156,378 və 156,348 ədədlərini
müqayisə edin.
Bunlardan hansı daha böyükdür?
Bu ədədləri yenidən yazaq.
156,378 və 156,348 ədədlərini
müqayisə etməliyik.
Bəlkə də bu ədədlərdən hansının
böyük olduğunu bilirsiniz.
Gəlin mərhələli formada bu misalı
həll edək.
Yüzlüklər mərtəbəsinə nəzər salın.
Yüzlüklər mərtəbəsi ən tez nəzərə
çarpan
mərtəbə vahididir.
Çünki buradakı 1-in dəyəri
onluqlar mərtəbəsində yerləşən
5-dən və ya təkliklər mərtəbəsindəki
6-dan daha çoxdur.
Yüzlüklər mərtəbəsində 1
100-ə bərabərdir.
Bu, yüz deməkdir.
Hər iki ədəddə yüzlüklər mərtəbəsi
eynidir.
Burada 1 yüzlük, burada da 1 yüzlük var.
Onluqlar mərtəbəsinə baxaq.
Burada 5 onluq, yəni 50 var.
Burada da 50 var.
İki ədədin yüzlüklər və
onluqlar mərtəbəsi bərabərdir.
Təkliklər mərtəbəsinə baxaq.
Burada 6 təklik, yəni
6 var.
Burada da həmçinin 6 təklik var.
Onlar bərabərdir.
Ondabirlər mərtəbəsinə baxaq.
3 ondabir.
Yüzdəbirlər mərtəbəsinə nəzər salaq.
Mərtəbə vahidləri getdikcə
azalır.
Burada 7 yüzdəbir var.
Burada isə 4 yüzdəbir var.
Bu yüzdəbir bundan azdır.
Mindəbirlər mərtəbəsi isə eynidir.
Lakin bunlar fərqli olsa da,
heç bir önəmi yoxdur.
Bunlardan biri digərindən böyük olsa da,
önəmli deyil.
Bu qiymət bundan böyükdür.
7 4-dən böyükdür.
Burada 7 yüzdəbir var.
Burada isə 4 yüzdəbir var.
Yəni, bu qiymət bu qiymətdən böyükdür.
156,378 156,348-dən böyükdür.
Bunun səbəbi yüzdəbirlər mərtəbəsidir.