156,378 və 156,348 ədədlərini müqayisə edin. Bunlardan hansı daha böyükdür? Bu ədədləri yenidən yazaq. 156,378 və 156,348 ədədlərini müqayisə etməliyik. Bəlkə də bu ədədlərdən hansının böyük olduğunu bilirsiniz. Gəlin mərhələli formada bu misalı həll edək. Yüzlüklər mərtəbəsinə nəzər salın. Yüzlüklər mərtəbəsi ən tez nəzərə çarpan mərtəbə vahididir. Çünki buradakı 1-in dəyəri onluqlar mərtəbəsində yerləşən 5-dən və ya təkliklər mərtəbəsindəki 6-dan daha çoxdur. Yüzlüklər mərtəbəsində 1 100-ə bərabərdir. Bu, yüz deməkdir. Hər iki ədəddə yüzlüklər mərtəbəsi eynidir. Burada 1 yüzlük, burada da 1 yüzlük var. Onluqlar mərtəbəsinə baxaq. Burada 5 onluq, yəni 50 var. Burada da 50 var. İki ədədin yüzlüklər və onluqlar mərtəbəsi bərabərdir. Təkliklər mərtəbəsinə baxaq. Burada 6 təklik, yəni 6 var. Burada da həmçinin 6 təklik var. Onlar bərabərdir. Ondabirlər mərtəbəsinə baxaq. 3 ondabir. Yüzdəbirlər mərtəbəsinə nəzər salaq. Mərtəbə vahidləri getdikcə azalır. Burada 7 yüzdəbir var. Burada isə 4 yüzdəbir var. Bu yüzdəbir bundan azdır. Mindəbirlər mərtəbəsi isə eynidir. Lakin bunlar fərqli olsa da, heç bir önəmi yoxdur. Bunlardan biri digərindən böyük olsa da, önəmli deyil. Bu qiymət bundan böyükdür. 7 4-dən böyükdür. Burada 7 yüzdəbir var. Burada isə 4 yüzdəbir var. Yəni, bu qiymət bu qiymətdən böyükdür. 156,378 156,348-dən böyükdür. Bunun səbəbi yüzdəbirlər mərtəbəsidir.