Gəlin 0,15-i
adi kəsr şəklində yazaq.
İlk olaraq bu ədədin
mərtəbə
vahidlərinə baxmalıyıq.
Belə ki, bu 1 ondabirlər
mərtəbəsindədir.
Bunu, 1 vur 1/10 kimi
düşünə bilərik.
Bu 5 isə yüzdəbirlər
mərtəbəsindədir.
Bunu 5 vur 1/100 kimi
düşünə bilərik.
Əgər bunu yenidən yazsaq,
bu 1, 1 vur 1/10
deməkdir,
elə isə 1/10 üstəgəl--
bu 5, 5 vur 1/100
deməkdir,
elə isə üstəgəl 5/100.
Əgər bunları toplamaq
istəsək,
ortaq məxrəc tapmalıyıq.
Ortaq məxrəc 100-dür.
100, ən kiçik ortaq
bölünəndir.
100, həm 10-a, həm də 100-ə
bölünür.
Bu, 100-də nəsə
üstəgəl 100-də nəsə yaza bilərik.
Bu dəyişməyəcək.
Bu, 5/100-dür.
Əgər burada məxrəci
10-a vursaq, o zaman
surəti də gərək
10-a vuraq.
Elə isə bu, 10/100
edəcək.
İndi cəmi tapa bilərik.
Bu ikisini toplasaq,
5 üstəgəl 10, deməli, 15/100 edir.
Ancaq bunu daha tez də
edə bilərdik.
Belə ki, bu ədədin
ən kiçik mərtəbəsi
yüzdəbirlərdir.
Buna onda bir demək
əvəzinə,
yüzdə on deyə bilərik
və ya buna bütövlükdə
yüzdə on beş deyə bilərik.
İndi isə əgər bunu sadələşdirsək,
surət və məxrəc
5-ə bölünür.
Elə isə gəlin ikisini də 5-ə
bölək.
Surətdə, 15 böl 5, bu 3 edir.
Məxrəcdə isə
100 böl 5, 20 edir.
Bu qədər.