4356 ədədində
3 hansı mərtəbə vahididir?
Mərtəbə vahidlərinə aid
çoxlu misallar həll etdikcə
belə çalışmaları daha sürətli
həll edəcəksiniz. İndi isə bu sualın
cavabını tapmaq üçün
4356 ədədini geniş formada yenidən
yazaq.
Bunun üçün fərqli rənglərdən
istifadə edək.
4356 ədədini başqa formada
yazmağa çalışaq.
4000 üstəgəl 300 üstəgəl 50 üstəgəl 6.
Bu ədədi oxuduqda bu formada
oxuyuruq:
Dörd min üç yüz əlli altı.
Bunu başqa üsulla da yaza bilərik:
4 minlik üstəgəl
3 yüzlük üstəgəl 50 və ya
5 onluq
üstəgəl 6.
6 əvəzinə 6 təklik də
yaza bilərik.
İlkin qiymətimizə qayıdaq:
4356.
Gəlin bunu yazaq.
Bunu istənilən formada yaza
bilərik.
4 minlik, 3 yüzlük, 5 onluq
və 6 təklik.
4356 ədədində yerləşən 3-ün mərtəbə
vahidi dedikdə,
buradakı 3 nəzərdə tutulur.
Mərtəbə vahidinə nəzər salın.
Bu, yüzlüklər mərtəbəsidir.
Burada 4 yazılsa, bu,
4 yüzlük olardı.
5 olsa, 5 yüzlük olardı.
Bu, sağdan 3-cü mərtəbə
vahididir.
Bu, təkliklər mərtəbəsidir.
6 təklik, 5 onluq, 3 yüzlük.
3 yüzlüklər mərtəbəsindədir.