Əvvəlki videoda, bu
reaksiyanı anlamaq üçün bu hissəcik
modellərdən istifadə etdik
Hətta təkcə reaksiyanı anlamaq üçün yox,
həm də kimyəvi reaksiyanı balanslaşdırmaq
üçün də yararlandıq. Bu maddələri çəkərkən
hissəcik modellərdəki atomların ölçüsünün
onların həqiqi ölçülərinə yaxın
olmalarına çalışdıq
Məsələn, karbon atomu oksigendən bir az
böyükdür və onların hər ikisi hidrogendən
çox böyükdür.
Bu videoda bu hissəcik
modellərdən istifadədə anlayışımızı
artıracağıq. Yəni, bu ilkin molekulların
qarışığında nə baş
verdiyini təsəvvür eləməyə başlayacağıq
Sol tərəfdə müxtəlif
molekullar var
2 metan və
3 su molekulu var.
İstəyirəm ki, reaksiyadan sonra burda
nə qalacağını təxmin eliyəsiniz
Təklif eliyirəm ki, həmişə olduğu kimi,
videonu dayandırın və
ya qələm vərəqlə,
ya da sadəcə beyninizdə özünüz cavab
tapmağa çalışın
İndi isə birlikdə baxaq
Bilirik ki, hər metan bir su molekuluyla
birləşib bir karbon-monooksid və
3 molekulyar hidrogen yaradır
hidrogen molekullarının hər birində
2 hidrogen var
Deyək ki, bununla bu reaksiyaya girəcək
və 1 karbon-monooksid yaranacaq
real ölçülərinə uyğun çəkməyə çalışaq.
1 karbon-monooksid.
sonra isə 6 hidrogen atomu, yəni
3 hidrogen molekulu yaranacaq
bu iki...bu dörd..
birini də burada çəkək
bu da 6.
Əvvəlcə bununla bunu götürmüşdük
indi isə fərz edək ki, bu su molekulu ilə
bu metan reaksiyaya girəcək
bunlar da başqa bir karbon-monooksidi
yaradacaqlar.
Yənə ölçülərə fikir verək
digər karbon-monooksid və
daha 3 hidrogen molekulu
yəni 6 hidrogen daha...
1..2..
və üçüncüsü
burada bir su molekulu qalıb, amma onunla
reaksiya girməyə heç nə qalmayıb
partneri yoxdu..
bu ilkin maddə qalıq kimi qalacaq
bunu da burada çəkim
Beləliklə, su da burada
qalacaq
burada baş verənləri təsəvvür etmək
üçün ən əlverişli yol budur
Bunun yüksək temperaturda baş
verdiyini unutmayaq. Onlar ətrafa
sıçrayır və s. Onlar reaksiyaya girəndə
bunlar alınır, amma bu su molekulu heç nə
ilə reaksiyaya girə bilmədiyinə görə
reaksiyadan sonra qalır