1,501 ifadəsini faizə çevirək.
Başqa sözlə desək, bu ifadəni
məxrəci 100 olan
kəsr kimi yazmalıyıq.
Həllə başlayaq:bu ifadəni
1,501/1 kimi yaza bilərik.
Bu zaman onun qiyməti dəyişmir.
İndi isə bu ifadəni 100/100-ə vuraq.
İfadənin qiyməti yenə də dəyişməyəcək.
Bu, ədədi 1-ə vurmağa bərabərdir.
Sadəcə olaraq ifadənin yazılış formasını
dəyişmiş oluruq.
Məxrəcdə 1 vur 100 alınacaq.
Bu çox asandır.
Cavab 100-dür.
Surətdə isə
1,501 vur 100 alınacaq.
Bu qiyməti 10-a vurduqda,
vergül işarəsini
bir vahid sağa köçürürük.
Bunu 100-ə vurmalı olduğumuz üçün
bir daha 10-a vurmalıyıq.
Deməli, vergül işarəsini
2 vahid sağa
köçürməliyik.
İfadəni 2 dəfə 10-a,
və ya 100-ə vururuq.
Bu 10-a vurmadır.
Bu isə 100-ə vurmadır.
Vergülü işarəsi burada olmalıdır.
Cavabda 150,1 alınır.
1,501 ifadəsini 150,1/100 kimi yaza bilərik.
150,1/100.
Gəlin yazaq.
150,1/100
150,1%-ə bərabərdir.
Vəssalam.
Bu prosesi sadələşdirmək üçün
bu ifadəni 100-ə vururuq.
Cavabda 150,1 alınır.
Daha sonra yanına % işarəsi
əlavə edə bilərik.
Faiz sözünü və ya % işarəsini
yazmağı unutmayın.