Axırıncı vidyodan bilirk ki,
əzələ hüceyrəsi içərisində
yüksək kalsiyum konsantrasiyası olsa,
bu kalsiyum iyonu gedib troponin zülalına
bağlanacaq, bununla onun forması
elə dəyişəcək ki,
tropomiyozin ortalıqdan çəkiləcək
və beləliklə miyozinin başı
aktin sapları üzərində
sürünəbiləcək və bununla da əslində
əzələ büzülməsi baş verəcək.
Deməli yuxarı kalsiyum konsantrasiyası,
ya da kalsiyum iyon konsantrasiyası,
əzələ büzülməsi deməkdir.
Aşağı kalsiyum iyon konsantrasiyası, bu
troponin zülallarının standard vəziyətinə
qayıtmasına və tropomiyozinlərin geriyə
qayıtmasına səbəb olur
və büzülmə baş vermir.
Bundan sonraki əsas sual budur ki,
əzələ
yüksək kasiyum konsantrasiyası
və büzülməni ya da ki
aşağı kalsiyum konsantrasiyası və
rahatlamanı necə tənzimliyir? Ya da daha
yaxşı bir sual, sinir sistemi
bunu necə edir?
Sinir sistemi əzələyə büzülməsini,kalsiyum
konsantrasiyasını yülksəldərək büzülməsini
ya da aşağı salaraq rahatlamasını necə deyir?
Bunu başa düşmək üçün
neyron vidyosunda
öyrəndiklərmizi bir az təkrar edək.
Bir aksonun terminal qovşağını
burada çəkim.
Başqa bir sinirin dentrində
sinaps eləməkdənsə,
gedib həqiqi əzələ hüceyrəsi ilə
sinaps eliyəcək.
Yəni bu onun əzələ hüceyrə ilə sinapsıdır.
Bu həqiqi əzələ hüceyrəsi ilə sinapsdır.
Gəl hər şeyi adlandırım ki
qarışdırmıyasan.
Bu aksondur.
Bunu aksonun terminal ucu
adlandıra bilərik
Bu sinapsdır.
Neyron vidyosundan balaca bir
terminologiya- bu bölgə
sinaptik yarıqdır.
Bu presinaptik neyrondur.
Bu
postsinpatik hüceyrədir
Bu da nöyrondur.
Və bu da əzələ hüceyrəsinin
membranıdır.
Və çox güman ki
bundan sonraki video ya da ondan
sonrakində
əzələ hüceyrəsinin anatomiyasını
göstərəcəm.