4356 ədədində 3 hansı mərtəbə vahididir? Mərtəbə vahidlərinə aid çoxlu misallar həll etdikcə belə çalışmaları daha sürətli həll edəcəksiniz. İndi isə bu sualın cavabını tapmaq üçün 4356 ədədini geniş formada yenidən yazaq. Bunun üçün fərqli rənglərdən istifadə edək. 4356 ədədini başqa formada yazmağa çalışaq. 4000 üstəgəl 300 üstəgəl 50 üstəgəl 6. Bu ədədi oxuduqda bu formada oxuyuruq: Dörd min üç yüz əlli altı. Bunu başqa üsulla da yaza bilərik: 4 minlik üstəgəl 3 yüzlük üstəgəl 50 və ya 5 onluq üstəgəl 6. 6 əvəzinə 6 təklik də yaza bilərik. İlkin qiymətimizə qayıdaq: 4356. Gəlin bunu yazaq. Bunu istənilən formada yaza bilərik. 4 minlik, 3 yüzlük, 5 onluq və 6 təklik. 4356 ədədində yerləşən 3-ün mərtəbə vahidi dedikdə, buradakı 3 nəzərdə tutulur. Mərtəbə vahidinə nəzər salın. Bu, yüzlüklər mərtəbəsidir. Burada 4 yazılsa, bu, 4 yüzlük olardı. 5 olsa, 5 yüzlük olardı. Bu, sağdan 3-cü mərtəbə vahididir. Bu, təkliklər mərtəbəsidir. 6 təklik, 5 onluq, 3 yüzlük. 3 yüzlüklər mərtəbəsindədir.