Əvvəlki videolarda 1922-ci ilin
oktyabr ayında yüz minlərlə faşistin
Romaya yürüş etməsindən bəhs etdik.
Bu, kralın Benito Mussolinini hakimiyyətə
gətirməyinə səbəb olur.
Bu şəkil Romaya yürüşdən sonra
Mussolini hakimiyyətə gətirilərkən çəkilib.
Mussolini sadəcə Baş Nazir təyin edilmir,
həm də ona bir il müddətində
diktator səlahiyyətləri verilir.
Bu səlahiyyətlər
hərbiləşdirilmiş faşist təşkilatı olan
Qara Köynəklilər tərəfindən dəstəklənir.
Mussolini öz səlahiyyətlərindən və
gücündən istifadə edərək növbəti bir neçə il
ərzində də hakimiyyətdə qalmağa və gücünü
qorumağa çalışır.
1923-cü ildə Qara Köynəklilər
rəsmi olaraq milli milis dəstəsi elan edilir,
daha dəqiq desək, milli təhlükəsizlik
qurumunun könüllü dəstəsi elan edilir.
İtalyan dilində bunun qısaltması MVSN kimidir.
Qara Köynəklilər
MVSN-ə çevrilir.
O, parlamenti və ya qanunverici qüvvəni
ələ keçirir və Akerbo Qanununun qəbul edilməsini
təmin edir.
...
...
Bu, maraqlı məqamdır.
Çünki bu qanuna əsasən,
hansı partiya çoxluq təşkil edirsə,
hansı partiya daha böyük
partiya hesab edilirsə,
25%-dən çox səs yığma şərti ilə
parlamentdəki yerlərin 2/3 hissəsi
həmin partiyaya veriləcək.
Bu, bir qədər qəribə bir
sistemdir.
Fərz edin ki, siz ən böyük partiyanın
üzvüsünüz və
26% səs toplayırsınız, sizin idarəetmə üçün
hələ də kifayət qədər yeriniz olmayacaq.
İstədiyiniz idarəetmə gücünü
əldə etmək üçün digər partiyalarla
ittifaq yaratmalısınız.
Bu, o deməkdir ki,
mütləq çoxluq olmadan ən çox səs
toplayan partiyalar qiyabi
çoxluğa çevrilir.
Faşistlər niyə bunun baş verməyini
istəyirdilər?
Onlar bilirdi ki, xalqın dəstəyi və ya
Qara Köynəklilərin hədə-qorxu siyasəti
nəticəsində 25% səs toplaya biləcək,
bununla da qanunverici orqanda
daha güclü nəzarətə sahib olacaqlar.
Burada belə bir sual yaranır:
qanunverici orqan buna niyə icazə verir?
Çünki həmin məqamda faşistlər
dominant partiya deyildi.
Qanunverici orqanda çoxluq təşkil etmirdi.
Onlar qanunverici orqanda çoxluq təşkil etmək üçün
bu qanunu qəbul etmək istəyirdi.
...
...
Bəziləri insanların faşistlərə çox
rəğbət bəslədiyini hesab edirdi.
Onlar Mussoliniyə rəğbət bəsləyirdi.
İnsanlar güclü lider arzusunda idi.
Onlar koalisiya hökumətini istəmirdilər.
Onlar hərəkətə keçəcək hökumət
tələb edirdi.
Digər tərəfdə, səsvermə baş verdiyi zaman
otaqda Qara Köynəklilər də var idi.
Burada onların qorxutma, hədə - qorxu
siyasəti də böyük rol oynayır.
Akerbo qanunu qəbul edilir.
...
1924-cü ildə səsvermədə
səslərin 2/3 hissəsi faşistlərin lehinə olur.
...
İtaliyadakıların çoxu bu seçkilərin
saxta olduğuna inanırlar.
Onlar hesab edir ki, faşistlərin
bu qədər çox səs toplamağının səbəbi
xalqı qorxutmaqlarıdır.
Onlar seçkilərdə saxtakarlıq edə bilirlər.
Onlar digər səsləri silə bildilər,
faşistlərin hakimiyyətə gəlmək üçün
istifadə etdiyi taktikaları tənqid edən
şəxslərdən biri
Giacomo Matteotti idi.
O, faşistlər haqqında kitab yazmışdı.
Onun Deputatlar Palatasında
korrupsiya və
faşistlərin zorakılığı haqqında
danışdığı iki məşhur
nitqi var.
Həmin çıxışlarından bir neçə gün sonra
o, Qara Köynəklilər tərəfindən öldürülür.
O, Qara Köynəklilər tərəfindən
vəhşicəsinə qətlə yetirilir və
bu vəziyyət Mussolininin bir qədər
sıxışdırılmasına səbəb olur.
O, fikirlərini bəyənmədiyi insanları öldürən
bir quldur kimi görünmək istəmirdi.
Mussolininin bu işə qarışdığına aid
dəqiq bir sübut yoxdur, həmin qətl
onun dəstəkçiləri tərəfindən yerinə yetirilmişdi.
Matteotinin öldürülməsinə etiraz etmək üçün
bütün sosialist partiyası
parlamenti boykot edir.
Bu hadisə tarixdə 20-ci əsr
Aventin Ayrılması kimi bilinir.
Aventin Ayrılması.
Bunun Aventin Ayrılması adlandırılmağının
səbəbi odur ki,
2500 il əvvəl qədim Roma dövründə
plebeylər sərt idarəçiliyə etiraz olaraq ayrılır və
Aventin təpəsinə gedirlər.
...
Sosialistlər ümid edirdi ki,
parlamentin boykot edilməsi
kralın Benito Mussolinidən qurtulmağa
məcbur edə bilərdi.
Mussolini çətin vəziyyətdə qalmışdı.
O, nə etməli olduğunu bilmirdi.
Bunlardan əlavə Qara Köynəklilər
bildirmişdi ki,
əgər Mussolini vəziyyətə nəzarət etməsə,
güclü idarəçi olmasa,
onlar bunu Mussolini olmadan edəcəklər.
Onlar Mussolinini onu devirməklə hədələyirdilər.
1925-ci ilin əvvəlində Mussolini məşhur
Yanvar nitqini səsləndirdi.
1925-ci il, məşhur Yanvar nitqi.
Bu, onun mütləq diktaturasının
rəsmi başlanğıcı hesab edilir.
Kral Mussolininin hakimiyyətinə xitam vermədiyi
üçün
Aventin Ayrılması Mussolininin
gücünü zəiflətmək əvəzinə,
onun gücünü daha da artırır.
O, bundan bəhanə kimi istifadə etdi.
O, digər deputatların parlamentə gəlməməyindən
bəhanə kimi istifadə edərək,
onların öz yerlərindən imtina etdiyini iddia edib,
İtalyan Sosialist Partiyasını ləğv etdi.
Yenidən Qara Köynəklilərlə birləşdi,
onların məsuliyyətini öz üzərinə götürdü.
Mussolini Matteottinin qətlində
heç bir əlaqəsi olmadığını iddia edir,
sadəcə Qara Köynəklilərin məsuliyyətini
üzərinə götürürdü.
O, klassik Mussolini üslubundan istifadə edərək,
insanları güc və zorakılığın italyan xalqını
sabitliklə təmin edəcəyinə inandırmağa çalışırdı.
Onun yaxşı natiqlik qabiliyyəti var idi.
...
Bu, ona istədiyi nəzarəti əldə etməyə
kömək edir.
1925-ci ilin sonlarında Milad bayramı ərəfəsi
qanununa əsasən Mussolini hakimiyyətinə
heç bir məhdudiyyət gətirilmir.
1926-cı ildə
Mussolininin rəhbərlik etdiyi faşistlər
İtaliyada mütləq gücü, nəzarəti ələ keçirirlər.
1926-cı ildə onlar digər partiyaların
fəaliyyətinə qadağa qoyur.
Digər partiyalar ləğv edilir.
Onlar idarəetmədə və ya hər hansı bir qurumda
iştirak etmək istəyən insanları
faşist partiyasına üzv olmağa məcbur edirlər.
Onlar mətbuata nəzarəti ələ keçirirlər.
Güclü bir polis təşkilatı
yaratmağa başlayırlar.
Bütün bunların nasistlərin
etdikləri ilə oxşar olmağı
təsadüf deyil.
Hitler Mussolininin pərəstişkarı idi.
Mussolininin Romaya yürüşündən təsirlənən
Hitler
1923-cü ildə "Pivə Qiyamına" cəhd edir.
Mussolininin hakimiyyətə gəlmək üçün
istifadə etdiyi taktikalardan
7 il sonra Hitlerin də istifadə etdiyini
görəcəksiniz.