1,501 ifadəsini faizə çevirək. Başqa sözlə desək, bu ifadəni məxrəci 100 olan kəsr kimi yazmalıyıq. Həllə başlayaq:bu ifadəni 1,501/1 kimi yaza bilərik. Bu zaman onun qiyməti dəyişmir. İndi isə bu ifadəni 100/100-ə vuraq. İfadənin qiyməti yenə də dəyişməyəcək. Bu, ədədi 1-ə vurmağa bərabərdir. Sadəcə olaraq ifadənin yazılış formasını dəyişmiş oluruq. Məxrəcdə 1 vur 100 alınacaq. Bu çox asandır. Cavab 100-dür. Surətdə isə 1,501 vur 100 alınacaq. Bu qiyməti 10-a vurduqda, vergül işarəsini bir vahid sağa köçürürük. Bunu 100-ə vurmalı olduğumuz üçün bir daha 10-a vurmalıyıq. Deməli, vergül işarəsini 2 vahid sağa köçürməliyik. İfadəni 2 dəfə 10-a, və ya 100-ə vururuq. Bu 10-a vurmadır. Bu isə 100-ə vurmadır. Vergülü işarəsi burada olmalıdır. Cavabda 150,1 alınır. 1,501 ifadəsini 150,1/100 kimi yaza bilərik. 150,1/100. Gəlin yazaq. 150,1/100 150,1%-ə bərabərdir. Vəssalam. Bu prosesi sadələşdirmək üçün bu ifadəni 100-ə vururuq. Cavabda 150,1 alınır. Daha sonra yanına % işarəsi əlavə edə bilərik. Faiz sözünü və ya % işarəsini yazmağı unutmayın.