Əvvəlki videolarda 1922-ci ilin oktyabr ayında yüz minlərlə faşistin Romaya yürüş etməsindən bəhs etdik. Bu, kralın Benito Mussolinini hakimiyyətə gətirməyinə səbəb olur. Bu şəkil Romaya yürüşdən sonra Mussolini hakimiyyətə gətirilərkən çəkilib. Mussolini sadəcə Baş Nazir təyin edilmir, həm də ona bir il müddətində diktator səlahiyyətləri verilir. Bu səlahiyyətlər hərbiləşdirilmiş faşist təşkilatı olan Qara Köynəklilər tərəfindən dəstəklənir. Mussolini öz səlahiyyətlərindən və gücündən istifadə edərək növbəti bir neçə il ərzində də hakimiyyətdə qalmağa və gücünü qorumağa çalışır. 1923-cü ildə Qara Köynəklilər rəsmi olaraq milli milis dəstəsi elan edilir, daha dəqiq desək, milli təhlükəsizlik qurumunun könüllü dəstəsi elan edilir. İtalyan dilində bunun qısaltması MVSN kimidir. Qara Köynəklilər MVSN-ə çevrilir. O, parlamenti və ya qanunverici qüvvəni ələ keçirir və Akerbo Qanununun qəbul edilməsini təmin edir. ... ... Bu, maraqlı məqamdır. Çünki bu qanuna əsasən, hansı partiya çoxluq təşkil edirsə, hansı partiya daha böyük partiya hesab edilirsə, 25%-dən çox səs yığma şərti ilə parlamentdəki yerlərin 2/3 hissəsi həmin partiyaya veriləcək. Bu, bir qədər qəribə bir sistemdir. Fərz edin ki, siz ən böyük partiyanın üzvüsünüz və 26% səs toplayırsınız, sizin idarəetmə üçün hələ də kifayət qədər yeriniz olmayacaq. İstədiyiniz idarəetmə gücünü əldə etmək üçün digər partiyalarla ittifaq yaratmalısınız. Bu, o deməkdir ki, mütləq çoxluq olmadan ən çox səs toplayan partiyalar qiyabi çoxluğa çevrilir. Faşistlər niyə bunun baş verməyini istəyirdilər? Onlar bilirdi ki, xalqın dəstəyi və ya Qara Köynəklilərin hədə-qorxu siyasəti nəticəsində 25% səs toplaya biləcək, bununla da qanunverici orqanda daha güclü nəzarətə sahib olacaqlar. Burada belə bir sual yaranır: qanunverici orqan buna niyə icazə verir? Çünki həmin məqamda faşistlər dominant partiya deyildi. Qanunverici orqanda çoxluq təşkil etmirdi. Onlar qanunverici orqanda çoxluq təşkil etmək üçün bu qanunu qəbul etmək istəyirdi. ... ... Bəziləri insanların faşistlərə çox rəğbət bəslədiyini hesab edirdi. Onlar Mussoliniyə rəğbət bəsləyirdi. İnsanlar güclü lider arzusunda idi. Onlar koalisiya hökumətini istəmirdilər. Onlar hərəkətə keçəcək hökumət tələb edirdi. Digər tərəfdə, səsvermə baş verdiyi zaman otaqda Qara Köynəklilər də var idi. Burada onların qorxutma, hədə - qorxu siyasəti də böyük rol oynayır. Akerbo qanunu qəbul edilir. ... 1924-cü ildə səsvermədə səslərin 2/3 hissəsi faşistlərin lehinə olur. ... İtaliyadakıların çoxu bu seçkilərin saxta olduğuna inanırlar. Onlar hesab edir ki, faşistlərin bu qədər çox səs toplamağının səbəbi xalqı qorxutmaqlarıdır. Onlar seçkilərdə saxtakarlıq edə bilirlər. Onlar digər səsləri silə bildilər, faşistlərin hakimiyyətə gəlmək üçün istifadə etdiyi taktikaları tənqid edən şəxslərdən biri Giacomo Matteotti idi. O, faşistlər haqqında kitab yazmışdı. Onun Deputatlar Palatasında korrupsiya və faşistlərin zorakılığı haqqında danışdığı iki məşhur nitqi var. Həmin çıxışlarından bir neçə gün sonra o, Qara Köynəklilər tərəfindən öldürülür. O, Qara Köynəklilər tərəfindən vəhşicəsinə qətlə yetirilir və bu vəziyyət Mussolininin bir qədər sıxışdırılmasına səbəb olur. O, fikirlərini bəyənmədiyi insanları öldürən bir quldur kimi görünmək istəmirdi. Mussolininin bu işə qarışdığına aid dəqiq bir sübut yoxdur, həmin qətl onun dəstəkçiləri tərəfindən yerinə yetirilmişdi. Matteotinin öldürülməsinə etiraz etmək üçün bütün sosialist partiyası parlamenti boykot edir. Bu hadisə tarixdə 20-ci əsr Aventin Ayrılması kimi bilinir. Aventin Ayrılması. Bunun Aventin Ayrılması adlandırılmağının səbəbi odur ki, 2500 il əvvəl qədim Roma dövründə plebeylər sərt idarəçiliyə etiraz olaraq ayrılır və Aventin təpəsinə gedirlər. ... Sosialistlər ümid edirdi ki, parlamentin boykot edilməsi kralın Benito Mussolinidən qurtulmağa məcbur edə bilərdi. Mussolini çətin vəziyyətdə qalmışdı. O, nə etməli olduğunu bilmirdi. Bunlardan əlavə Qara Köynəklilər bildirmişdi ki, əgər Mussolini vəziyyətə nəzarət etməsə, güclü idarəçi olmasa, onlar bunu Mussolini olmadan edəcəklər. Onlar Mussolinini onu devirməklə hədələyirdilər. 1925-ci ilin əvvəlində Mussolini məşhur Yanvar nitqini səsləndirdi. 1925-ci il, məşhur Yanvar nitqi. Bu, onun mütləq diktaturasının rəsmi başlanğıcı hesab edilir. Kral Mussolininin hakimiyyətinə xitam vermədiyi üçün Aventin Ayrılması Mussolininin gücünü zəiflətmək əvəzinə, onun gücünü daha da artırır. O, bundan bəhanə kimi istifadə etdi. O, digər deputatların parlamentə gəlməməyindən bəhanə kimi istifadə edərək, onların öz yerlərindən imtina etdiyini iddia edib, İtalyan Sosialist Partiyasını ləğv etdi. Yenidən Qara Köynəklilərlə birləşdi, onların məsuliyyətini öz üzərinə götürdü. Mussolini Matteottinin qətlində heç bir əlaqəsi olmadığını iddia edir, sadəcə Qara Köynəklilərin məsuliyyətini üzərinə götürürdü. O, klassik Mussolini üslubundan istifadə edərək, insanları güc və zorakılığın italyan xalqını sabitliklə təmin edəcəyinə inandırmağa çalışırdı. Onun yaxşı natiqlik qabiliyyəti var idi. ... Bu, ona istədiyi nəzarəti əldə etməyə kömək edir. 1925-ci ilin sonlarında Milad bayramı ərəfəsi qanununa əsasən Mussolini hakimiyyətinə heç bir məhdudiyyət gətirilmir. 1926-cı ildə Mussolininin rəhbərlik etdiyi faşistlər İtaliyada mütləq gücü, nəzarəti ələ keçirirlər. 1926-cı ildə onlar digər partiyaların fəaliyyətinə qadağa qoyur. Digər partiyalar ləğv edilir. Onlar idarəetmədə və ya hər hansı bir qurumda iştirak etmək istəyən insanları faşist partiyasına üzv olmağa məcbur edirlər. Onlar mətbuata nəzarəti ələ keçirirlər. Güclü bir polis təşkilatı yaratmağa başlayırlar. Bütün bunların nasistlərin etdikləri ilə oxşar olmağı təsadüf deyil. Hitler Mussolininin pərəstişkarı idi. Mussolininin Romaya yürüşündən təsirlənən Hitler 1923-cü ildə "Pivə Qiyamına" cəhd edir. Mussolininin hakimiyyətə gəlmək üçün istifadə etdiyi taktikalardan 7 il sonra Hitlerin də istifadə etdiyini görəcəksiniz.