüğətlər hazırlayıram. 3 00:00:03,682 --> 00:00:05,121 Bir leksikoqraf kimi mənim işim 4 00:00:05,121 --> 00:00:08,841 mümkün olan bütün sözləri lüğətə salmaqdır. 5 00:00:08,841 --> 00:00:14,924 Nəyin söz olduğunu düşünmək mənim işim deyil: bu sizin işinizdir. 6 00:00:14,924 --> 00:00:17,821 İngiliscə danışan hər kəs 7 00:00:17,821 --> 00:00:20,153 nəyin söz olduğuna və nəyin olmadığına birlikdə qərar verir. 8 00:00:20,153 --> 00:00:25,305 Hər dil bir-birini başa düşdüyüylə razılaşan insanların birliyidir. 9 00:00:25,305 --> 00:00:29,909 Bəzən insanlar sözün yaxşı, yoxsa pis olduğuna qərar vermək istəyəndə 10 00:00:29,909 --> 00:00:31,677 onların həqiqətən də əsaslı səbəbləri olmur. 11 00:00:31,677 --> 00:00:34,488 Onlar "qrammatik olaraq səhvdir!" deyirlər. 12 00:00:34,488 --> 00:00:36,422 (Gülüş) 13 00:00:36,862 --> 00:00:40,425 Düzü, heç kəsə deməyin, amma qrammatikanın mənim üçün elə də təvafütü yoxdur. 14 00:00:40,425 --> 00:00:43,564 Amma "qrammatika" deyəndə, bu iki mənaya gəlir. 15 00:00:43,564 --> 00:00:46,434 Biri var beyninizdə yaşayan qrammatika. 16 00:00:46,434 --> 00:00:48,543 Və əgər bu sizin ana dilinizdirsə, 17 00:00:48,543 --> 00:00:50,132 ya da həmin dildə çox yaxşı danışırsınızsa 18 00:00:50,132 --> 00:00:53,531 o dildə danışanda instinktiv qaydaları izləyirsiniz. 19 00:00:53,531 --> 00:00:56,552 Və siz bunu hələ uşaq olanda öyrənirsiniz. 20 00:00:56,552 --> 00:00:58,189 Misal üçün: 21 00:00:58,189 --> 00:00:59,714 Bu "vaq"dır, düzdür? 22 00:00:59,714 --> 00:01:01,775 Bu "vaq"dır. 23 00:01:01,775 --> 00:01:03,471 İndi başqa biri də gəldi. 24 00:01:03,471 --> 00:01:04,634 Onlar iki dənədirlər. 25 00:01:04,634 --> 00:01:05,923 Onlar ... 26 00:01:05,923 --> 00:01:07,107 Tamaşaçılar: "Vaq"lardır. 27 00:01:07,107 --> 00:01:10,820 Erin Makkin: Tamamilə! Siz "vaq"ları cəmdə işlədə bilirsiniz. 28 00:01:10,820 --> 00:01:12,301 Bu qayda sizin beyninizdədir. 29 00:01:12,301 --> 00:01:15,250 Bu qayda sizə öyrədilməyib, siz bunu sadəcə başa düşürsünüz. 30 00:01:15,250 --> 00:01:18,879 Bu təcrübə Boston Universitetində Cin Berko Qlison 31 00:01:18,879 --> 00:01:22,024 adlı bir professor tərəfindən 1958-ci ildə aparılıb. 32 00:01:22,024 --> 00:01:25,049 Biz bu haqda hələ çox danışacağıq. 33 00:01:25,049 --> 00:01:28,563 Beyninizdəki bu anadangəlmə qaydalar 34 00:01:28,563 --> 00:01:32,785 yol hərəkəti qaydaları kimi deyillər, heç təbiətin qanunlarına da oxşamırlar. 35 00:01:32,785 --> 00:01:36,140 Və heç kəs də təbiət qanunlarına tabe olmağı sizə xatırlatmamalıdır, düzdür? 36 00:01:36,140 --> 00:01:39,093 Səhər evdən çıxanda ananız demir ki, 37 00:01:39,093 --> 00:01:41,972 "Əzizim, görünür bu gün soyuq olacaq, kapüşonunu götür, 38 00:01:41,972 --> 00:01:44,439 ağırlıq qüvvəsinə tabe olmağı da unutma." 39 00:01:44,439 --> 00:01:46,325 Heç kəs belə demir. 40 00:01:46,325 --> 00:01:53,182 Amma təbiətdən daha çox ədəb-ərkanla bağlı qaydalar da var. 41 00:01:53,182 --> 00:01:56,046 İndi "şlyapa" sözünü fikirləşin. 42 00:01:56,046 --> 00:01:58,296 Siz şlyapanın nə işə yaradığını biləndən sonra 43 00:01:58,296 --> 00:02:01,163 heç kəs sizə deyə bilməz ki, şlyapanı ayağına keçirmə. 44 00:02:01,163 --> 00:02:04,507 Onlar sizə içəridə şlyapanı qoya biləcəyinizi, 45 00:02:04,507 --> 00:02:06,264 şlyapanı kimin qoymalı olduğunu, 46 00:02:06,264 --> 00:02:09,396 sizin nə cür şlyapa qoymalı olduğunuzu deyə bilərlər. 47 00:02:09,396 --> 00:02:11,818 Bu da qrammatikanın ikinci növüdür. 48 00:02:11,818 --> 00:02:16,121 Dilçilər çox vaxt onu qrammatikadan daha çox "vərdiş" adlandırırlar. 49 00:02:16,121 --> 00:02:20,255 Bəzən insanlar qrammatikanın qaydalarını 50 00:02:20,255 --> 00:02:23,043 söz yaradan insanları ruhdan salarkən əsas gətirirlər. 51 00:02:23,043 --> 00:02:25,727 Məncə bu səfehlikdir. 52 00:02:25,727 --> 00:02:28,993 Misal üçün, insanlar sizə həmişə deyir ki, 53 00:02:28,993 --> 00:02:34,233 yaradıcı ol, yeni mahnılar yarat, incəsənətlə məşğul ol, yeni şeylər, elm və texnologiya kəşf et. 54 00:02:34,233 --> 00:02:36,271 Amma sözlərə sıra gələndə onlar deyirlər: 55 00:02:36,271 --> 00:02:40,991 "Eləmə! Yox. Yaradıcılığa son verin, gədə-güdələr. Əl çəkin dildən." 56 00:02:41,004 --> 00:02:42,421 (Gülüş) 57 00:02:42,421 --> 00:02:44,142 Mən bunu başa düşə bilmirəm. 58 00:02:44,142 --> 00:02:46,474 Sözlər möhtəşəm şeylərdir. Onlardan daha çox olmalıdır. 59 00:02:46,474 --> 00:02:50,530 Mən sizin mümkün olduğu qədər daha çox yeni söz yaratmağınızı istəyirəm. 60 00:02:50,530 --> 00:02:55,538 Sizə ingilis dilində yeni söz yaratmaq üçün 6 yol deyəcəm. 61 00:02:55,550 --> 00:02:57,639 Birinci yol ən sadəsidir. 62 00:02:57,639 --> 00:02:59,862 Sadə desəm, başqa dillərdən oğurlayın. 63 00:02:59,862 --> 00:03:02,686 ["Gedin başqalarını qarət edin"] (Gülüş) 64 00:03:03,936 --> 00:03:05,764 Dilçilər buna iqtibas etmək deyir, 65 00:03:05,764 --> 00:03:08,824 amma biz sözü geri qaytarmırıq deyə mən ədalətli olub 66 00:03:08,824 --> 00:03:10,784 bunu oğurluq adlandırıram. 67 00:03:10,784 --> 00:03:14,154 Biz adətən ləzzətli yeməklər kimi xoşladığımız şeylərlə bağlı sözləri götürürük. 68 00:03:14,154 --> 00:03:17,944 Çincədən "kumquat"ı götürmüşük, fransız dilindən "caramel"i. 69 00:03:17,944 --> 00:03:20,851 Həmçinin "ninja" kimi təmkinli sözləri də götürürük, düzdü? 70 00:03:20,851 --> 00:03:22,301 Yapon dilindən götürmüşük. 71 00:03:22,301 --> 00:03:25,570 Ninjalardan oğurlamaq çətindir deyə bu kələk həm də xoşumuza gəlir. 72 00:03:25,570 --> 00:03:27,684 (Gülüş) 73 00:03:27,684 --> 00:03:30,944 İngilis dilində söz yaratmağın bir başqa yolu da 74 00:03:30,944 --> 00:03:33,885 iki ingiliscə sözü bir-birinə vurmaqdır. 75 00:03:33,885 --> 00:03:35,572 Bu mürəkkəb söz yaratmaq adlanır. 76 00:03:35,572 --> 00:03:37,082 İngiliscədəki sözlər leqo kimidir: 77 00:03:37,082 --> 00:03:40,447 Əgər kifayət qədər güc sərf etsəniz istənilən iki sözü birləşdirə bilərsiniz. 78 00:03:40,447 --> 00:03:42,112 (Gülüş) 79 00:03:42,832 --> 00:03:44,627 İngilis dilində biz bunu həmişə edirik: 80 00:03:44,627 --> 00:03:50,105 "Ürəkparçalayan", "kitabqurdu", "qum-qalası" mürəkkəb sözlərdir. 81 00:03:50,105 --> 00:03:53,606 Davam edin və "ördəksifət" kimi sözlər yaradın, amma sifətinizi ördək kimi etməyin. 82 00:03:53,606 --> 00:03:55,085 (Gülüş) 83 00:03:55,835 --> 00:03:59,848 İngiliscədə söz yaratmağın digər yolu da mürəkkəb söz yaratmağa oxşayır, 84 00:03:59,848 --> 00:04:04,899 amma güc işlədib sözləri birləşdirəndə 85 00:04:04,899 --> 00:04:06,534 onların bəzi hissəsi itir. 86 00:04:06,534 --> 00:04:08,215 Bunlar kontaminasiyalardır, 87 00:04:08,215 --> 00:04:12,064 məsələn "branç" sözü "brekfest" və "lanç" sözlərinin kontaminasiyasıdır. 88 00:04:12,064 --> 00:04:14,796 "Motel" sözü də "motor" və "otel" sözünün. 89 00:04:14,796 --> 00:04:17,737 "Motel"in kontaminasiya olduğunu kim bilirdi? 90 00:04:17,737 --> 00:04:19,581 Bəli, bu söz ingiliscədə çoxdan var 91 00:04:19,581 --> 00:04:22,692 amma çox insan bəzi hissələrin çatışmadığını bilmir. 92 00:04:22,692 --> 00:04:26,987 "Əylənərəköyrənmək" sözü "öyrənmək" və "əylənmək" sözlərinin birləşməsidir. 93 00:04:26,987 --> 00:04:32,197 Və əlbəttə "elektroedam" sözü də "elektrik" və "edam" sözlərinin. 94 00:04:32,197 --> 00:04:34,007 (Gülüş) 95 00:04:34,007 --> 00:04:37,328 Bundan əlavə siz sözlərin istifadəsini dəyişməklə yeni sözlər yarada bilərsiniz. 96 00:04:37,328 --> 00:04:38,941 Bu funskional dəyişiklik adlanır. 97 00:04:38,941 --> 00:04:41,242 Siz bir nitq hissəsində olan sözü götürürsünüz 98 00:04:41,242 --> 00:04:43,522 və onu digərində işlədirsiniz. 99 00:04:43,522 --> 00:04:47,541 Yaxşı, kim bilirdi ki, "dost" sözünün əvvəllər feil forması olmayıb? 100 00:04:48,881 --> 00:04:53,076 "Dost" sözü isim kimi işlənirdi və sonra ondan feil düzəltdik. 101 00:04:53,076 --> 00:04:56,345 Demək olar, ingiliscədəki hər sözü feilləşdirmək mümkündür. 102 00:04:56,345 --> 00:04:58,978 Siz həmçinin sifətləri isim edə bilərsiniz. 103 00:04:58,978 --> 00:05:02,705 "Kommersial" sözü əvvəlllər sifət olsa da, indi isimdir. 104 00:05:02,705 --> 00:05:05,151 Və əlbəttə, siz əşyaları yaşıllaşdıra bilərsiniz. 105 00:05:05,151 --> 00:05:08,489 İngilis dilində söz yaratmağın bir başqa yolu da geri-törəmədir. 106 00:05:08,489 --> 00:05:11,747 Siz sözü götürüb, elə bil, azca aşağı çəkirsiz. 107 00:05:11,747 --> 00:05:16,568 Məsələn, ingilis dilində "redaktor" sözü "redaktə" sözündən daha əvvəl var. 108 00:05:16,568 --> 00:05:18,320 "Redaktə" sözü "redaktor"dan törəyib. 109 00:05:18,320 --> 00:05:21,065 Hərdən geriyə-törəmələr bir az axmaq səslənir: 110 00:05:21,065 --> 00:05:25,453 Buldozerlər buldoz edir, eşik ağaları ağalıq edir, evyaranlar yarır. 111 00:05:25,453 --> 00:05:27,078 (Gülüş) 112 00:05:27,278 --> 00:05:29,050 İngiliscədə söz yaratmağın başqa yolu 113 00:05:29,050 --> 00:05:32,220 nələrinsə ilk hərflərini götürmək və hamsını birləşdirməkdir. 114 00:05:32,220 --> 00:05:35,251 National Aeronautics and Space Administration (Milli Aeronavtika və Kosmos İdarəsi) olur NASA. 115 00:05:35,251 --> 00:05:38,963 Bunu siz hər şeyə tətbiq edə bilərsiniz, məsənlən, OMG! 116 00:05:38,963 --> 00:05:44,602 Sözlər nə qədər axmaq olur olsun. 117 00:05:44,602 --> 00:05:46,608 Onlar ingilis dili üçün həqiqətən də yaxşı sözlər ola bilər. 118 00:05:46,608 --> 00:05:50,626 "Absquatulate" (aradan çıxmaq) ingiliscədəki yaxşı sözlərindəndir. 119 00:05:50,626 --> 00:05:53,489 "Mugwump" (müstəqil) də ingiliscədəki yaxşı sözlərdəndir. 120 00:05:53,489 --> 00:05:58,067 Sözlər normal səslənməlidi deyə bir qayda yoxdur, onlar axmaq də səslənə bilər. 121 00:05:58,067 --> 00:06:00,256 Niyə söz yaratmalısınız? 122 00:06:00,256 --> 00:06:02,397 Ona görə yaratmalısınız ki, hər söz 123 00:06:02,397 --> 00:06:06,918 fikirlənizi ifadə etmək üçün bir imkandır və mənanı bu yolla ötürürsünüz. 124 00:06:06,918 --> 00:06:09,514 Və yeni sözlər insanların diqqətini çəkir. 125 00:06:09,514 --> 00:06:12,163 Onların sayəsində insanlar dediklərinizə fikir verir 126 00:06:12,163 --> 00:06:15,427 və bu mahiyyəti çatdırmaq üçün daha çox imkan yaradır. 127 00:06:15,427 --> 00:06:18,376 Bu gün bu səhnədə bir çox insan dedi: 128 00:06:18,376 --> 00:06:19,938 "Gələcəkdə siz bunu edə bilərsiniz, 129 00:06:19,938 --> 00:06:23,471 bunun köməyiylə edə bilərsiniz, siz bizə tətqiqatda, ixtirada kömək edə bilərsiniz." 130 00:06:23,471 --> 00:06:25,100 Yeni söz yaratmağa elə indi başlaya bilərsiniz. 131 00:06:25,100 --> 00:06:27,433 İngilis dilinin yaş məhdudiyyəti yoxdur. 132 00:06:27,433 --> 00:06:29,859 Başlayın, elə bu gün yeni sözlər yaradın, 133 00:06:29,859 --> 00:06:33,546 onları mənə göndərin və mən onları onlayn lüğətimə - Wordnik-ə yerləşdirəcəm. 134 00:06:33,546 --> 00:06:34,835 Çox sağ olun. 135 00:06:34,835 --> 00:06:39,642 (Alqış)