Axırıncı vidyodan bilirk ki,
əzələ hüceyrəsi içərisində
yüksək kalsiyum konsantrasiyası olsa,
bu kalsiyum iyonu gedib troponin zülalına
bağlanacaq, bununla onun forması
elə dəyişəcək ki,
tropomiyozin ortalıqdan çəkiləcək
və beləliklə miyozinin başı
aktin sapları üzərində
sürünəbiləcək və bununla da əslində
əzələ büzülməsi baş verəcək.
Deməli yuxarı kalsiyum konsantrasiyası,
ya da kalsiyum iyon konsantrasiyası,
əzələ büzülməsi deməkdir.
Aşağı kalsiyum iyon konsantrasiyası, bu
troponin zülallarının standard vəziyətinə
qayıtmasına və tropomiyozinlərin geriyə
qayıtmasına səbəb olur
və büzülmə baş vermir.
Bundan sonraki əsas sual budur ki,
əzələ
yüksək kasiyum konsantrasiyası
və büzülməni ya da ki
aşağı kalsiyum konsantrasiyası və
rahatlamanı necə tənzimliyir? Ya da daha
yaxşı bir sual, sinir sistemi
bunu necə edir?
Sinir sistemi əzələyə büzülməsini,kalsiyum
konsantrasiyasını yülksəldərək büzülməsini
ya da aşağı salaraq rahatlamasını necə deyir?
Bunu başa düşmək üçün
neyron vidyosunda
öyrəndiklərmizi bir az təkrar edək.
Bir aksonun terminal qovşağını
burada çəkim.
Başqa bir sinirin dentrində
sinaps eləməkdənsə,
gedib həqiqi əzələ hüceyrəsi ilə
sinaps eliyəcək.
Yəni bu onun əzələ hüceyrə ilə sinapsıdır.
Bu həqiqi əzələ hüceyrəsi ilə sinapsdır.
Gəl hər şeyi adlandırım ki
qarışdırmıyasan.
Bu aksondur.
Bunu aksonun terminal ucu
adlandıra bilərik
Bu sinapsdır.
Neyron vidyosundan balaca bir
terminologiya- bu bölgə
sinaptik yarıqdır.
Bu presinaptik neyrondur.
Bu
postsinpatik hüceyrədir
Bu da nöyrondur.
Və bu da əzələ hüceyrəsinin
membranıdır.
Və çox güman ki
bundan sonraki video ya da ondan
sonrakində
əzələ hücrəsinin anatomiyasını
göstərəcəm.
Bu, bir az mücərrəd olacaq,
çünki əsas kalsium ionu konsentrasiyasının
necə tənzimləndiyini anlamaq istəyirik.
Bu sarkolemma adlanır.
Deməli bu əzələ hüceyrəsinin membranıdır.
Və bu da burada -
bunun əzələ hüceyrəsinin membranının bir
qatlantısı olduğunu xəyal edə bilərsən
Əgər biz əzələ hüceyrəsinin səthinə baxsaq
onda hüceyrəyə girən bir çuxur və ya
girinti kimi görünür,
ancaq burada bir kəsişmə etdik ki,
qatlanacağını təsəvvür edə biləsən,
ancaq bir iynə
və ya bir şeylə soxsan,
burdakını əldə edə bilərsən.
.
Membranda bir girinti əldə edəssən.
Və bu T-borusu adlanır.
T transvers (eninə) sözünü bildirir
Membranın səthini eninə çarpazlıyır.
Və burda- bu bu videodaki
çox önəmli bir şeydi,
ya da ki
çox önəmli orqaneldi
Bu əzələnin içindəki orqanel
sarkoplazmik retikulum adlanır.
Və əslində bu hardasa
endoplazmik retikuluma çox oxşuyur
əsas funksiyasının anbar vəzifəsi görməsi
olduğu üçün endoplazmik retikuluma
oxşardır.
Baxmayaraq ki endoplazmik retikulum zülal
düzəldilməsində iş görür və ona yapışan
ribozomlar var,
o sırf bir saxlama orqanelidir.
Sarkoplazmik retikulumun elədiyi
onun membranında kalsiyum
ion nasosları var və onlar ATF-azdırlar
yəni nasosların işləməsi üçün
ATF işlədirlər.
Deməli ATF gəlir, bağlanır,
və kalsiyum iyonu
ona bağlanır,
və ATF"nin ADF və fosfat qrupuna hidroliz
olunması, bu zülalın
formasını dəyişdirir və o kalsiyum
iyonunu içəriyə nasosluyur.
Beləliklə kalsiyum iyonu içəri atılır.
Deməli sarkoplamik retikulumun
membranındakı bütün bu kalsiyum
iyonu nasoslarının net effekti odur ki
dincələn əzələdə, içəri tərəfdə
yüksək kalsiyum iyon konsentrasiyası
var.
Deməli, indi nə olacağını
təxmin edə bilərsən məncə.
Əzələnin büzülməyə ehtiyacı olanda,
bu kalsiyum iyonları
hüceyrənin sitoplazmasına atılır.
Və sonra onlar düz burdaki
troponinə bağlana bilərlər,
və axır videoda danışdığımız
hər şeyi edirlər.
Bizi bu maraqlandırır ki, nə zaman
kalsiyum iyonunu hüceyrənin
qalanına göndərmək lazım gəldiyini
hardan bilir?
Bu hüceyrənin içidir.
Və bu bölgə