Gəlin 0,15-i adi kəsr şəklində yazaq. İlk olaraq bu ədədin mərtəbə vahidlərinə baxmalıyıq. Belə ki, bu 1 onda birlər mərtəbəsindədir, Bunu, 1 vur 1/10 kimi düşünə bilərik. Bu 5 isə yüzdə birlər mərtəbəsindədir. Bunu, 5 vur 1/100 kimi düşünə bilərik. Əgər bunu yenidən yazsaq, bu 1, 1 vur 1/10 deməkdir, elə isə 1/10 üstəgəl-- bu 5, 5 vur 1/100 deməkdir, elə isə üstəgəl 5/100. Əgər bunları toplamaq istəsək, ortaq məxrəc tapmalıyıq. Ortaq məxrəc 100-dür. 100, ən kiçik ortaq bölünəndir. 100, həm 10-a, həm də 100-ə bölünür. Bu, 100-də nəsə üstəgəl 100-də nəsə yaza bilərik. Bu dəyişməyəcək. Bu, 5/100-dür. Əgər burada məxrəci 10-a vursaq, o zaman surəti də gərək 10-a vuraq. Elə isə bu, 10/100 edəcək. İndi cəmi tapa bilərik. Bu ikisini toplasaq, 5 üstəgəl 10, deməli 15/100 edir. Ancaq bunu daha tez də edə bilərdik. Belə ki, bu ədədin ən kiçik mərtəbəsi yüzdə birlərdir. Buna onda bir demək əvəzinə, yüzdə on deyə bilərik və ya buna bütövlükdə yüzdə on beş deyə bilərik. İndi isə, əgər bunu sadələşdirsək, surət və məxrəc 5-ə bölünür. Elə isə gəlin ikisini də 5-ə bölək. Surətdə, 15 böl 5, edir 3. Məxrəcdə isə, 100 böl 5, edir 20. Bu qədər.