Adi kəsrlərin onluq kəsrə çevrilməsinə aid
misallara nəzər salaq.
Növbəti videolarda onluq kəsrlərin adi kəsrlərə
çevrilməsinə baxarıq.
Yeni bir nümunəyə
nəzər salaq.
1/2 kəsri verilmişdir.
Bunu onluq kəsrə çevirməliyik.
İndi sizə göstərəcəyim üsuldan
hər zaman istifadə edə bilərsiniz.
Bunu onluq kəsrə çevirmək üçün surəti
məxrəcə bölürük.
Başlayaq.
Məxrəc 2-yə bərabərdir,
surəti, yəni 1-i 2-yə bölməliyik.
1-i 2-yə necə bölə bilərik?
Onlunq kəsrlərin bölünmə qaydasına əsasən
buraya onluq kəsr işarəsi əlavə edib,
0-lar yaza bilərik.
Bu zaman ifadənin qiymətini
dəyişmirik.
Buraya onluq kəsr işarəsi əlavə edirik.
1-in tərkibində 2 var?
Xeyr.
10 böl 2 5- bərabərdir.
5 vur 2 = 10.
Qalıq 0-dır.
Bu qədər.
1/2 = 0,5.
Başqa bir nümunəyə nəzər salaq.
1/3 kəsrini onluq kəsrə çevirək.
Eyni üsuldan istifadə edirik, surəti
məxrəcə bölürük.
Buraya da bir neçə 0 əlavə ediləcək.
1-in tərkibində 3 yoxdur.
10-də 3 ədəd 3 var.
3 vur 3 = 9.
Çıxırıq, 1 alınır, buraya 0 yazırıq.
10-da 3 ədəd 0 var.
Burada onluq kəsr işarəsi yazırıq.
3 vur 3 = 9.
Buradakı ardıcıllığı görürsünüz?
Eyni qiymətlər alınır.
Bu, 0,3333-ə bərabərdir,
bu, sonsuz davam edə bilər.
Aydın məsələdir ki, burada sonsuz sayda
3 yaza bilmərik.
Odur ki, qiyməti ifadə etmək üçün
0,33 ifadəsini belə yaza bilərik, bu,
bunun sonsuz davam etdiyini bildirir.
Bunu hətta 0,3 kimi də yaza bilərik.
Bu formadan daha çox
istifadə edilir.
Onluq kəsr hissəsinin üzərində xətt çəkilməsi
onun sonsuz davam etdiyini göstərir.
1/3 = 0,3333...
Davam edək.
Bir qədər çətin nümunələrdən
istifadə edək.
Fərqli bir qiymət seçək.
Düzgün olmayan kəsr yazaq.
Məsələn 17/9.
Maraqlıdır.
Surət məxrəcdən böyükdür.
Bu ədəd 1-dən böyükdür.
Hesablayaq.
17-ni 9-a bölək.
Onluq kəsr işarəsindən sonra 0-lar əlavə edirik.
17-də 1 ədəd 9 var.
1 vur 9 = 9.
17 çıx 9 = 8.
0 yazılır.
80-də neçə 9 var?
9 vur 9 = 81,
deməli, 80-də təxmini 8 ədəd
9 var.
8 vur 9 = 72.
80 çıx 72 = 8.
Buraya 0 yazılır.
Burada yenə təkrar var.
80-də 8 ədəd 9 var.
8 vur 9 = 72.
Əvvəlki nümunədə olduğu kimi
cavab təkrarlanır.
17 böl 9 = 1,88, ədədin 0,88 hissəsi
təkrarlanır.
Bunu yuvarlaqlaşdırılmış formada yaza bilərik,
mərtəbəsindən asılı olaraq ifadəni
yuvarlaqlaşdıra bilərik.
Bu, təxmini 1,89-a bərabərdir.
Yaxud başqa mərtəbəni yuvarlaqlaşdıra
bilərik.
Yüzdəbirlər mərtəbəsinə yuvarlaqlaşdırdıq.
Dəqiq cavab budur.
17/9 = 1,88.
...
...
...
...
...
Başqa bir nümunəyə nəzər salaq.
17/93.
Bunu onluq kəsr kimi ifadə edək.
Eyni üsul istifadə edilir.
Neçə mərtəbə əlavə edəcəyimizi bilmədiyimiz üçün
buraya uzun bir xətt çəkirik.
Əvvəlki nümunələrdə olduğu kimi surəti
məxrəcə bölürük.
Bu, bir qədər qarışıq hesab edilə bilər,
çünki kiçik ədəd böyük ədədə bölünür.
17-də 0 ədəd 93 var.
Onluq kəsr işarəsi yazırıq.
170-də neçə ədəd 93 var?
1 dəfə.
1 vur 93 = 93.
170 çıx 93 = 77.
Burada 0 yazılır.
770-də neçə ədəd 93 var?
Hesablayaq.
Təxmini 8 ədəd.
8 vur 3 = 24.
8 vur 9 = 72,
Üstəgəl 2 = 74.
Çıxırıq.
10 və 6.
Bu, 26-ya bərabərdir.
Burada 0 yazılır.
260-da təxmini 2 ədəd 93 var.
2 vur 3 = 6.
18.
74.
0.
Davam edə bilərik.
Misalın həllinə
davam edə bilərsiniz.
Lakin təxmini cavab yazmaq üçün bu, kifayətdir.
17
93 təxmini 0,182-yə bərabərdir.
..
...
...
...
..
...
...
...
...
...
0,035 adi kəsr formasında necə yaza bilərik?
0,035 onluq kəsrini adi kəsr kimi
yazmalıyıq.
Bu haqda bir qədər düşünək.
Bunu 35/1000 kimi yaza bilərik.
Bunun 35/1000-ə bərabər olduğunu
necə bilirik?
Bu, ondabirlər mərtəbəsidir,
onluq yox, ondabir.
Bu, yüzdəbirlər,
bu isə mindəbirlər mərtəbəsidir.
Onluq kəsr işarəsindən sonra 3 rəqəm var.
Deməli, bu, 35 mindəbirdir.
Fərz edin ki, 0,030 onluq kəsri verilib.
Bunu bir neçə formada ifadə edə bilərik.
Sonuncu rəqəm
mindəbirlər mərtəbəsindədir.
Bu, 30/1000-a bərabərdir.
Yaxud
bunu başqa formada ifadə edək,
0,030 onluq kəsri
0,03-ə bərabərdir, çünki sonuncu 0-ın bir
qiyməti yoxdur.
0,03 onluq kəsrinin sonuncu rəqəmi
yüzdəbirlər mərtəbəsindədir.
Bu, 3/100-ə bərabərdir.
Bu iki qiymət bərabərdir?
Bəli.
Onlar bərabərdir.
Bu ifadənin həm surətini, həm də
məxrəcini 10-a bölsək,
3/100 alınar.
Nümunəmizə qayıdaq.
Bu nəyə bərabərdir?
35/1000.
Verilən ifadəni adi kəsr kimi yazdıq.
35/1000.
Lakin bunu sadələşdirə bilərik.
Həm surət, həm də məxrəci 5-ə
bölə bilərik.
İfadəni sadələşdirək.
7/200 alınır.
7/200 adi kəsrini onluq kəsr kimi
ifadə etmək üçün
7-ni 200-ə bölməliyik.
Bu halda cavabda
0,035 alınacaq.
...
...
...
...
...
...
...