Əvvəlki videoda,
reaksiyanı anlamaq üçün bu cür xüsusi
modellərdən istifadə etdik.
Hətta təkcə reaksiyanı anlamaq üçün yox,
kimyəvi reaksiyanı balanslaşdırmaq üçün
istifadə etdik.
Bu maddələri çəkərkən
xüsusi modeldəki atomların ölçüsünün
onların həqiqi ölçülərinə yaxın
olmalarına çalışdıq.
Məsələn, karbon atomu oksigendən bir az
lakin onların hər ikisi birlikdə
hidrogendən çox böyükdür.
Bu videoda bu hissəcik modellərdən
istifadədə anlayışını artıracağıq.
Yəni, bu ilkin molekulların
qarışığında nə baş verdiyini
təsəvvür etməyə başlayacağıq.
Sol tərəfdə müxtəlif
molekullar var
2 metan və
3 su molekulu var.
İstəyirəm ki, reaksiyadan sonra burada
nə qalacağını təxmin edəsiniz.
Təklif edirəm ki, həmişə olduğu kimi,
videonu dayandırıb
bir yerə qeyd edəsiniz,
ya da sadəcə özünüz düşünüb
tapmağa çalışın.
İndi isə birlikdə baxaq.
Bilirik ki, hər metan bir su molekulu ilə
birləşib bir karbon-monooksid və
3 molekulyar hidrogen yaradır,
hidrogen molekullarının hər birində
2 hidrogen var.
Deyək ki, bununla bu reaksiyaya girəcək
və 1 karbon-monooksid yaranacaq
bunu real ölçülərinə uyğun çəkməyə çalışaq.
1 karbon-monooksid.
Sonra isə 6 hidrogen atomu, yəni
3 hidrogen molekulu yaranacaq
bu iki...bu dörd..
birini də burada çəkək
bu da 6.
Əvvəlcə bununla bunu götürmüşdük
indi isə fərz edək ki, bu su molekulu ilə
bu metan reaksiyaya girərək
başqa bir karbon-monooksidi yaradacaqlar.
Gəlin təxminən eyni ölçüdə
çəkməyə çalışaq.
Digər karbon-monooksid və
daha 3 hidrogen molekulu
yəni 6 hidrogen daha...
1..2..
və üçüncüsü
burada bir su molekulu qalıb, amma onunla
reaksiya girməyə heç nə qalmayıb
partneri yoxdu..
bu ilkin maddə qalıq kimi qalacaq
bunu da burada çəkim
Beləliklə, su da burada
qalacaq
burada baş verənləri təsəvvür etmək
üçün ən əlverişli yol budur
Bunun yüksək temperaturda baş
verdiyini unutmayaq. Onlar ətrafa
sıçrayır və s. Onlar reaksiyaya girəndə
bunlar alınır, amma bu su molekulu heç nə
ilə reaksiyaya girə bilmədiyinə görə
reaksiyadan sonra qalır