Əvvəlki videoda, reaksiyanı anlamaq üçün bu cür xüsusi modellərdən istifadə etdik. Hətta təkcə reaksiyanı anlamaq üçün yox, kimyəvi reaksiyanı balanslaşdırmaq üçün istifadə etdik. Bu maddələri çəkərkən xüsusi modeldəki atomların ölçüsünün onların həqiqi ölçülərinə yaxın olmalarına çalışdıq. Məsələn, karbon atomu oksigendən bir az lakin onların hər ikisi birlikdə hidrogendən çox böyükdür. Bu videoda bu hissəcik modellərdən istifadədə anlayışını artıracağıq. Yəni, bu ilkin molekulların qarışığında nə baş verdiyini təsəvvür etməyə başlayacağıq. Sol tərəfdə müxtəlif molekullar var 2 metan və 3 su molekulu var. İstəyirəm ki, reaksiyadan sonra burada nə qalacağını təxmin edəsiniz. Təklif edirəm ki, həmişə olduğu kimi, videonu dayandırıb bir yerə qeyd edəsiniz, ya da sadəcə özünüz düşünüb tapmağa çalışın. İndi isə birlikdə baxaq. Bilirik ki, hər metan bir su molekulu ilə birləşib bir karbon-monooksid və 3 molekulyar hidrogen yaradır, hidrogen molekullarının hər birində 2 hidrogen var. Deyək ki, bununla bu reaksiyaya girəcək və 1 karbon-monooksid yaranacaq bunu real ölçülərinə uyğun çəkməyə çalışaq. 1 karbon-monooksid. Sonra isə 6 hidrogen atomu, yəni 3 hidrogen molekulu yaranacaq bu iki...bu dörd.. birini də burada çəkək bu da 6. Əvvəlcə bununla bunu götürmüşdük indi isə fərz edək ki, bu su molekulu ilə bu metan reaksiyaya girərək başqa bir karbon-monooksidi yaradacaqlar. Gəlin təxminən eyni ölçüdə çəkməyə çalışaq. Digər karbon-monooksid və daha 3 hidrogen molekulu yəni 6 hidrogen daha... 1..2.. və üçüncüsü burada bir su molekulu qalıb, amma onunla reaksiya girməyə heç nə qalmayıb partneri yoxdu.. bu ilkin maddə qalıq kimi qalacaq bunu da burada çəkim Beləliklə, su da burada qalacaq burada baş verənləri təsəvvür etmək üçün ən əlverişli yol budur Bunun yüksək temperaturda baş verdiyini unutmayaq. Onlar ətrafa sıçrayır və s. Onlar reaksiyaya girəndə bunlar alınır, amma bu su molekulu heç nə ilə reaksiyaya girə bilmədiyinə görə reaksiyadan sonra qalır