♪ (gitara musiqisi) ♪ Bu günlərdə, biz hər an musiqi eşidirk O bizi oyadır, məşqlərdə motivasiya edir, marşrutlarda bizə yoldaşlq edir Musiqinin növünün bir önəmi yoxdur, musiqinin özünün əhvalımıza və bədənimizə hər yolla təsir bacarığı var Başımızı sallayır, sallanırıq, rəqs edirik Musiqi bizi ürpərdə bilir, hətta ağladır. Beynin bizə məlum olan hər hissəsini aktivləşdirir Beyində, məlum elə bir sahə yoxdur ki, musiqi hansısa bir yolla ora çata bilməsin Bəs bütün bunlara səbəb nədir? Musiqi tam olaraq bizə nə edir? Bunu tapım deyə, mən musiqiyə reaksiyamı ölçmək üçün düzəldilmiş bütün testlər qrupuna getdim O anlar sayəsində öyrənmə, məşq və performans ilə beyni həqqi dəyişə bilən bəzi uşaqlarla tanış oldum. Bir terapistlə danışdım. O keçmiş konqressmen Gabrielle Giffords-ə yenidən danışmağı üçün musiqidən istifadə etmişdi və 2 dəfə Grammy mükafatı alan bir sənətçinin, musiqi çalarkən beyninin içinə baxmışdı ♪ (musiqi və mahnı) ♪ ... hamısı musiqinin bizə təsirini tapmaq üçün. ♪ (hərəkətli musiqi) ♪ Axı, biz musiqi dinlərkən nə baş verir? Biz USC Beyin və Yaradıcılıq İnstitunu ziyarət etdik, hardakı başımı müayinə etdim, sözün əsl mənasında beynimi anlamağa çalışdım. Mən bu fMRI maşının içinə gedəcəm. Bir balaca boru mənim ətrafımda olacaq. Mənim beynimin baza oxunuşunu əld edəcəyik Sonra mən musiqi dinləyəcəm və biz görəcəyik ki, beynim necə reaksiya verir. Sadəcə gözlərini yum, rahat ol, və çalış, bacardığın qədər musiqiyə dalasan, yaxşı? ♪ (klassik musiqi) ♪ (Piter) Və budur nə gördüyümüz. Bunlar mənim beynimin görüntüsüdür. Qırmızılar, aktivliyimin ortalamanın üstündə olduğu yerdir; mavilər, ortalamanın aşağısı Gördüyünüz kimi, beynimin hər yerində qırmızı aktivliklər var, təkcə bir spesifik sahədə deyil. (Daniel) 25 il əvvəl, belə bir fikir var idi ki, dil beynin sol tərəfindədir və musiqi beynin sağ tərəfindədir. Ancaq indi daha keyfiyyətli alətlərimiz var, yüksək görüntülü neyro təsvir və daha yaxşı eksperimental üsullar, biz tapdıq ki, bu tam düzgün deyil. Bu beynin müxtəlif nahiyələrində necə olur? Nə vaxt ki, musiqi daxil olur və sonra beynin müxtəlif hissələrinə bağlanır, eşitmə korteksindəki xüsusi emal bölmələrində dayanır. Onlar səsin ucalığını, yüksəliyini və ritmini izləyir və tembrini və bu kimi şeyləri.