Bu videoda qrafik kalkulyatordan istifadəni öyrənəcəyik. Digər qrafik kalkulyatorlardan istifadə etsəniz də cavablar oxşar olacaq, həndəsi təsadüfi dəyişənləri tapacağıq. Bu hal verilib. Kral olana qədər kart çəkirəm. Bu, həndəsi təsadüfi dəyişəndir və burada önəmli hissə mötərizədə verilib, kral olmadıqda kartı dəyişir. Bu çox vacibdir, başqa videolarda da danışmışdıq, çünki hər dəfəsində uğurlu olma ehtimalı dəyişmir. Biz təsadüfi dəyişən x təyin edə bilərik, bu, həndəsi təsadüfi dəyişən olaraq, kral olana qədər çəkilən kartların sayına bərabər olacaq. Kral olmadıqda kartları dəyişirik. Bu həndəsi təsadüfi dəyişən üçün hər sınaqda uğurlu olma ehtimalı neçədir? Həndəsi təsadüfi dəyişən üçün şərtləri xatırlayaq, hər sınaqda uğurlu olma ehtimalı dəyişmir. Burada 52 kartdan 4-ü kral şəkilli kartdır, bu da 1 böl 13 deməkdir. Birinci sualda deyilir ki, 5 kart çəkdikdə ehtimal neçə olur? Bu halda həndəsi təsadüfi dəyişən x 5-ə bərabər olur və bunu həll edə bilərik, burada önəmli olan kalkulyatoru necə istifadə etməkdir, buradakı funksiya həndəsi ehtimalın paylanması funksiyası adlanır, hər sınaq üçün bunu yoxlayırıq, təsadüfi dəyişənin qiyməti burada 5 olacaq. Əgər imtahanda iştirak edirsinizsə, kalkulyator çox faydalıdır, statistika imtahanında bunu işlədə bilərsiniz. Bunu işlədərkən diqqət edin ki, buradakı P-dir, bu isə 5-dir, sizə verilən məlumatdır, burada yazılıb. Gəlin baxaq necə işləyir, görək ehtimal nəyə bərabərdir. Kalkulyator əlimizdədir və funksiyanı və parametrləri hesablayaq. Bu funksiyanı tapmaq üçün bu düyməyə basırıq və burada da vars düyməsinə basırıq. Bura basırıq və aşağı düşüb bu düyməyə basırıq, burada da Enter -ə basırıq. P qiyməti ehtimalı göstərir, 13-də 1-ə bərabərdir, indi isə 5 kartı çəkdikdə bu ehtimalı hesablayaq. Enter düyməsinə basırıq. Budur, cavab 0,056 edir. Təqribən 0,056 olur. Gəlin başqa suala baxaq, 10-dan az kart çəkdikdə ehtimal neçə olur? Bu ehtimalda x 10-dan azdır, yəni x 9-a bərabər və ya ondan kiçikdir. x bərabərdir 1 üstəgəl x bərabər 2-nin ehtimalı üstəgəl 9-a qədər davam edir. Bu funksiyadan istifadə etsək belə bu uzun müddət çəkəcək. Lakin burada başqa paylanma funksiyası daha var. Növbəti sual üçün yer açaq. Bu funksiya kumulyativ paylanma funskiyasıdır, bura ehtimalı yazırıq, 9-a qədər daxil edirik. Kalkulyatordan istifadə edək. Bu düyməyə basırıq, burada da kumulyativ paylanma funksiyası var, enter düyməsinə basırıq, istənilən sınaq üçün ehtimal 13-də 1-dir. 9-u daxil edirik və Enter düyməsinə basırıq. Budur, cavab 51,3 faiz və ya 0,513 olur. Təqribən 0,513 olacaq. Birini daha edək. 12 kartdan çox seçdikdə ehtimal neçə olacaq? Videonu dayandırıb özünüz etməyə çalışın, mənim etdiyim kimi. Burada x üçün ehtimal 12-dən böyük olur, yəni 1 çıx x-in 12-dən kiçik olması ehtimalı. Burada kumulyativ paylanma funksiyasından istifadə edirik, 1 çıx 1 böl 13-ün kumulyativ funksiyasını tapaq, 12-ni də daxil edirik. Bu nəyə bərabər olacaq? Bu düyməəyə basaq, funksiya buradadır. Enter düyməsinə basaq, hər sınaq üçün ehtimal 13-də 1-dir, 12-yə qədər kumulyativ də daxil edək. Enter düyməsinə basaq, lakin bunu 1-dən çıxmalı idik, 1 çıx bu düyməni basırıq, 1 çıx qiyməti tapacaq, o da 38,3 faiz olur və ya 0,383. Bu, təqribən 0,383-ə bərabər olur, həll etdik.