Axırıncı vidyodan bilirk ki, əzələ hüceyrəsi içərisində yüksək kalsiyum konsantrasiyası olsa, bu kalsiyum iyonu gedib troponin zülalına bağlanacaq, bununla onun forması elə dəyişəcək ki, tropomiyozin ortalıqdan çəkiləcək və beləliklə miyozinin başı aktin sapları üzərində sürünəbiləcək və bununla da əslində əzələ büzülməsi baş verəcək. Deməli yuxarı kalsiyum konsantrasiyası, ya da kalsiyum iyon konsantrasiyası, əzələ büzülməsi deməkdir. Aşağı kalsiyum iyon konsantrasiyası, bu troponin zülallarının standard vəziyətinə qayıtmasına və tropomiyozinlərin geriyə qayıtmasına səbəb olur və büzülmə baş vermir. Bundan sonraki əsas sual budur ki, əzələ yüksək kasiyum konsantrasiyası və büzülməni ya da ki aşağı kalsiyum konsantrasiyası və rahatlamanı necə tənzimliyir? Ya da daha yaxşı bir sual, sinir sistemi bunu necə edir? Sinir sistemi əzələyə büzülməsini,kalsiyum konsantrasiyasını yülksəldərək büzülməsini ya da aşağı salaraq rahatlamasını necə deyir? Bunu başa düşmək üçün neyron vidyosunda öyrəndiklərmizi bir az təkrar edək. Bir aksonun terminal qovşağını burada çəkim. Başqa bir sinirin dentrində sinaps eləməkdənsə, gedib həqiqi əzələ hüceyrəsi ilə sinaps eliyəcək. Yəni bu onun əzələ hüceyrə ilə sinapsıdır. Bu həqiqi əzələ hüceyrəsi ilə sinapsdır. Gəl hər şeyi adlandırım ki qarışdırmıyasan. Bu aksondur. Bunu aksonun terminal ucu adlandıra bilərik Bu sinapsdır. Neyron vidyosundan balaca bir terminologiya- bu bölgə sinaptik yarıqdır. Bu presinaptik neyrondur. Bu postsinpatik hüceyrədir Bu da nöyrondur. Və bu da əzələ hüceyrəsinin membranıdır. Və çox güman ki bundan sonraki video ya da ondan sonrakində əzələ hüceyrəsinin anatomiyasını göstərəcəm.