Mən leksikoqrafam.
Lüğətlər hazırlayıram.
Bir leksikoqraf kimi mənim işim
mümkün olan bütün sözləri lüğətə salmaqdır.
Nəyin söz olduğunu düşünmək mənim
işim deyil: bu sizin işinizdir.
İngiliscə danışan hər kəs
nəyin söz olduğuna və nəyin olmadığına
birlikdə qərar verir.
Hər dil bir-birini başa düşdüyüylə razılaşan
insanların birliyidir.
Bəzən insanlar sözün yaxşı, yoxsa pis
olduğuna qərar vermək istəyəndə
onların həqiqətən də əsaslı səbəbləri olmur.
Onlar "qrammatik olaraq səhvdir!" deyirlər.
(Gülüş)
Düzü, heç kəsə deməyin, amma qrammatikanın mənim üçün elə də təvafütü yoxdur.
Amma "qrammatika" deyəndə, bu iki mənaya gəlir.
Biri var beyninizdə yaşayan qrammatika.
Və əgər bu sizin ana dilinizdirsə,
ya da həmin dildə çox yaxşı danışırsınızsa
o dildə danışanda instinktiv qaydaları izləyirsiniz.
Və siz bunu hələ uşaq olanda öyrənirsiniz.
Misal üçün:
Bu "vaq"dır, düzdür?
Bu "vaq"dır.
İndi başqa biri də gəldi.
Onlar iki dənədirlər.
Onlar ...
Tamaşaçılar: "Vaq"lardır.
Erin Makkin: Tamamilə! Siz "vaq"ları cəmdə
işlədə bilirsiniz.
Bu qayda sizin beyninizdədir.
Bu qayda sizə öyrədilməyib, siz bunu
sadəcə başa düşürsünüz.
Bu təcrübə Boston Universitetində
Cin Berko Qlison
adlı bir professor tərəfindən 1958-ci ildə aparılıb.
Biz bu haqda hələ çox danışacağıq.
Beyninizdəki bu anadangəlmə qaydalar
yol hərəkəti qaydaları kimi deyillər,
heç təbiətin qanunlarına da oxşamırlar.
Və heç kəs də təbiət qanunlarına tabe olmağı
sizə xatırlatmamalıdır, düzdür?
Səhər evdən çıxanda ananız demir ki,
"Əzizim, görünür bu gün
soyuq olacaq, kapüşonunu götür,
ağırlıq qüvvəsinə tabe olmağı da unutma."
Heç kəs belə demir.
Amma təbiətdən daha çox ədəb-ərkanla bağlı
qaydalar da var.
İndi "şlyapa" sözünü fikirləşin.
Siz şlyapanın nə işə yaradığını
biləndən sonra
heç kəs sizə deyə bilməz ki,
şlyapanı ayağına keçirmə.
Onlar sizə içəridə şlyapanı qoya biləcəyinizi,
şlyapanı kimin qoymalı olduğunu,
sizin nə cür şlyapa qoymalı olduğunuzu
deyə bilərlər.
Bu da qrammatikanın ikinci növüdür.
Dilçilər çox vaxt onu qrammatikadan daha çox
"vərdiş" adlandırırlar.
Bəzən insanlar qrammatikanın qaydalarını
söz yaradan insanları ruhdan salarkən
əsas gətirirlər.
Məncə bu səfehlikdir.
Misal üçün, insanlar sizə həmişə deyir ki,
yaradıcı ol, yeni mahnılar yarat, incəsənətlə məşğul ol,
yeni şeylər, elm və texnologiya kəşf et.
Amma sözlərə sıra gələndə onlar deyirlər:
"Eləmə! Yox. Yaradıcılığa son verin, gədə-güdələr.
Əl çəkin dildən."
(Gülüş)
Mən bunu başa düşə bilmirəm.
Sözlər möhtəşəm şeylərdir.
Onlardan daha çox olmalıdır.
Mən sizin mümkün olduğu qədər daha çox
yeni söz yaratmağınızı istəyirəm.
Sizə ingilis dilində yeni söz yaratmaq üçün
6 yol deyəcəm.
Birinci yol ən sadəsidir.
Sadə desəm, başqa dillərdən oğurlayın.
["Gedin başqalarını qarət edin"]
(Gülüş)
Dilçilər buna iqtibas etmək deyir,
amma biz sözü geri qaytarmırıq
deyə mən ədalətli olub
bunu oğurluq adlandırıram.
Biz adətən ləzzətli yeməklər kimi xoşladığımız
şeylərlə bağlı sözləri götürürük.
Çincədən "kumquat"ı götürmüşük, fransız dilindən "caramel"i.
Həmçinin "ninja" kimi təmkinli
sözləri də götürürük, düzdü?
Yapon dilindən götürmüşük.
Ninjalardan oğurlamaq çətindir deyə
bu kələk həm də xoşumuza gəlir.
(Gülüş)
İngilis dilində söz yaratmağın bir başqa yolu da
iki ingiliscə sözü bir-birinə vurmaqdır.
Bu mürəkkəb söz yaratmaq adlanır.
İngiliscədəki sözlər leqo kimidir:
Əgər kifayət qədər güc sərf etsəniz
istənilən iki sözü birləşdirə bilərsiniz.
(Gülüş)
İngilis dilində biz bunu həmişə edirik:
"Ürəkparçalayan", "kitabqurdu", "qum-qalası" mürəkkəb sözlərdir.
Davam edin və "ördəksifət" kimi sözlər yaradın,
amma sifətinizi ördək kimi etməyin.
(Gülüş)
İngiliscədə söz yaratmağın digər yolu da
mürəkkəb söz yaratmağa oxşayır,
amma güc işlədib sözləri birləşdirəndə
onların bəzi hissəsi itir.
Bunlar kontaminasiyalardır,
məsələn "branç" sözü "brekfest" və
"lanç" sözlərinin kontaminasiyasıdır.
"Motel" sözü də "motor" və "otel" sözünün.
"Motel"in kontaminasiya olduğunu kim bilirdi?
Bəli, bu söz ingiliscədə çoxdan var
amma çox insan bəzi hissələrin
çatışmadığını bilmir.
"Əylənərəköyrənmək" sözü "öyrənmək" və
"əylənmək" sözlərinin birləşməsidir.
Və əlbəttə "elektroedam" sözü də "elektrik" və
"edam" sözlərinin.
(Gülüş)
Bundan əlavə siz sözlərin istifadəsini
dəyişməklə yeni sözlər yarada bilərsiniz.
Bu funskional dəyişiklik adlanır.
Siz bir nitq hissəsində olan sözü götürürsünüz
və onu digərində işlədirsiniz.
Yaxşı, kim bilirdi ki, "dost" sözünün əvvəllər
feil forması olmayıb?
"Dost" sözü isim kimi işlənirdi və sonra
ondan feil düzəltdik.
Demək olar, ingiliscədəki hər sözü
feilləşdirmək mümkündür.
Siz həmçinin sifətləri isim edə bilərsiniz.
"Kommersial" sözü əvvəlllər sifət olsa da,
indi isimdir.
Və əlbəttə, siz əşyaları yaşıllaşdıra bilərsiniz.
İngilis dilində söz yaratmağın bir başqa yolu da
geri-törəmədir.
Siz sözü götürüb, elə bil, azca aşağı çəkirsiz.
Məsələn, ingilis dilində "redaktor" sözü "redaktə"
sözündən daha əvvəl var.
"Redaktə" sözü "redaktor"dan törəyib.
Hərdən geriyə-törəmələr bir az axmaq səslənir:
Buldozerlər buldoz edir, eşik ağaları ağalıq edir, evyaranlar yarır.
(Gülüş)
İngiliscədə söz yaratmağın başqa yolu
nələrinsə ilk hərflərini götürmək və
hamsını birləşdirməkdir.
National Aeronautics and Space Administration
(Milli Aeronavtika və Kosmos İdarəsi) olur NASA.
Bunu siz hər şeyə tətbiq edə bilərsiniz, məsənlən, OMG!
Sözlər nə qədər axmaq olur olsun.
Onlar ingilis dili üçün həqiqətən də yaxşı sözlər ola bilər.
"Absquatulate" (aradan çıxmaq) ingiliscədəki
yaxşı sözlərindəndir.
"Mugwump" (müstəqil) də ingiliscədəki yaxşı sözlərdəndir.
Sözlər normal səslənməlidi deyə bir qayda yoxdur,
onlar axmaq də səslənə bilər.
Niyə söz yaratmalısınız?
Ona görə yaratmalısınız ki, hər söz
fikirlənizi ifadə etmək üçün bir imkandır
və mənanı bu yolla ötürürsünüz.
Və yeni sözlər insanların diqqətini çəkir.
Onların sayəsində insanlar dediklərinizə fikir verir
və bu mahiyyəti çatdırmaq üçün daha çox imkan yaradır.
Bu gün bu səhnədə bir çox insan dedi:
"Gələcəkdə siz bunu edə bilərsiniz,
bunun köməyiylə edə bilərsiniz, siz bizə tətqiqatda,
ixtirada kömək edə bilərsiniz."
Yeni söz yaratmağa elə indi başlaya bilərsiniz.
İngilis dilinin yaş məhdudiyyəti yoxdur.
Başlayın, elə bu gün yeni sözlər yaradın,
onları mənə göndərin və mən onları
onlayn lüğətimə - Wordnik-ə yerləşdirəcəm.
Çox sağ olun.
(Alqış)