Gəlin biraz Maksvel-Boltzman paylanması haqqında danışaq. Və buradakı şəkil Klerk Maksvelin şəkilidir. Mən bu şəkili çox sevirəm, o həyat yoldaşı Katerina Maksvellə birlikdədir, bu isə çox güman ki, onların itidir. Və Ceyms Maksvel fizika dahisidir və özünün Maksvel düsturu ilə məhşurdur. O həmçinin fotoqrafiyada əsaslı işlər görmüşdür və o həmçinin ideallaşdırılmış gas hissəciklərinin sürətinin paylanması haqqındada da düşünmüşdür. Bu centlmen isə Ludviq Boltzmandır. O statistik mexanıkanikanın yaradıcılarından biridir. Və birlikdə, Maxwell-Boltzman paylanması yolu ilə əməkdaşlıq etmədilər, amma onlar müstəqil olaraq eyni nəticəyə gəldilər. Onlar " hava hissəciklərinin sürətlərinin paylanması nədir?" sualına cavab verə bilmişdilər. Gəlin biraz əsaslandıraq, kiçik bir təcrübə edək. Tutaq ki, burada konteyner var. Tutaq ki, burada konteyner var. və tutaq ki, bunun içində hava var. Hava daha çox azotdan təşkil olunub. gəlin deyək ki, sadələşdirmək üçün deyək ki bu sadəcə azotdan ibarətdir. Bir neçə azot molekulu çəkək. Tutaq ki, bizim termometerimiz var. Mən termometeri buraya qoyuram. Termometerin göstərişi 300 kelvindir. 300 kelvin temperatur nə deməkdir? Bizim gündəlik həyatımızda çox güclü temperatur hissimiz olur. Hey, mən bu isti şeyə toxunmaq istəmirəm. Bu məni yandıracaq. Yaxud bu soyuqdur, bu məni titrədəcək. Bu bizim beynimizin temperaturu necə qəbul etməsidir. Bəs molekulyar miqyasda nə baş verir?