Təsəvvür edin ki, bir gün Yerdəki bütün saatlar və kompüterlər xarab oldu və təqvimlər yox oldu. Nə qədər vaxt keçdiyini necə hesablayarız? Siz Aya baxıb vaxtı bilə bilərsiniz. İnsanlar min illərdir ki, Aydan müəyyən etmək üçün istifadə ediblər. Təsadüfi deyil ki, ay sözü qədim ingilis dilində "təqvim ayı" sözü ilə bağlıdır. Ay Yerin yeganə təbii peykidir. Təbii peyk bir planetin orbitində fırlanan və təbii olaraq meydana gələn cisimdir. Günəş sistemimizdəki bəzi planetlərin 50-dən çox peyki var, lakin Yerin sadəcə bir peyki var. Ay öz işığını yaratmır. Ayı Yer kürəsindən görə bilərik, çünki günəşdən gələn işıqla qismən işıqlanır. Əslində, ay işığı Aydan Yerə əks olunan günəş işığıdır. Ayın Yer ətrafında tam orbiti təxminən 27 gün çəkir. Ona görə də, Ayın işıqlı hissəsi Yerdən baxdıqda şəklini dəyişirmiş kimi görünür. Bu formalara ay fazaları deyilir. Bəs niyə biz Ayın müxtəlif fazalarını görürük? Deməli Ayın Yer ətrafında bir dəfə dövr etməsi üçün lazım olan 27 gün, Ayın öz oxu ətrafında bir dəfə fırlanması üçün sərf etdiyi vaxtla eynidir. Bu o deməkdir ki,Ayın eyni tərəfi həmişə bizə baxır. Eyni zamanda, günəş həmişə Ayın sferasının yarısını işıqlandırır. Buna baxmayaraq, Ayın bizə baxan tərəfi həmişə Ayın günəş tərəfindən işıqlanan hissəsi deyil. Bu, ayın təqvimindən asılı olaraq Ayın səmada fərqli formalarda və ya şəkildə olmasına səbəb olur. Gəlin Ayın fazalarına daha yaxından nəzər salaq. Birincisi, Ay öz orbitində Günəşə ən yaxın olduğu zaman yeni ay görünür. Bu mərhələdə Ayın işıqlanan tərəfi tamamilə Yerdən uzaqlaşır. Beləliklə, Ay yoxa çıxmış kimi görünür. Bir və ya iki gündən sonra biz səmada azacıq da olsa ayı görə biləcəyik. Növbəti bir neçə gün ərzində aypara daha da böyüyəcək. Gün keçdikcə ayın böyüdüynü gördüyumüz zaman Ayın böyüdüyünü deyirik. Ona görə də ayın bu mərhələsi dolan ay adlanır. Bəzən ayın geri qalan hissəini hələ də kölgədə görə bilirik. Bunun səbəbi ,Ayın Yerə işığı əks etdirdiyi kimi, Yer günəş işığını Aya əks etdirir. Nəhayət, Ay şəklini o qədər dəyişir ki, o, artıq aypara deyil, səmada yarım dairə formasındadır. Buna birinci rüb ay deyilir. Bu mərhələnin niyə dörddəbir ay adlandırıldığını düşünməyin iki səbəbi var. Ayın yarısı işıqlandırılmış kimi görünsə də, Ay kürə şəklindədir. Beləliklə, biz Yerdən Ayın yalnız yarısını görə bilərik. Ayın dörddə biri ərzində Ay Yer və Günəşlə düz bucaq əmələ gətirir. Bu o deməkdir ki, biz həmişə Ayın bizə baxan yarısının yarı işıqlandırılmış bir hissəsi olduğunu başa düşürük. Bu yarının yarısıdır, yəni dorddə birdir. Həmçinin, ayın ilk dörddəbir vəziyyəti,Ay yeni dövrünün dörddə birini keçdikdə , baş verir. Sonra, dolanay var. “Gibbous” sözü latın sözündən olub, donqar, qozbel mənasını verir. Ay öz orbitində Günəşdən ən uzaqda olduqdan sonra Ayın günəşlə tam işıqlanan tərəfi Yerə baxır. Biz bu mərhələni tam ay adlandırırıq, lakin Ay hələ tamamlanmayıb. Dövrün yalnız yarısı tamamlandı. Sonra, eyni lakin əksinə mərhələlərimiz var. Ay kiçikləşdikcə, biz onun azaldığını görürük. Bütöv Ay daralır, sonra isə biz azalan ayı görürük. Sonra üçüncü rüb ay var. Bu, Ay öz dövrü ilə dörddə üçü tamamladıqda və Ay Günəş və Yerlə başqa bir düz bucaq əmələ gətirdikdə baş verir. Ay daha da kiçilir və o, azalan ayparaya çevrilir və dövr başqa bir yeni ayla yenidən başlayır. Ay hər 27 gündə bir orbitini tamamlasa da, Ayın fazaları əslində hər 29,5 gündə təkrarlanır. Bunun səbəbi, Ayın orbitini tamamladığı vaxt Yerin Günəş ətrafında fırlanmasıdır. Beləliklə, Ayın çatması üçün bir az əlavə səyahət etməlidir. Ay sadəcə səmada baxmaq üçün gözəl bir cisim və ya vaxtı izləmək üçün asan bir yol deyil. Ayın cazibə qüvvəsi okeanlarda, göllərdə və çaylarda suyun qalxması və enməsinə səbəb olan gelgitləri idarə edir. Dalğalar, gelgit hovuzları kimi unikal ekosistemlərin mövcud olmasına imkan verir. Biz gelgitlərdən elektrik enerjisi və gelgit elektrik stansiyaları yaratmaq üçün istifadə edə bilərik. Ay həmçinin Yerə girişi sabit saxlamağa kömək edir. Onsuz planetimiz uzun illər boyu öz oxu ətrafında sabit şəkildə fırlanmaz və bu da tempraturu və fəsilləri dəyişdirərdi. Əgər təqviminizin sabah özbaşına xarab olması ehtimalı az olsa da, siz hələ də Aya belə sabitləşdirici təsir və planetimizə yaxşı yoldaş olduğuna görə təşəkkür edə bilərsiniz.