Bu videoda bir qədər hüceyrə
membranını araşdıracağıq.
Başlanğıc üçün, gəlin deyək ki,
bu sizin mərkəzində çox kiçik
nüvəsi olan hüceyrələrinizdən
birinin rəsmidir.
Hüceyrənin xaricində olan şey
bizim hüceyrə membranımızdır,
belə ki, hüceyrələrimizi xarici mühitin
ən zərərli
təsirlərindən qoruyan şey
hüceyrə membranıdır.
Əgər hüceyrə membranı olmasaydı,
bizi ətraf mühitdən qoruyacaq
heç bir şey
olmayacağı üçün, yəqin ki,
bu gün sağ olmazdıq.
Beləliklə, bu gün hüceyrə membranını
əmələ gətirən
üç əsas şey--birincisi, fosfolipid,
ikincisi, xolestrol və üçüncüsü
zülallar haqqında danışacağıq.
Deməli, haqqında danışacağımız
birinci
şeylər--hüceyrə membranında olan
əksər
komponentləri əmələ gətirən--
fosfolipidlərdir.
Və vaxt çatsın deyə, mən
burada
əvvəlcədən hüceyrə membranının
rəsmini çəkmişdim.
Və görəcəyiniz bütün bu fərdi hissələr
fosfolipidlərdir
və fosfolipidlər buna bənzəyir.
Onun polyar baş qrupu, yəni
polyar fosfat qrupu var.
Və o iki yağ turşusu quyruğuna malikdir.
Və biz fosfolipidin nəyə
bənzədiyini normal olaraq
belə göstəririk.
Siz hüceyrə membranında,
membran boyunca
fosfolipidlərin bir-birinə olduqca
yaxın, birlikdə sıx
yerləşdiyini görə bilərsiniz.
Və biz bu membrana baxırıq.
Bu bir növ eninə
kəsikdir.
Siz elə təsəvvür edin ki,
guya membranı iki hissəyə ayırmışıq.
Burada biz, əslində,
fosfolipid təbəqəsi və ya bəzən
ikiqat lipid təbəqəsi
deyə adlandırdığımız şeyə sahibik.
Membranda rast gələ
biləcəyimiz ikinci şey
xolestroldur.
Biz tez-tez xolestrolun yeməklərdə
və ya qanda olduğunu
eşidirik və düşünürük ki,
bu pis bir şeydir.
Lakin bu halda xolestrol,
əslində,
hüceyrə membranımız üçün
çox vacibdir.
Və xolestrol buna bənzəyir.
Və yenidən, vaxta qənaət etmək
üçün
əvvəlcədən xolestrolun necə göründüyünü çəkmişdim.
Xolestrolun çoxlu halqalara
sahib olduğunu görə
bilərsiniz və bu xolestrolu olduqca
sabit strukturla təmin edir.
Xolestrolun vəzifəsinə
gəldikdə, o
özünü buna bənzər şəkildə
fosfolipidlərin arasına
daxil edir.
Düşünürəm ki, o bir
növ burada
bufer rolunu oynayır.
O hüceyrə membranının
axıcılığını qoruyur.
Yəni temperatur azaldıqca,
xolestrol axıcılığın
artmasına kömək edir.
Və əgər temperatur yüksəlsə,
xolestrol
hüceyrə membranının axıcılığının
azalmasına kömək edəcək.
Beləliklə, xolestrol hüceyrə
membranını bir
növ axıcılığını ola biləcəyi orta həddində
saxlayır.
Və hüceyrə membranını əmələ
gətirən üçüncü
şey zülallardır və onlar, əslində,
çox böyükdürlər.
Hüceyrədən asılı olaraq,
bəzi
hüceyrələrin membranında
böyük
miqdarda zülal olur.
Və zülallar iki əsas
formada ola bilərlər.
Birincisi, bütün membranı
keçən bir zülala
sahib ola bilərsiniz.
Biz bunu inteqral zülal adlandırırıq.
Bunları, həmçinin transmembran
zülalları da adlandırırlar.
Və bu beləcə, hüceyrənin istənilən
sahəsində meydana
gələ bilər.
Bəzi zülallar, əslində,
membranın üzərində bu
şəkildə otururlar.
Və ya onlar bu şəkildə digər
zülalın da üzərində otura bilərlər.
Bunları isə periferik zülallar
adlandırırıq.
Burada eyni zamanda membrandan
yarımçıq keçə bilən
çox nadir zülallar da var.
Və nadir hallarda, bəzən hüceyrə
membranının
ikiqat təbəqəsindəki
fosfolipidləri arasında
təsadüfən tapılan bir neçə
zülala da
rast gəlmək olar.
Zülallar, hüceyrə
membranının
funksiyalarında böyük
rol oynayırlar.
Əslində ağlımıza gələn
membran funksiyalarının
demək olar ki, hamısını
həyata keçirirlər.
Zülalların ən böyük iki
işindən birincisi, əslində, reseptor
rolunu oynaya bilmələridir.
Belə ki, zülallar hüceyrəyə
xarici mühitdə nələrin
baş verdiyini söyləyə bilərlər.
Əlaqə funksiyasını yerinə yetirirlər.
Zülalların edə biləcəyi
ikinci şey, ümumiyyətlə,
transmembran zülallarında
olur ki, onlar molekulların
hüceyrə daxilinə və xaricinə
daşınmasına
kömək edə bilərlər.
Beləliklə, zülalların
funksiyaları ilə tanış olduqdan sonra,
buradakı kimi lipidlə
bağlı və ya ikiqat lipid təbəqəsinə
daxildən bağlı olan zülalların
nə üçün nadir olduğunu düşünürsünüz?
Bunun səbəbi,
zülalların rolunun
ilkin olaraq reseptor--xarici
mühitlə əlaqədə olmaq--
və ya daşıyıcı--maddələrin
xaricdən daxilə və əksinə
daşınmasına imkan
vermək-- olmaqdan
ibarət olması və arada
qalan zülalların
hüceyrə membranımızda
böyük rol
oynamamasıdır.
Və nəhayət, lipidlərimizə və
zülallarımıza birləşən çox
vacib bir molekul növü var ki,
bunlara
karbohidratlar deyirik.
Və ya qısaca olaraq, qliko
deyirik.
Belə ki, onlar həm qlikolipid,
həm də qlikoproteinlər ola bilərlər.
Və bunlar ünsiyyətdə böyük rol oynayırlar.
Yəni məsələn, bir hüceyrənin
bədənimizdəki başqa bir
hüceyrəni tanımasını təmin edir.
Əlaqədə, yəni hüceyrələrin
bir-birini
tanımasında rol oynayırlarsa,
bəs sizcə bu
şəkərlər harada yerləşməlidirlər?
Yaxşı, bu şəkərlər, əsasən,
membranın xaricində yerləşəcəklər.
Yəni onlar zülalların üzərinə
yapışacaqlar--
bunlara qlikoproteinlər
deyiləcək-- və onlar
periferik və inteqral zülallar ola
bilərlər.
Və ya onlar bu şəkildə
lipidlərin üzərinə yapışa bilərlər.
Və bunlar qlikolipidləri əmələ gətirir.
İndi, bunu başa düşmək
bir qədər çətin ola bilər.
Bizim indi çəkdiyimiz hüceyrə
membranının
eninə kəsiyidir.
Lakin hüceyrə membranına
xaricdən baxsaq,
yəni yuxarıdan bir görünüş kimi?
O nəyə bənzəyərdi?
Belə ki, bir daha mən vaxta
qənaət üçün
fosfolipidləri qabaqcadan çəkmişəm.
Belə ki, əgər biz hüceyrə membranına
xaricdən baxsaq--hüceyrə
membranının üst tərəfindən
baxsaq--, orada sadəcə fosfolipidlərin
baş qruplarını görə bilərik.
Hüceyrə membranları arasında
bu şəkildə bir qədər xolestrol da
görə bilərik.
Və hüceyrə membranı
üzərindəki bəzi böyük
zülalların hüceyrəmizin
hər tərəfinə
səpələndiyini görə bilərik.
Və nəhayət, biz xaricdən bəzi
qlikolipidləri və qlikoproteinləri
də görə bilərik.
Və onlar özlərini zülallarımız
və
fosfolipidlərimizə bu şəkildə
birləşdirəcəkdilər
Yəni yuxarıdan hüceyrə
membranımız
bu şəkildə görünər.
Və burada, həqiqətən, xüsusi
olan bir şey var--
bu bir növ sənət əsərinə
bənzəyir.
Əgər xatırlayırsınızsa, ibtidai sinifdə
bizə
lobyaları və müxtəlif makaronları
birləşdirərək sənət əsəri
yaratmağımız üçün layihələr
verilirdi, baxın, bu bir növ
mənə onu xatırlatdı.
Əslində, bizim mozaika adlandırdığımız
şeydə budur.
Yəni alimlər də eyni şeyi
düşünürdülər.
Beləliklə, alimlər hüceyrənin
bu modelini maye
mozaika modeli adlandırdılar və
hüceyrəmizin mozaika
hissəsi burada təsvir oluna bilər.
Siz burada çoxlu müxtəlif
hissələrin--müxtəlif
rəngli hissə növlərinin-- bu gözəl
hüceyrə membranını
yaratmaq üçün birləşdirildiyini
görə bilərsiniz.
Hüceyrə membranını maye
adlandırmağımızın
səbəbi, hüceyrə membranındakı
bu parçaların, əslində,
hərəkət edə bilməsidir.
Onlar daşların içində yerləşmirlər.
Deməli, hüceyrə membranındakı
zülallar
və fosfolipidlər ətrafda bu şəkildə
hərəkət edə bilirlər.
Buna görə də onları maye adlandırırıq.
Hüceyrə membranına
yuxarıdan baxsaydıq,
bu necə görünərdi?
Yəni burada hərəkət, əslində,
iki ölçülü deyil,
o sadəcə yuxarı, aşağı, sağa və sola
gedir.
Əslində bir çox digər
istiqamətlərdə də gedə bilər.
Zülallar və fosfolipidlər hüceyrə
membranının hər tərəfində
hərəkət edə bilər.
Yəni yenidən maye mozaika modeli
budur.
Bunun 1972-ci ildə kəşf olunması,
bir qədər maraqlı faktdır.
Yəni sadəcə 40 il əvvəl
anladıq ki, hüceyrə membranımız,
əslində, maye
mozaika modelidir.
Beləliklə, yekunlaşdırsaq,
hüceyrə membranımız
üç əsas maddədən
əmələ gəlib.
Birincisi fosfolipidlərdir.
Bunlar hüceyrə
membranının çox hissəsini
təşkil etməklə bərabər, hüceyrə
membranınızın mövcud olması
üçün bir növ tikinti bloklarıdır.
İkincisi xolestroldur.
Xolesterol təsadüfi olaraq
hüceyrə membranının
hər yerinə yayılır və
hüceyrə membranının
axıcılığını qorumağa kömək edir.
Və üçüncüsü zülaldır və
zülallar demək olar ki, bütün
zəruri hüceyrə membranı
funksiyalarını yerinə yetirirlər.
Və bütün bunlara birlikdə
maye mozaika modeli deyirik,
çünki hüceyrə membranımız
çoxlu müxtəlif
şeylərdən əmələ gəlib və bu
müxtəlif
şeylər həmişə ətrafda
maye kimi hərəkət edirlər.