Əvvəlki videoda, bu reaksiyanı anlamaq üçün bu hissəcik modellərdən istifadə etdik Hətta təkcə reaksiyanı anlamaq üçün yox, həm də kimyəvi reaksiyanı balanslaşdırmaq üçün də yararlandıq. Bu maddələri çəkərkən hissəcik modellərdəki atomların ölçüsünün onların həqiqi ölçülərinə yaxın olmalarına çalışdıq Məsələn, karbon atomu oksigendən bir az böyükdür və onların hər ikisi hidrogendən çox böyükdür. Bu videoda bu hissəcik modellərdən istifadədə anlayışımızı artıracağıq. Yəni, bu ilkin molekulların qarışığında nə baş verdiyini təsəvvür eləməyə başlayacağıq Sol tərəfdə müxtəlif molekullar var 2 metan və 3 su molekulu var. İstəyirəm ki, reaksiyadan sonra burda nə qalacağını təxmin eliyəsiniz Təklif eliyirəm ki, həmişə olduğu kimi, videonu dayandırın və ya qələm vərəqlə, ya da sadəcə beyninizdə özünüz cavab tapmağa çalışın İndi isə birlikdə baxaq Bilirik ki, hər metan bir su molekuluyla birləşib bir karbon-monooksid və 3 molekulyar hidrogen yaradır hidrogen molekullarının hər birində 2 hidrogen var Deyək ki, bununla bu reaksiyaya girəcək və 1 karbon-monooksid yaranacaq real ölçülərinə uyğun çəkməyə çalışaq. 1 karbon-monooksid. sonra isə 6 hidrogen atomu, yəni 3 hidrogen molekulu yaranacaq bu iki...bu dörd.. birini də burada çəkək bu da 6. Əvvəlcə bununla bunu götürmüşdük indi isə fərz edək ki, bu su molekulu ilə bu metan reaksiyaya girəcək bunlar da başqa bir karbon-monooksidi yaradacaqlar. Yənə ölçülərə fikir verək digər karbon-monooksid və daha 3 hidrogen molekulu yəni 6 hidrogen daha... 1..2.. və üçüncüsü burada bir su molekulu qalıb, amma onunla reaksiya girməyə heç nə qalmayıb partneri yoxdu.. bu ilkin maddə qalıq kimi qalacaq bunu da burada çəkim Beləliklə, su da burada qalacaq burada baş verənləri təsəvvür etmək üçün ən əlverişli yol budur Bunun yüksək temperaturda baş verdiyini unutmayaq. Onlar ətrafa sıçrayır və s. Onlar reaksiyaya girəndə bunlar alınır, amma bu su molekulu heç nə ilə reaksiyaya girə bilmədiyinə görə reaksiyadan sonra qalır