Videoda etmək istədiyim şey, iki
zülalın ATF ilə birllikdə
həqiqətən mexaniki hərəkət yaratmaq üçün
bir-biri ilə necə
qarşılıqlı təsirdə ola biləcəyini başa
düşməkdir.
Bunu etmək istəməyimin səbəbi--
birincisi, bu əzələ hüceyrələrinin
xaricində də baş verir, lakin bu
həqiqətən,
əzələlərin necə işləməsi haqqında ilk
video olacaq.
Və sonra biz sinirlərin əslində əzələləri
işləmək üçün necə
stimullaşdırdığından
danışacağıq.
Yəni hər şey, bu video üzərində qurulacaq.
Burada etdiyim şey vikipediyadan
iki zülal şəklini
kopyalayıb, köçürtməkdir.
Bu miozindir.
Əslində miozin II-dir, çünki , iki
miozin zülalı zəncirinə sahibsiniz.
Bir-biri ilə iç-içədirlər, beləliklə, bu
haqda danışmaq
istəsəniz bunun
çox mürəkkəb zülal və ya enzim
olduğunu
görə bilərsiniz.
Bunun nə üçün enzim
adlandırıldığını
deyəcəm--çünki o ATF-in ADF və fosfat
qrupuna çevrilməsinə təkan verir.
Yəni buna görə ATFaza adlanır.
Bu ATFaza fermentlərinin alt sinifidir.
Buradakı aktindir.
Bu videoda görəcəyimiz şey, miozinin
mahiyyətcə, sürünmək
üçün ATF-dən necə istifadə etməsidir.
Buna bir aktin ipi kimi baxa bilərsiniz,
mexaniki enerjini də yaradan budur.
Gəlin, bunu çəkim.
Bunu buradakı aktin üzərində çəkəcəyəm.
Deyək ki, bizdə bu miozin başcıqlarından
biri var.
Miozin başcığı dedikdə, o buradakı
miozin
başcıqlarından biridir, sonra
onlar bir-birilə birləşir,
iç-içə keçir və dolanır.
Bu digəridir və bu
şəkildə geri dönür.
Indi deyək ki, bu miozinin
başcıqlarından biri ilə məşğul oluruq.
Deyək ki, bu vəziyyətdədir.
Görüm, onu nə qədər yaxşı çəkə bilərəm.
Deyək ki, buna bənzər bir vəziyyətdə
başlayır və bu başqa bir quruluşa bağlanan
quyruq hissəsidir , biz bu barədə daha
ətraflı danışacağıq, amma buradakı başlanğıc
vəziyyətdə, heç bir iş görməyən
miozinin başcığıdır.
Indi ATF tək gəlib bu miozin başcığı, bu
enzim,
bu zülal, bu ATFaza ilə birləşə bilər.
Gəlin, bir neçə ATF çəkim.
ATF tək gəlir və buraadakı adama birləşir.
Deyək ki, bu --
bu zülalla müqayisədə
o qədər də böyük olmayacaq, bu
yalnız sizdə
təsəvvür yaratmaq üçündür.
ATF bu enzim və ya zülal üzərindəki uyğun
yerə, yəni enzimə
birləşən kimi, o aktindən ayrılır.
Gəlin, bunu yazım.
ATF miozinin başcığına bağlanır, bu baş verən
kimi miozin aktini sərbəst buraxır.
Bu birinci addımdır.
Buna görə, bu adamın aktinə
toxunması ilə başlayıram,
ATF gəlir və aktin sərbəst buraxılır.
Növbəti addımda-- yəni bu addımdan sonra
belə bir şey görünəcək--
və onu eyni yerdə çəkmək istəyirəm.
Növbəti addımdan sonra o
belə görünəcək.
O sərbəst buraxılacaq.
Ona hələdə ATF bağlı olduğundan,
o buna bənzər görünür.
Mən eyni şeyi yazmağa davam edərkən
bir az qarışıqlıq ola biləcəyini bilirəm,
ancaq,yenə təkrarlayıram
aktinə bağlı ATF-iz var.
İndi, növbəti addım - ATF-dən hidroliz
olunaraq, fosfatın
qoparılmasıdır.
Bu ATFaza fermentidir.
Bu onun
funksiyasıdır.
Gəlin, bunu yazım.
Onun etdiyi, miozin zülalını
yüksək enerji vəziyyətinə
gətirmək üçün enerjini sərbəst
buraxmasıdır.
Gəlin, ikinci addıma keçim.
Bu şeylər-- bu hidroliz olunur.
Enerjini ayırır.
ATF-in bioloji sistemlərin enerji
məzənnəsi olduğunu bilirik. O
enerji ayırır.
Mən onu bir az qığılcım və ya
partlayış kimi çəkirəm,
lakin, siz onun konformasiyanı
dəyişdiyi kimi təsəvvür edin,
bir növ zülalı yay kimi dartaraq elə
vəziyyətə gətirir ki, miozin
boyunca sürünməyə
hazır olurlar.
Buna görə ikinci addımda-- üstəgəl enerji,
enerji və sonra bu--
miozin zülalını və ya fermenti yüksək
enerjiyə qaldırdığını deyə bilərsiniz.
Siz bunu, yayı burmaq və ya buraxmaq kimi
təsəvvür edə bilərsiniz.
Zülallar üçün konformasiya
yalnız forma deməkdir.
Beləliklə, ikinci addım-- nə baş verir,
deməli fosfat qrupu--
onlar hələdə birləşikdirlər,
ancaq ATF-in qalan
hissəsindən ayrılırlar.
Beləliklə ADF yaranır,
enerji konformasiyanı dəyişdirir,
bu zülal indi buna bənzər bir
vəziyyətə gəlir.
Beləcə, ikinci addımın sonunda
gəldiyimiz yer buradır.
Gəlin, bunu düz etdiymdən əmin olum.
İkinci addımın sonunda o
buna bənzər
bir şey olur.
İkinci addımın sonunda
zülal belə görünür.
Bu onun hazır vəziyyətə
gətirilmiş halıdır.
Hazırda çox enerjisi var.
O, bu vəziyyətdə burulmuşdur.
Hələ də ADF-miz var.
Siz hələdə sahibsiniz--bu sizin
adenozininizdir və deyək ki,
ADF -də iki fosfat qrupunuz və
burada hələdə bir fosfat qrupunuz var.
Bu qruplar ayrılanda--qoyun bunu
üçüncü addım kimi yazım.
Başlanğıcda burada
sadəcə oturduğumuzu unutmayın.
Birinci addımda ATF birləşir--
əslində o həqiqətən birləşir,
birinci addımın sonunda bu miozin
zülalının ayrılmasına
səbəb olur.
Birinci addımdan sonra təbii olaraq
ikinci addım gəlir.
ATF, ADF- fosfata hidroliz edilir.
Bu enerjini ayırır və miozin zülalının
yüksək enerjili vəziyyət gətirilməsini
təmin edir və siz bunu bir növ özünü aktin
filamentimizin növbəti pilləsinə
birləşdirməsi kimi
təsəvvür edə bilərsiniz.
İndi yüksək enerji vəziyyətindəyik.
Üçüncü addımda fosfat ayrılır.
Fosfat üçüncü addımda miozindən ayrılır.
Buradakı üçüncü addımdır.
Bu ayrılmağa başlayan fosfat qrupudur.
Bunun etdiyi şey, bu hazır vəziyyətin
enerjisini ayırmaqdır ki,
bu da miozin zülalının
aktini itələməsinə təkan verir.
Mühərrikdə buna güc vuruşu deyilir.
Bunlar mexaniki hərəkətə səbəb
olurlar.
Deməli, fosfat qrupu həqiqətən
ayrıldıqda--
yadda saxla, əsl ayrılma ATF-i
bir fosfatda ADF-yə almağınızdır.
Onu dartılmış yay vəziyyətinə gətirir.
Fosfat onu ayırdıqda, yay açılır.
Və nəticədə, o aktin filamenti üzərində
itələnir.
Buna güc vuruşu kimi baxa bilərsiniz.
Əslində, biz, mexaniki enerji
yaratmış oluruq.
Nəyi sabit olaraq görmək istədiyinizdən
asılı olaraq--
aktini sabit görsəz, miozinə birləşənlər
sola doğru hərəkət edərlər.
Miozinin sabitləşdiyini
düşündüyünüzdə isə,
birləşənlər sağa doğru,
əks istiqamətdə hərəkət edəcəkdirlər.
Lakin, əzələ hərəkətini təməl
aldığımız yer buradadır.
Dördüncü addımda--
sərbəst buraxılan ADF var.
Aktin molekulunda sola doğru
bir addım irəlidə
olmağımız istisna olmaqla, tam olaraq
addım
atmadan əvvəl olduğumuz yerdəyik.
Mənə görə, bu çox maraqlıdır.
Əslində ATF enerjisinin necə istifadə
oluna biləcəyini görürük--
ATF-də kimyəvi enerjidən
və ya rabitə enerjisindən
mexaniki enerjiyə keçirik.
Bu mənim üçün təəccüblüdür, çünki ilk dəfə
ATF haqqında məlumat əldə etdiyim zaman--
insanlar, ATF-dən, hüceyrələrimizdəki
hər şeyi etmək və
əzələlərinizi yığmaq üçün
istifadə etdiyimizi söyləyirdilər.
Deməli, rabitə enerjisindən həqiqətən
bir şeyləri yığmağa,
gündəlik dünyamızda mexaniki enerji
olaraq gördüyümüz şeyi
həqiqətən necə edə bilərik?
Və bu, hər şeyin baş verdiyi yerdir.
Bu, burada baş verən əsas məsələdir.
Və düşünə bilərsiniz ki, bu şey formasını
və bütün bunları necə dəyişdirir?
Və yadınızda saxlamalısınız ki, bu zülallar.
onlarla əlaqəli olan və olmayan şeylərdən
asılı olaraq formalarını dəyişirlər.
Və bu formalardan bəzilərinə nail olmaq
üçün daha çox enerji lazımdır
və sonra lazım olanı etsəniz,
o enerji ayrıla bilər
və sonra başqa bir zülalı itələyə bilər.
Fikrimcə, bu çox möhtəşəmdir.
Artıq, əzələlərin necə işlədiyini başa
düşmək üçün
bu aktin və miozin qarşılıqlı təsirindən
bir şeylər qura bilərik