Əvvəlki videoda, reaksiyanı anlamaq üçün bu cür zərrəcik modellərindən istifadə etdik. Hətta təkcə reaksiyanı anlamaq üçün yox, kimyəvi reaksiyanı balanslaşdırmaq üçün də istifadə etdik. Bu maddələri çəkərkən zərrəcik modelindəki atomların ölçüsünün onların həqiqi ölçülərinə yaxın olmalarına çalışmışdıq. Məsələn, karbon atomu oksigendən bir az böyük olsa da, onların hər ikisi birlikdə hidrogendən çox böyükdür. Bu videoda zərrəcik modellərindən istifadə edərək, reaktiv molekulların qarışığında əslində nələrin olduğunu bilmək üçün bir sıra üsullar öyrənəcəyik. Sol tərəfdə müxtəlif növ molekullar var. Burada 2 metan və 3 su molekulu var. İstəyirəm ki, reaksiyadan sonra burada nə qalacağını təxmin edəsiniz. Təklif edirəm ki, həmişə olduğu kimi, videonu dayandırıb bir yerə qeyd edəsiniz, ya da sadəcə özünüz düşünərək tapmağa çalışın. İndi isə birlikdə baxaq. Bilirik ki, hər metan bir su molekulu ilə birləşib bir karbon-monooksid və 3 molekulyar hidrogen yaradır, hidrogen molekullarının hər birində 2 hidrogen var. Deyək ki, bununla bu reaksiyaya girəcək və 1 karbon-monooksid yaranacaq bunu real ölçülərinə uyğun çəkməyə çalışaq. 1 karbon-monooksid. Sonra isə 6 hidrogen atomu, yəni 3 hidrogen molekulu yaranacaq bu iki...bu dörd.. birini də burada çəkək bu da 6. Əvvəlcə bununla bunu götürmüşdük indi isə fərz edək ki, bu su molekulu ilə bu metan reaksiyaya girərək başqa bir karbon-monooksidi yaradacaq. Gəlin təxminən eyni ölçüdə çəkməyə çalışaq. Digər karbon-monooksid və daha 3 hidrogen molekulu yəni 6 hidrogen daha... 1..2.. və üçüncüsü burada bir su molekulu qalıb, amma onunla reaksiya girməyə heç nə qalmayıb bunu etmək üçün ortağı yoxdur.. Belə ki, bu artıq qalan reaktiv molekul olacaq. Bunu da buradan çəkim. Beləliklə, su da tam olaraq, burada qalacaq. Burada baş verənləri təsəvvür etmək üçün ən uyğun üsul budur. Yadda saxlayın ki, bu yüksək temperaturda baş verir. Onlar ətrafda dövr edir və s. Onlar reaksiyaya girəndə bunlar alınır, amma bu su molekulu heç nə ilə reaksiyaya girə bilmədiyinə görə reaksiyadan sonra artıq kimi qalır.