Gəlin biraz Maksvel-Boltzman
paylanması haqqında danışaq.
Və buradakı şəkil Klerk
Maksvelin şəkilidir.
Mən bu şəkili çox sevirəm, o həyat
yoldaşı Katerina Maksvellə birlikdədir, bu isə çox güman ki, onların itidir.
Və Ceyms Maksvel fizika dahisidir və
özünün Maksvel düsturu ilə məhşurdur.
O həmçinin fotoqrafiyada əsaslı işlər
görmüşdür və o həmçinin ideallaşdırılmış
gas hissəciklərinin sürətinin
paylanması haqqındada da
düşünmüşdür.
Bu centlmen isə Ludviq Boltzmandır.
O statistik mexanıkanikanın
yaradıcılarından biridir.
Və birlikdə, Maxwell-Boltzman paylanması
yolu ilə əməkdaşlıq etmədilər, amma onlar
müstəqil olaraq eyni nəticəyə gəldilər.
Onlar " hava hissəciklərinin sürətlərinin
paylanması nədir?" sualına cavab verə bilmişdilər.
Gəlin biraz əsaslandıraq, kiçik
bir təcrübə edək.
Tutaq ki, burada konteyner var.
Tutaq ki, burada konteyner var.
və tutaq ki, bunun içində hava var.
Hava daha çox azotdan təşkil olunub.
gəlin deyək ki, sadələşdirmək üçün
deyək ki bu sadəcə azotdan ibarətdir.
Bir neçə azot molekulu çəkək.
Tutaq ki, bizim termometerimiz var.
Mən termometeri buraya qoyuram.
Termometerin göstərişi
300 kelvindir.
300 kelvin temperatur nə deməkdir?
Bizim gündəlik həyatımızda çox
güclü temperatur hissimiz olur.
Hey, mən bu isti şeyə toxunmaq istəmirəm.
Bu məni yandıracaq.
Yaxud bu soyuqdur, bu məni titrədəcək.
Bu bizim beynimizin temperaturu
necə qəbul etməsidir.
Bəs molekulyar miqyasda nə baş verir?